Fərhad Vəliyev: Çox vacib qələbə qazandıq. Penalti - TopicsExpress



          

Fərhad Vəliyev: Çox vacib qələbə qazandıq. Penalti epizoduna gəlincə, təbii ki, inanırdım özümə. Yox, rəqibin hara vurması haqqında öncədən bir bilgim yox idi. Sadəcə, bir az təcrübə, bir az da onun topa gəlməyini nəzərə aldım. Sevindiricidir ki, artıq 5 oyundu qol buraxmırıq. Meydana kim çıxırsa, komanda uğrunda mübarizə aparır. Uğurumuzun əsas səbəbi budur. Çempionat hələ yeni başlayıb. Qarşıda çox oyun var. Belə oyunlarda qələbə qazanmaq komandaya əlavə stimul verir. Qarşıdan Qəbələ ilə oyun gəlir. Qəbələlilər bu mövsüm olduqca uğurlu çıxış edir. Çempionluğa iddialıdırlar. Ona görə də gərgin və maraqlı oyun olacaq. Təbii ki, meydana 3 xal üçün çıxacağıq. Azarkeşlərimizə səslənirəm. Bizə dəstək olsunlar sonuna qədər. Lənkəranda bizə yaxşı dəstək oldular. İndi növbə Bakıdakı oyundadı.
Posted on: Tue, 29 Oct 2013 14:23:49 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015