DÖRDLÜKLƏR. Yaxdı ürəyimi o tər gözəllik, Zaman - TopicsExpress



          

DÖRDLÜKLƏR. Yaxdı ürəyimi o tər gözəllik, Zaman ötüşdükcə gedər gözəllik. Çiçiyə.çevrilib, gülə çevrilib Yenə torpaq üstə bitər gözəllik .............................................. Sənsiz bu dünyada yaşamaq çətin, Məndən uzaqlara getmə amandır. Bu ömrün yükünü daşımaq çətin Bu ömrün yükünü atmaq yamandır... ........................................... .Aylara. illərə etibar yoxdur, Yaşadar içində nə qədər sirri. Uzanan yollara etibar yoxdur, Aparar.bir daha qaytarmaz geri... .............................................. Fırlanar daima ,yoxdur dayağı, Hələ kainatda təkdir bu dünya. Kiminə ömürlük sevgi oylağı, Kiminə ömürlük yükdür bu dünya... ............................1971...
Posted on: Mon, 28 Oct 2013 09:37:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015