“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan - TopicsExpress



          

“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AKTİVƏMSƏ VARAM” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi gənclər arasında könüllülük hərəkatının təbliğ olunması, könüllülərin şəbəkəsinin yaradılması və onların bilik və bacarıqlarının artırılması yolu ilə aktiv fəaliyyətlərinin təmin olunmasından ibarətdir. Bunun üçün əvvəlcə 20 nəfər könüllüdən ibarət “Könüllü Gənclər Klubu” yaradılacaq və onlara 2 günlük təlim keçiriləcəkdir. Təlimdə Könüllülük nədir, könüllülüyün tarixi, Könüllü Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanunu, Könüllülüklə bağlı beynəlxalq təcrübə, Könüllülüyün cəmiyyətin inkişafına tövhəsi, Könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru, Sosial Xidmlət haqqında Azərbaycan Respublikasının Qanunun, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında bilgilər veriləcəkdir. Təlim interaktiv metodla aparılacaq və qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, qrup işləri, üzakirələr, iştirakçılarla və mütəxəssislərlə fikir mübadiləsi və təqdimatlar olacaq, könüllü kimi təcrübəsi olan gənclərin uğur hekayələri bölüşüləcək. Könüllülərlərlə ƏSMM-n sosial işçilərinin, Gənclər və İdman İdarələrinin, Qızıl Aypara cəmiyyətinin nümayəndələrinin görüşləri təşkil olunacaq, həmin təşkilatların fəaliyyətləri ilə tanışlıq və gələcəkdə onların işlərinə cəlb edilməsi işləri həyata keçiriləcəkdir. Könüllü Gənclər Klubu iştirakçılarının seçilməsi motivasiya əsasında seçiləcəklər, bunun üçün ali təhsil alan, yüksək nitq qabiliyyətinə malik, təlimlərə hazırlıq və təşkili məsələlərində özünə güvənən şəxslər İŞTİRAKÇI VƏRƏQƏSİ ilə müraciət edəcəklər. Təlim keçmiş Könüllü Gənclər Klubu (KGK) məktəblərdə seminarların keçirilməsində iştirak edəcəklər. Bu da onlara və məktəblərə stimul olacaqdır. Seminarlarda təlim keçmiş könüllülər öz bilgilərini məktəbli gənclərə verməyə çalışacaqlar. gdib.org/form/
Posted on: Sun, 22 Sep 2013 14:34:52 +0000

Trending Topics



3

Recently Viewed Topics




© 2015