EMIR TEYMURUN QƏBRI HAQQDA ƏFSANƏ. 1941ci ildə SSRİ - TopicsExpress



          

EMIR TEYMURUN QƏBRI HAQQDA ƏFSANƏ. 1941ci ildə SSRİ tərəfindən Səmərqəndə Teymurun qəbrinin açılması üçün ekspedisiya heyəti yollanır. Qəbirin açılmasının rəsmi səbəbi özbək yazıçı Nəvainin 500 illik yubileyi idi. Qəbirin açılması işləri 1941ci ilin 21 iyun tarixində başlanmışdı. Ekspedisiya nümayəndələi qeyd edir ki, həmin gün çox uğursuz başladı, qəflətən, naməlum səbəblərdən işıq sönür. Bundan sonra operator çayxanaya yollanır və burada 3 ağsaqqala rast gəlir. Onlar operatoru tanıyıb, deyirlər: “Kim Teymurun qəbrini açarsa, müharibə ruhunu azadlığa buraxacaq. Və müharibə elə dəhşətli və amansız olacaq ki, dünya hələ beləsini görməyib.” Bunu eşidən operator Kayumov yoldaşlarına bu haqqda xəbər verir və təklif edir ki, qəbri açmasınlar. Lakin yoldaşalrı onu gülüş hədəfinə çevirir, və Kayumovu lağa qoyurlar. Eskpedisiya nümayəndələri qəbri açır, bu zaman antropoloq bir qədər təəccüblənir. O həm Teymurun kəlləsinin formasının başqa cür olduğunu görür, həm də onun boyunun təxminən 1.80 olduğunu təxmin edir və bu da Mərkəzi Asiya adamı üçün kifayət qədər hündür idi. Ekspedisiya nümayəndələri mehmanxanaya qayıdır və radionu qoşurlar. Birdən onlar radioda alman qoşunun SSRİyə müharibə elan etdiyini və müharibənin artıq başlandığını xəbərini eşidirlər. Bunu eşidən nümayəndələr dərhal bütün materialları yığır və Moskvaya göndərirlər. Kayumov isə dərhal ön cəbhəyə yollanır və bu haqqda general Jukova məlumat verir, və ondan xahiş edir ki bu məlumatı cənab Stalinə çatdırsın. Deyilənə görə Jukov bu məlumatı Stalinə onunla ikinci görüşündə çatdırır. Stalinin bu xəbərə reaksiyası rəsmi olaraq bilinməsə də, deyilənə görə o, Teymurun qəbrinin yenidən basdırılması üçün milyon rubl ayırır ki, bu da o zaman üçün çox böyük məbləğ idi, o dövrdə bu pula bir ordu bölümünü 2 ay hər bir şeylə təmin etmək olardı. Teymurun qəbiri yenidən basdırılıqdan, demək olar ki, dərhal sonra isə Stalinqradda vəziyyət tamamilə SSRİnin xeyrinə dəyişir ki, bu da müharibənin gedişinə köklü surətdə təsir edir.
Posted on: Tue, 06 Aug 2013 13:09:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015