Dərin mühafizəkarliğa və çarliq rejiminə bağli olsa da - TopicsExpress



          

Dərin mühafizəkarliğa və çarliq rejiminə bağli olsa da dönəmin polis rəisi S.V.Zubatov işçi hərəkatının yalniz silah gücüylə aradan qaldirmağın mümkün olmadiğını yaxşi başa düşürdü.bu məqsədlə Zubatov işçilərin etirazini və müxalifətini idarə etmək və onu dövlətdən başqa istiqamətlərə yönləndirmək üçün dövlət nəzarətində olan işçi sendikalari yaradilmasini irəli sürürdü.Bu təklifi qəbul etməklə çar II Nikolay etirazlari və çarliğa qarşı olan təhdidi aradan qaldirmağı hədəfləyirdi.Bu siyasi addim tarixdə "Zubatovshina" kimi keçmişdir.Bunu bəzən polis sosializmi də adlandirirlar.Belə ki,ilk olaraq 1901-də Moskvada Sənaye İşçiləri Yardimlaşma Dərnəyi ardindan da bənzər işçi sendikalari Kiev,Minsk,Odessa da qurulmuşdu.Lakin planin əsas hissəsi olan işçilərə bəzi haqlarin verilməsi istər Nikolay istərsə də zavod sahibi baronlarin tənqidinə məruz qaldı.1903 də daxilə sızmış Bolşeviklərin əli ilə çıxan tətil Zubatovun istefasi ilə tamamlandı.Yerinə gələn Vicislav fon Plehve də 1904-də öldürülüncə Zubatov verilən təklifə rəğmən işinə qayitmaqdan imtina edər.Lakin Zubatovculuq çarliq rejiminin yeritdiyi uğurlu bir siyasi manevr ola bilərdi.Hətta Lenin belə "1907-ci il"də və 1905-ci ilə aid yazilarinda qeyd edir: "indi Zubatov hərəkati sərhədlərini aşır.Polislər tərəfindən yaradilan və polislərə xidmət edən və mütləqiyyəti müdafiyəyə yönələn,işçilərin siyasi ağlını oğurlayan bu quruluş indi mütləqiyyətin özünə qarşi sinfi mübarizədə özül rolunu oynayir"...
Posted on: Sat, 20 Jul 2013 17:35:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015