Elnur Əşrəfoğlu: O vaxt milli ilə getmişdik Trinidad və - TopicsExpress



          

Elnur Əşrəfoğlu: O vaxt milli ilə getmişdik Trinidad və Tobaqoya. Torresin başçılığı altında milli orada iki görüş keçirdi. Günlərin... bir günü də bütün komanda ilə Karıb dənizinin ən məşhur çimərliyində idik. Bu vaxt orada olan yerli uşaqlar, yaşları 15-17 olardı, bizə futbol oynamağı təklif etdi. Əlbəttə ki, cimərlik futbolu. Torres razılq verdi və komandaya məni və tərcüməçisini də daxil etdi. Digər futbolçular millinin oyunçuları idi – Rail Məlikov, Daniel Axtyamov və s. Nə isə başladıq oynamağa. Bu uşaqlar bizim başımıza bir oyun açdılar, gəl görəsən! Göz qırpımında biri sağdan qaçır, biri soldan topla keçir. Nəticədə bizə böyük hesabla qalib gəldilər. Amma onlar indiyə qədər də bilmirlər ki, Azərbaycan millisini udublar.
Posted on: Mon, 04 Nov 2013 17:56:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015