ESA Ay səthində binaların inşasının mümkünlüyünün - TopicsExpress



          

ESA Ay səthində binaların inşasının mümkünlüyünün araşdırılması məqsədilə konsorsium da yaradıb. Aya Yerdən inşaat materiallarının daşınmasının çox baha və çətin olması ucbatından tikintidə Ay qruntu, yəni reqolitdən istifadə imkanları təhlil olunur. Ayda 4 insanı qamma-radiasiya, temperatur sıçrayışları və meteoritlərdən qoruyacaq evin özülü Yerdən raketlə göndəriləcək baza silindrik modul olacaq. Modulun üzərinə çəkiləcək üfürmə günbəz isə sonradan robotlaşdırılmış 3D printer vasitəsilə istehsal ediləcək reqolit müdafiə layının əsasını təşkil edəcək. İnşaat materiallarının sərfiyyatını minimuma endirmək üçün lay köpüklü struktura malik olacaq. ESA-nın yaratdığı konsorsiuma Foster&Partners ilə yanaşı, İtaliyanın Alta SpA və Britaniyanın Monolite UK şirkətləri də daxildir. Konsorsium 1,5 ağırlığında Ay evini artıq inşa edib və bu evin kiçik modelinin 3D surətini çıxararaq vakuum məkanda sınaqdan keçirib
Posted on: Sun, 25 Aug 2013 08:47:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015