DüşüncəLərim...Maraqlı yazı... Hər gün - TopicsExpress



          

DüşüncəLərim...Maraqlı yazı... Hər gün düşünürəm!!! Düşündüyümü hərdən bir möcüzə kimi anlayıram... Deyirem: “Allahım sənə həmd olsun!!! Mən öz üzərimdə istədiyim hər bir şeyi edə bilirəm... Hal - hazırda düşündüm ki, Mən əlimi qaldırıb barmaqlarımı oynadım, başımı çevirmək istədim və bir anlıq içərisində etdim... Bu nədir?!?!?! Doğrudan da bu bir möcüzədir... Düşünürəm: “Həyat nə qədər maraqlıdır...(acı bir gülüşlə)... Günəş üfiqdən çıxır, sanki mənə baxırmış kimi gülümsəyir, quşların cəh – cəhi insanı laaaaap valeh edir, budur, artıq maşın motorlarının işə salındığını eşidirəm, insan ayaqlarının tıqqıltısı eşidilir... Bu an dərindən nəfəs alıb o gözəl, görünməz, lakin təravətli, insana stimul verən təmiz səhər havasını ciyərlərimə çəkirəm....Oh...h...h... Şükür, İlahi, mənə bu gözəlliyi bircə gün də görməyə şans verdin... Şükür bu günü mənə bir dəfə də qismət etdin ki, Səni düşünərək xeyirli və daha da ürəyə yatımlı, lazımi işlər görməyə... Budur! Günüm az - çox, pis - yaxşı keçə - keçə saatlar - saatları, dəqiqələr – dəqiqələri, saniyələr – saniyələri əvəz edə - edə gün bitməyə doğru gedir... İnsanların işdən çıxıb evə tələsik addımları bir - birini əvəz edir, quşların nədənsə səsləri eşidilmir, yəgin onlar da bu günlük dincliyini almaq üçün öz yuvalarında mışıl - mışıl yatışırlar... Artıq hər bir şey sükut vəziyyətindədir... Çıxıram eyvana baxıram... Sakitlik və Mən... Birdən sakitliyi pozan hardansa maşın səsi eşidilir... Həmin an fikrimdən keçir: “Xeeex, yəgin evinə tələsir... Nə gözəldir insanın ailəsi, öz isti ocağı, ona doğma və əziz olan hər bir şeyin toplaşdığı məkan olan – şəxsi evi!!!. Maraqlıdır, ola bilsin ki, bu vaxt sükan arxasında olan şəxs çooooox yorğun olar... Hər halda gecədir, artıq gecdir!!! Bir az əvvəl duyduğum hisslər yenidən özüm - özlüyümə geri dönür... Necə həzin bir axşamdır... Necə gözəl mənzərə - insani veleh edəcək qədər gözəl bir gecə... Bütün şəhər yatır, bəzisi cırtdan kimi oyaqdır... Beləliklə, bir daha bu gün təsdiq etdi ki, həyatın mənası və gözəlliyi budur!!! Azər
Posted on: Tue, 22 Oct 2013 19:49:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015