Doslar sizə son günlərdəki müşahidələrimi və onlardan - TopicsExpress



          

Doslar sizə son günlərdəki müşahidələrimi və onlardan çıxan nəticələri yazım. Deməli təxminən 1 aydı kredit təşkilatında kredirt verirəm. Mən heç vaxt inanmazdım ki, bu qədər çox insanın kreditə ehtiyyacı var. Təxmini gündəlik küçədə, yolda gordüyüm insanların (tanışlar yox, sadəcə göz yaddaşıyla üzdən tanıdığım insanlar) 90%-i kredit üçün mənə müraciət edib. Yəni, bu insanları loru dildə desək: "balıncının altında 1000 manat pulu yoxdur?" Bir ailə heç olmasa bir illik qazancınnan 1000 manat ayırıb qırağa qoya bilmir? Nəticə olaraq deyə bilərəm ki, bü ölkədə insanlar yaşamır ! Sürünür. Ayı güc-bəlayla, borc-xərclə başa vurur. Gecə gündüz işləyir ama kənara 5-3 manat qoya bilmir. Ailələr tələbə kimi Ayı başa vurmaq uçun yaşayır. Hardadı bizim iqtisadi inkişafımız? #Qadir
Posted on: Fri, 26 Jul 2013 07:22:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015