Fiqhi baxımdan irtidad İslam cəza sistemi bir sıra ağır - TopicsExpress



          

Fiqhi baxımdan irtidad İslam cəza sistemi bir sıra ağır cinayətlərə görə edam hökmü nəzərdə tutulması müxaliflər tərəfindən bir o qədər müzakirə olunmasa da, Qərb ölkələrində ümumiyyətlə cinayət sayılmayan əməllərə görə ən yüksək cəza növünün tətbiq olunması diqqət mərkəzindədir. Ələlxüsus, irditad(dindən çıxma) kimi günaha görə ölüm hökmünün verilməsi İslam dininin tolerant olmamasına, dözümsüzlüyü təbliğ etməsinə dəlil kimi göstərilir. Bir müsəlmanın dinindən imtina etməsi niyə cinayət sayılmalı, cinayət sayılsa da niyə edamla cəzalandırılmalıdır? Bu məsələyə aydınlıq gətirməzdən öncə, irtidadın tərifini verək. “Rədd” kökündən yaranmış irtidad kəlməsi müsəlmanın İslam dinindən imtina etməsinə, mürtəd isə bu işi görənə deyilir. Şəriətə görə mürtədlər iki növə bölünür – fitri və milli. Valideyini müsəlman olan bir şəxs həddi- buluğa çatdıqdan sonra müsəlman olduğunu bildirərsə və bundan sonra İslamdan imtina edərsə fitri mürtəd sayılar. Valideyini qeyri-müsəlman olan bir şəxs həddi-buluğa çatdıqdan sonra müsəlman olduğunu elan edib sonra İslamdan imtina edərsə, milli mürtəd sayılar. Bir sözlə, şəriət əvvəlcədən müsəlman olan şəxsin İslamdan çıxması ilə müsəlmançılığı qəbul edib sonra ondan imtina edən arasında fərq qoyur. Qurani-Kərim (Nəhl:106) mürtədin Cəhənnəm əzabına düçar olacağını xəbər versə, onun şəriətlə cəzalandırlmasından söz açmır. Mürtəd kişi üçün edam, qadın üçün isə ömürlük həbs cəzası barədə məlumat hədis və rəvayətlərdə yer alıb. Hədis və rəvayətlər(əxbar) Qurandan sonra İslam hüququnun ikinci mənbəsi sayıldığından, mürtəd barədə qeyd olunan cəzaların tətbiq olunması əksər fəqihlər tərəfindən dəstəklənir. İrtidad qrup şəkilində baş verərsə, mürtəd olan qrupa qarşı edam cəzası tətbiq edilməz. Edama yalnız fərdi qaydada dindən imtina edən kişilər məhkum oluna bilərlər. Bundan əlavə, Allah bütün bəndələrinin üzünə tövbə qapılarını açıq qoyduğuna görə, mürtədin də tövbə etmək haqqı var. Bəzi alimlər fitri mürtədin tövbə etməsini onun barəsində çıxarılan ölüm hökmünün ləğv edilməsini əsas saymırlar. Sadəcə olaraq, fitri mürtəd tövbə edərsə onun müsəlman kimi dəfn olunması vacib olar. Lakin milli mürtədin tövbəsi onun edamdan qurtulmasına əsas sayıla bilər. Bəzi fəqihlər milli və fitri mürtəd arasında heç bir fərq qoymadan, hər ikisinin tövbəsinin onlar barədə çıxarılan edam hökmünün ləğvinə əsas sayırlar. Bu ixtilaflı məsələdə kompromis yolu olaraq, mürtədin əfv olunub-olunmamasını şəriət baxımından hakimiyyəti legitim sayılan hakimə(dövlət başçısının) həvalə olunur. Müasir fəqihlərin az bir hissəsi edam hökmünün məsum tərəfindən icra olunmasının tərəfdarı olduğundan, mürtəd barəsində də bu qərarın verilməsinin əleyhinədirlər.
Posted on: Tue, 29 Oct 2013 20:54:18 +0000

Recently Viewed Topics




© 2015