DİFFUZ TOKSİKİ ZOB Diffuz toksiki zob (Qreyvs- Bazedov) - TopicsExpress



          

DİFFUZ TOKSİKİ ZOB Diffuz toksiki zob (Qreyvs- Bazedov) – autoimmun xəstəlik olub , qalxanabənzər vəzin diffuz böyüməsi və hormonların miqdarının kəskin yüksəlməsi ilə xarakterizə olunur.Qalxanabənzər vəzin normal həcmi kişilərdə 9-25 ml , qadınlarda 9-18 ml təşkil edir. Tireotoksikoz - qalxanabənzər vəzin sekresiyasının kəskin artması ilə müşayət olunan kliniki sindromdur. Hipertireoz - qalxanabənzər vəzin funksional aktivliyinin artması , fiziloloji (hamiləlik) və patoloji (tireotoksikoz) olur.Xəstəliyin ağırlığı klinik mənzərəyə və ağırlaşmasına əsasən (səyirici aritmiya , daxili orqanların distrofik dəyişiklikləri , tireotoksik psixoz və.s ) qiymətləndirilir. SƏBƏBLƏRİ : Əsas səbəb immun sistemin defektidir - antitellər vasitəsilə vəzin hormonlarının produksiyasını stimullaşdırır. Antitellər limfositlərdən sintez olunan zülallardır.Bu zülallar - antitellər tiroid hormonlarının produksiyasını nizamlayan TTH (tireotrop hormon) reseptorları ilə birləşərək hormonların kontrolsuz sekresiyısına səbəb olur.Bu antiellər məhz buna görə ATp TTH adlanır.Qalxanabənzər vəz onu stimmulaşdıranın nə olduğunu “ başa düşmür ” Diffuz toksiki zoblu xəstələrin qohumlarının 50 %-ində dövr edən antitellər olur. Bəzən digər autoimmune xəstəkilərlə ( I tip şəkərli diabet, böyrəküstü vəzin xroniki çatışmazlığı ) birgə müşahidə olunur.Qadınlar kişilərdən 5-10 dəfə çox xəstələnir.Bir qayda olaraq gənc və orta yaşda aşkar olunur. KLİNİKASI :Xəstəliyin klinikası müxtəlifdir-parlaq təzahürlü müşayət olunana formalardan gizli formalara qədər. Qalxanabənzər vəz : Vəzin ölçüsü adətən hər iki payın hesabına böyüyür.Yaşlılarda və kişilərdə normal ölçülü və nəzərə çarpmayacaq dərəcədə böyüyür. Böyümənin olmaması DTZ diaqnozunu inkar etmir. Ürək damar sistemi : Ürək döyüntülərinin artması, arterial təzyiqin yüksəlməsi və ağır tireotoksikoz zamanı ürək çatışmazlığı (tireotoksik ürək) əmələ gəlir. Maddələr mübadiləsi : Arıqlama ,hərarətin yüksəlməsi , isti dəri, əzələ yorğunluğu müşahidə olunur. Sinir sistemi : Oyanıqlığın artması , ağlamağa meyllik, fikir dağınıqlığı , tremor. Həzm sistemi : Qarında ağrılar, iştahın pozulması ( gənclərdə artması,yaşlılarda itməsi ) müşahidə olunur. Daxili sekresiya vəzləri : Menstrual tsiklin pozulması,kişilərdə ginekomastiya, cinsi funksiyanın zəifləməsi,karbohidratlara qarşı tolerantlığın itməsi formalaşır Gözlər : Gözlərin bərəlmiş olur, parlaqlığı itir, fiksasiya qabiliyyəti pozulur,vegetativ innervasiyanın pozulması nəticəsində göz qırpma azalır. Endokrin oftalmopatiya – gözlərin autoimmun mənşəli zədədlənməsidir. Sərbəst autoimmun xəstəlik olsa da 95 % hallarda qalxanvari vəzin autoimmun xəstəlikləri ilə əlaqəlidir : 90 % diffuz toksiki zob, 5 % autoimmun tiroidit ilə birgə müşayət olunur. 5-10 % xəstələrdə isə qalxanvari vəzin patologiyası klinik olaraq təyin olumur. Əsasən gözləri hərəkət etdirən əzələlərin və dogər strukturların distrofiyası ilə müşayət olunur. 10 % halda birtərəfli olur.Kişilərdə 5 dəfə artıq rast gəlinir.Atp TTH antitellər retrobulbar hüceyrələrdə ödem və immun zəzdələnmə yaradır ki bu da xəstələrdə göz yuvasının səthini azaldaraq ekzoftalma səbəb olur.Başlanğıc simptomlar göz alamalrı üzərində təzyiq, işığa həssaslığın artması, yad cism hisssiyatı ( gözlərdə qum) və s.dir
Posted on: Wed, 30 Oct 2013 08:04:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015