Dəhşətli qatar qəzası: 56 ölü İspaniyanın - TopicsExpress



          

Dəhşətli qatar qəzası: 56 ölü İspaniyanın şimal-qərbində qatar qəzasının qurbanlarının sayı ən azı 56 nəfər təşkil edir Qatar Qalisiya muxtar cəmiyyətinin mərkəzi olan Santyaqo-de-Kompostela şəhərinin dəmir yolu stansiyası yaxınlığında qəzaya düşüb. Yerli KİV-in məlumatına görə, qatar sərt döngəyə girə bilməyib. Bununla belə yerli sakinlər bildiriblər ki, qəzadan əvvəl partlayış səsi eşidiblər. Bundan əvvəl bildirilib ki, 40-45 nəfər həlak olub, təxminən 200 nəfər xəsarət alıb. Son məlumatlara görə, ən azı 70 nəfər yaralanıb. Qəza baş verən Qalisiya regionunun başçısı, Alberto Nunyes Feyxoo qurbanların sayının ən azı 56 nəfər olmasını təsdiq edib. xezerxeber
Posted on: Thu, 25 Jul 2013 04:45:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015