Dünən UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarına - TopicsExpress



          

Dünən UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarına start verilib. Qitənin ikinci dərəcəli turnirində 12 qrupdan 48 komanda mübarizəyə qoşulub. Bu turun bütün qarşılaşmalar eyni gündə keçirilib. 24 görüşün 12-si Bakı vaxtı ilə saat 22:00-da, qalanları isə 00:05-də baş tutub. Qeyd edək ki, millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu səfərdə “Maribor”un qonağı olub. Bu qarşılaşmada Kazan təmsilçisi rəibini 5:2 hesabı ilə darmadağın edib. Avropa Liqasının Qrup mərhələsinin I tur 19 sentyabr A qrupu “Sent Qallen” (İsveçrə) – “Kuban” (Rusiya) - 2:0 QOL: Martiç, 56, Matyis, 76 Qırmızı vərəqə: Kabore, 90 (“Kuban”) “Valensiya” (İspaniya) – “Suonsi” (İngiltərə) - 0:3 QOL: Vilfrayd, 14, Miçu, 58, De Quzman, 62 Qırmızı vərəqə: Adil Rami, 10 (“Valensiya”) B qrupu “Dinamo” (Xorvatiya) – “Çernomorets” (Ukrayna) - 1:2 QOL: Fernandes, 43 - Antonov, 62, Cece, 65 PSV (Hollandiya) – “Ludoqorets” (Bolqarıstan) - 0:2 QOL: R. Bezyak, 60, Misican, 74 C qrupu “Zalsburq” (Abstriya) – “Elfsborq” (İsveç) - 4:0 QOL: Alan, 36, Soriyano, 44 (pen.), 69, 79 “Standard” (Belçika) – “Esbyerq” (Danimarka) - 1:1 QOL: Biya, 73- Van Buren, 63 D qrupu “Maribor” (Sloveniya) – “Rubin” (Rusiya) - 2:5 QOL:M. Mileç, 35, Fayiç, 73 - G, Qaradəniz, 23, Markano, 27, Yeremenko, 69, Rondon, 90, Ryazantsev, 90+1 “Zulte Varegem” (Belçika) – “Viqan” (İngiltərə) - 0:0 E qrupu “Fiorentina” (İtaliya) – “Pakos de Fereyra” (Portuqaliya) - 3:0 QOL: Rodriqez, 30, Matos, 67, Rossi, 76 “Panduri” (Rumıniya) – “Dnepr” (Ukrayna) - 0:1 QOL: Ruslan Rotan, 38 F qrupu “Ayntraxt” (Almaniya) – “Bordo” (Fransa) - 3:0 QOL: Kadleç, 4, Marko Russ, 16, Cakpa, 52 Qırmızı vərəqə: Lukas Alfonso Orban, 62 (“Bordo”) “Makkabi” (Təl-Əviv, İsrail) – APOEL (Kipr) - 0:0 G qrupu “Dinamo” (Ukrayna) – “Genk” (Belçika) - 0:1 QOL: Qorius, 64 “Tyun” (İsveçrə) – “Rapid” (Avstriya) - 1:0 QOL: Krisyian Şnevli, 35 H qrupu “Eştoril” (Portuqaliya) – “Sevilya” (İspaniya) - 1:2 QOL: Miqel, 61 - Vitolo, 59, Kevin Qameyro, 77 “Frayburq” (Almaniya) – “Liberets” (Çexiya) - 2:2 QOL: Şuster, 23 (pen.), Mehmedi, 35 - Kalitvintes, 67, Rabusiç, 74 Qırmızı vərəqə: Karim Qude, 78 - S. Ribalka, 90 İ qrupu “Betis” (İspaniya) – “Lion” (Fransa) - 0:0 “Gimaraynş” (Portuqaliya) – “Riyeka” (Xorvatiya) - 4:0 QOL: Ba Abdulaye, 36, Planqe, 48 Mussa Maazou, 68 (pen.), Andre, 81 J qrupu “Apollon” (Kipr) – “Trabzonspor” (Türkiyə) - 1:2 QOL: Sanqoy, 18 (pen.) - Maluda, 20, Y, Ərdoğan, 86 “Latsio” (İtaliya) – “Legiya” (Polşa) - 1:0 QOL: Hernanes, 53 K qrupu “Şerif” (Moldova) – “Anji” (Rusiya) - 0:0 “Tottenhem” (İngiltərə) – “Tromse” (Norveç) - 3:0 QOL: Defo, 21, 29, Eriksen, 86 L qrupu “Makkabi” (Hayfa, İsrail) – “AZ Alkmaar” (Hollandiya) - 0:1 QOL: Qudmundsson, 71 PAOK (Yunanıstan) – “Şaxtyor” (Qazaxıstan) - 2:1 QOL: Atanasiadis, 75, Vukiç, 90 - Kanas, 50 (pen.) Qırmızı vərəqə: Andrey Porivayev, 87
Posted on: Fri, 20 Sep 2013 22:51:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015