Gülər Əhmədova barəsində cinayət işinin ibtidai istintaqı - TopicsExpress



          

Gülər Əhmədova barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. G. Əhmədovanın vəkili Raqif Mustafayevin APA-ya verdiyi məlumata görə, ibtidai istintaqın yekunlaşması tərəflərə elan olunub: “Hazırda Gülər Əhmədova cinayət işinin materialları ilə tanış olur. Ondan sonra vəkillər də cinayət işinin materialları ilə tanış olacaq” . Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.
Posted on: Wed, 28 Aug 2013 05:52:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015