Dünən DÇ-2014-ün pley-off mərhələsində İsveçlə matçda - TopicsExpress



          

Dünən DÇ-2014-ün pley-off mərhələsində İsveçlə matçda het-trik edən Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo göstərdiyi oyunla hər kəs tərəfindən bəyənilib. Portuqaliyanın dünya çempionatına getməsinin ən böyük səbəbkarı olan hücumçunun bu çıxışı Qızıl top mükafatındakı şanslarını da artırıb. Futbol şərhçiləri hesab edir ki, bu il 66 qol vuran Ronaldo “pley-off”dakı son iki çıxışına görə dünyanın ən yaxşı futbolçusu ola bilər. Portuqaliyalı hücumçunun bu il Lionel Messi və Frənk Riberidən daha üstün oyun sərgilədəyi bildirilir. Qeyd edək ki, Qızı top mükafatında səsvermənin vaxtı noyabrın 29-a qədər uzadıb. #Zaur
Posted on: Wed, 20 Nov 2013 11:33:15 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015