Gülər Əhmədovaya hökm oxunub Ağır Cinayətlər - TopicsExpress



          

Gülər Əhmədovaya hökm oxunub Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə G. Əhmədovaya hökm oxunub. G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Posted on: Mon, 02 Dec 2013 12:21:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015