Elə bil görmürəm, kor olmuşam mən. Qəlbimi xoşbəxtlik - TopicsExpress



          

Elə bil görmürəm, kor olmuşam mən. Qəlbimi xoşbəxtlik tərk edən günnən. Nəfəsdə almagdan yorulmuşam mən... Hər anım belədi sən gedən günnən... Ayrılmag istədin başdadın yenə, Bəhanə etməyə, Gözlərim görmür.? Gah dedin xəyanət etmişəm sənə, Gah dedin ailəm icazə vermir... Bu qədər zülümkar bilməzdim səni... Bilməzdim izlərim üstə iz düşər. Getməyin bu qədər dəyişdi məni, Bagışla deməyin nəyi dəyişər...? Elə bil qalıbdı ruhum bədənsiz. Düşünüb qəlbimi çox sıxıram mən. Oturub bir küncdə hər gecə sənsiz, Sənli gecələrçün darıxıram mən... Bilməzdim haçansa çıxıb gedərsən. Bir gün kəsilərsən qənim yerimə. Sən özün özüvə nifrət edərsən... Bircə gün yaşasan mənim yerimə... Sən xarab saat tək donub durmusan, Mən sənsiz keçən hər ani sayıram... Sən özünçün yeni dünya qurmusan. Mən bitmiş bir yolda addımlıyıram... Aşkarda üzümdə gülüş görürəm, Göz yaşı tökürəm gizlində amma... Sevin ki hələdə səni sevirəm, Nifrətə laiqsən əslində amma....
Posted on: Wed, 19 Feb 2014 19:00:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015