Elə bağlanmışam, elə sevmişəm Bir gün itirməkdən - TopicsExpress



          

Elə bağlanmışam, elə sevmişəm Bir gün itirməkdən qorxuram səni Qəlbimi, ruhumu qurban vermişəm Bir gün itirməkdən qorxuram seni. Adını çəkəndə dodağım yanar, Qəlbimdə eşqimin bulağı qaynar Sən yaşıl yarpaqsan, mən uca çinar Bir gün itirməkdən qorxuram seni. Bərk- bərk əllərimi əlində gizlə Gedək aşiqlərin saldığı izlə Eşit sözlərimi yəni bir sözlə Bir gün itirməkdən qorxuram seni. Qəlbimi dağıdan dərddir, kədərdir Bu kədər zəhərdən inan betərdir Bu dunya fanidir gəldi- gedərdi Bir gün itirməkdən qorxuram seni.
Posted on: Wed, 24 Jul 2013 07:48:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015