Dünən arvadımla Laçın ticarət mərkəzinə alverə getdim. - TopicsExpress



          

Dünən arvadımla Laçın ticarət mərkəzinə alverə getdim. Özümə qətiyyətlə söz verdim ki, bu dəfə məni aldada bilməyəcəklər. Nə isə uzun gəzintidən, çənə-boğazdan sonra böyük ruh yüksəkliyi ilə heç nə almadan (ona görə kefim kök idi ki, mənə heç nəyi sırıya bilməmişlər) oradan çıxırdım ki, çıxacaqda yaraşıqlı və son dərəcə dilli-dilavər bir qadın satıcı bizi içəri dəvət elədi. Doğrusu özümə payızlıq kurtka axtarırdım. Burada da xeyli çeşidli kurtka var idi. Qadın birini təklif elədi, babat idi. Dedi sənə 90 manata verərəm. Məlum idi ki, aldadırdı. Mən yağlı dilimi, o da şirin dilini işə salıb xeyli çək çevirdən sonra dostlaşdıq, yoldaşımla hətta podruqa da oldu və s. Boynumuza yekə minnət də qoyub kurtkanı 60 manata verdi. Evə gəldik, sevinə-sevinə kurtkanı qızlarıma göstərdim, hətta qiymətdə aldatdığımı da deyib qürrələndim. Böyük qızım nə desə yaxşıdır. - Dədə axı neçə dəfə demişəm ki, aldanma, bu 8-yun bazarında 35 manatadır. keçən həftə Mahmuda almışıq (hətta mən onu Mahmudun əynində görüb mübarək də demişdim) İnanmadım, tənbəllik eləməyib hirsimdən qızımla bazara getdim. Eynilə həmin kurtka, 35 manata. Gədə hətta dedi ki, dayı endirim də var. Gəldim evə arvadımı da qabağıma qoyub zarıdım: Ay arvad qəm eləmə, birinci dəfə deyil ki, 40 ildi aldana-aldana gəlmişik, şübhəsiz ölənə kimi də aldadacaqlar, deməklə hətta gələcəkdə aldanacaqlarımıza da haqq qazandırdım. Burda nə var ki, Allah bizə daim aldanmağa hazır olan bir xarakter bəxş edib. Deməli günah bizdə deyil Allahdadır, qoy bunun dərdini o çəksin. Bununla da günahkarı tapıb özümüzə təskinlik verdik. Durub gülə-gülə dolma bişirməyə başladıq. Bu zaman ortaya çıxdı ki, keçən həftə ət maşınına aldığımız təzə bıçaqlar bununki deyilmiş, kişi bununku adıyla bizə sırıyıb. Təzədən qan-tər içində bir də indicə qayıtdığım 8-oy bazarına üz tutdum. Yəqin ki, kənardan baxanlar başımnan çıxan tüstünü görürdülər... Nə isə uzun məsələdi..
Posted on: Tue, 17 Sep 2013 08:18:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015