Ermənistan Qarabağın müstəqilliyini tanıyarsa... Tomas De - TopicsExpress



          

Ermənistan Qarabağın müstəqilliyini tanıyarsa... Tomas De Vaal: Mən bunu Ermənistanın daxili siyasətində teatr hesab edirəm Xəbər verdiyimiz kimi, qondarma “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi Ermənistan parlamentində gələn həftənin çərşənbə axşamı müzakirəyə çıxarıla bilər. Bu təşəbbüslə Ermənistan parlamentinin “İrs” fraksiyasının katibi Zauri Postancyan çıxış edib. Bəs Ermənistanın bu mümkün addımına reaksiya necədir? ANS-in Vaşinqtondakı xüsusi müxbiri Sevinc Osmanqızı bunu araşdırıb. “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsini qəbul edilərsə, Ermənistan qondarma qurumu tanıyan ilk və yeganə ölkə olacaq. Lakin vaxtaşırı, həm də müxalifət tərəfindən ortalığa atılan bu taktika çox da inandırıcı görünmür. Qara Bağ kitabının müəllifi Yerevan parlamentində baş verənləri “teatr”hesab edir. Tom de Vaal: “Mən bunu ciddi qəbul etmirəm. Ermənistan Qarabağın müstəqilliyini tanıyarsa, bununla da Minsk Qrupuna son qoyulacaq, çünki münaqişənin tərəfi kimi öz səlahiyyətlərini itirmiş olacaq. Mən bunu Ermənistanın daxili siyasətində teatr hesab edirəm. Müxalifət qışqır-bağır salır, hökumət isə guya məsuliyyətli davranaraq, buna yol vermir”. Lakin ABŞ-da qondarma DQR-i tanımaq üçün səylər səngimək bilmir. Ermənilər hələ ki, adda-budda xırda yerlərdə nailiyyət qazana biliblər nail ola biliblər. 2012-ci ildə Roud adasında, daha sonra Massaçusetsin Nümayəndələr Palatasında buna dair qətnamə qəbul olunub. Bu ilin aprel - may aylarında isə Meyn və Luiziana ştatlarında qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyına qətnamə əldə edilir. Bu səylərə cavab olaraq, Azərbaycan da ABŞ-ın 10 ştatında Xocalını tanıyan qətnamə qəbul edildiyini deyə bilər. Lakin qətnamələr yerdəki güc nicbətini dəyişə bilməz. Təbiəti aldatmaq mümkün olmadığı kimi, lobbi fəaliyyətini də imitasiya etmək mümkün deyil. Sevindirici faktdır ki, Ermənistan respublikası ilə yolları Ayrlann Ermınu diasporundan fərqli olaraq, daha gənc, lakin daha mütəşəkkil Azərbaycan lobbisi formalaşmaqdadır.
Posted on: Wed, 23 Oct 2013 12:50:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015