Dünyanın cinayətkar əliyevlər sülaləsinin seçki - TopicsExpress



          

Dünyanın cinayətkar əliyevlər sülaləsinin seçki saxtakarlığına reaksiyası iqtidarı pis vəziyyətə salıb Azərbaycan hakimiyyəti 9 oktyabrda keçirilən prezident seçkisinin pərtliyini yaşayır. Ilham Əliyev seçkini total saxtalaşdırmaqla özünü qalib elan etsə də, bu “qələbənin” dadını çıxara bilmir. Hakimiyyətdaxili mənbələrdən “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, beynəlxalq aləmin seçki saxtakarlığına sərt reaksiyası, ardınca Demokratik Qüvvələrin Milli Şurasının uğurlu aksiyası Ilham Əliyev başda olmaqla iqtidar komandasında pərtlik və narahatlıq yaradıb. Məlumatlara görə, hakimiyyət hələ ki Qərbi şantaj etmək və cəmiyyətdə ümidsizlik yaratmaqla vəziyyətdən çıxmağa çalışır. Lakin atılan addımların müsbət nəticə verəcəyinə ümid yoxdur. Çünki beynəlxalq birliyin Ilham Əliyevə mesajı birmənalıdır: Seçki saxtalaşdırılıb və o legitim deyil. Hələ nə ABŞ, nə də Avropanın aparıcı demokratik dövlətlərinin rəhbərliyi Ilham Əliyevi təbrik etməyib. Hakimiyyətdə də bu nəticələrin dünya birliyi tərəfindən tanınması kimi qiymətləndirirlər. Bundan başqa beynəlxalq aləm Azərbaycan xalqının öz haqları uğrunda mübarizəyə dəstək verdiyini açıq bəyan edib. Elə bu səbəbdəndir ki, hakimiyyət 12 oktyabr mitinqində “xarici qüvvə” izi axtarır. YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun mitinqdən dərhal sonra “mitinqi xarici qüvvələr idarə edirdi” şəklində bəyanat verməsi bunun təzahürüdür. Beləliklə, hakimiyyət hazırda çox acınacaqlı durumdadır və vəziyyətdən çıxmaq üçün hazırda atılan və effekt verməyən addımlardan başqa da variantlar axtarır.
Posted on: Mon, 14 Oct 2013 14:12:31 +0000

Trending Topics



class="stbody" style="min-height:30px;">
Colorful Wind Ornaments Canvas Print / Canvas Art - Artist Karol
3 Pack Dentiste Plus White Interdental Pick Removes Plaque Tartar
https://lnkd.in/e9-3mGh The jew nazy CIA Bush illuminati are
Actualmente, el tráfico ilegal de animales es el segundo más
The 2009 Import and Export Market for Base Metal Imitation Jewelry
O God, you are the source of life and peace. Praised be your name

Recently Viewed Topics




© 2015