Erix Mariya Remarkın "Üç dost" romanından kiçik bir hissə - TopicsExpress



          

Erix Mariya Remarkın "Üç dost" romanından kiçik bir hissə : Biz keçmişimizə səbəb olan yalan və xudbinlik, acgözlük və insafsızlığa – hər şeyə qarşı vuruşmaq istəyirdik; Ürəklərimiz daşa dönmüşdü və ən yaxın yoldaşdan savayı heç kimə inanmırdıq, bizi heç vaxt yanıltmamış səma, tütün, ağaclar, çörək və torpaq kimi qüvvələrdən başqa heç nəyə inanmırdıq; Ancaq sonda nə oldu? Hər şey dağılır, saxtalaşdırılır və unudulub gedirdi. Unuda bilməyənlər üçün isə ancaq acizlik, ümidsizlik, laqeydlik və araq qaldı. Böyük cəsarətli arzuların dövrü keçib getmişdi. İşbazlar, satqınlıq və yoxsulluq zəfər çalmışdı. Sahib Əsədbəyli
Posted on: Sun, 25 Aug 2013 06:38:59 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015