EHSEN! (y) 60 dil bilən 29 yaşlı azərbaycanlı poliqlot - - TopicsExpress



          

EHSEN! (y) 60 dil bilən 29 yaşlı azərbaycanlı poliqlot - MÜSAHİBƏ İbrahim Cəfərov: “Dilini öyrənmək üçün qaraçıya pul verdim, təəccübləndi...” Poliqlotlar dünyada ən çox maraq doğuran adamlardan sayılırlar. Tarixdə 100-dən artıq dil bilən poliqlotlar olub. Belələri Azərbaycanda da var. Lakin onlara diqqət yetirən, onları ictimaiyyətə tanıdan tapılmır. Belə nadir mütəxəssislərdən biri Azərbaycan vətəndaşı, 29 yaşlı İbrahim Cəfərovdur. - İbrahim, çox sayda dil öyrənmək həvəsiniz nə zaman və nədən qaynaqlandı? - Uşaqlığım Yəməndə keçib, həm də qonşular arasında müxtəlif millətlərin nümayəndələri var idi. Məsələn, bir dəfə qaraçıya pul vermişəm ki, mənə həmin dildən bəzi şeylər öyrətsin. Mənim xahişimi eşidən həmin qaraçı xeyli təəccüblənmişdi. Universitetə daxil olandan sonra başqa dilləri də öyrənməyə maraq yarandı. - Harda ali təhsil almısınız? - Nizami rayonu, 62 nömrəli orta məktəbdə təhsil almışam. Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı, filologiya fakültəsini bitirmişəm. - Hazırda neçə dil bilirsiniz və hansı səviyyədə? - 60-a yaxın dil bilirəm.10-a yaxın dildən aktiv və praktik şəkildə yararlanıram. Qısa müddətdə təkrarladıqdan sonra 10 dildə danışmağı bacarıram, digərlərini passiv və ya nəzəri səkildə bilirəm. Britaniyalı linqvist Riçard Handsonun klassifikasiyasına görə, “hiperpoliqlot” o kəs hesab edilir ki, müstəqil şəkildə minimum 6 dil bilmiş olsun. İnsanlıq tarixində isə bu cür nümunələr yetəri qədər çoxdur. - Yaxşı və orta səviyyədə bildiyiniz dillər hansılardır? - Doğma azərbaycancadan başqa rus, ingilis, fransız, ispan, ərəb, alman, italyan, fin, norveç dillərini. Orta məktəbdə rus, fars, ingilis dilini keçmişəm. Qalanlarını sonradan özüm öyrənmişəm. D@ML@
Posted on: Wed, 14 Aug 2013 06:39:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015