==*HAKİMİYYƏTƏ KİM GƏLƏ BİLƏR*== (Birirnci - TopicsExpress



          

==*HAKİMİYYƏTƏ KİM GƏLƏ BİLƏR*== (Birirnci məqalə) ***CƏMİYYƏTİN RUHU TƏLƏBATINI TƏMİN EDƏN YENİ MÜASİR DÜŞÜNCƏ SİSTEMİNİ TƏQDİM EDƏN QÜVVƏ*** *Hakimiyyətə o qüvvə gələcək ki,o siyasi mənsubiyyəinin prinsiplərini deyil ümumilli dünyagörüş sistemini cəmiyyətə təqdim edə bilsin. Bu gün cəmiyyətimiz hər hansı siyasi qüvvənin proqramını qəbul etmək iqtidarıda deyil. Çünki cəmiyyətimiz siyasiləşməyib və partiya proqramları bu gün geniş kütlələri cəlb edə bilmir. Adının nə olmağından asılı olmayaraq,hətda on dəfə özünü milli adlandıran hər hansı qurum belə xalqa yeni müasir dünya ilə həm ahəng olan,bir dünyabaxış təqdim etməsə,onun xalqın geniş kütlələrini fəth etməyə heç bir şansı olmayacaq. Fərdi qaydada namizədliyini vermiş iddiaçılar siyasi proqramları vasitəsi ilə cəmiyyətin yalnız o proqrama marağı olan kəsimini cəlb edə bilər. Bir çoxları avtoritarizmidən demokratiyaya keçid haqda pofoslu cümlələrlə kütləyə təsir etmək iddiasına düşsə bilin ki,bu sadəcə nə istədiyini özüdə bilməyən diletandır. Çünki ona sual versən ki,əfəndim siz dövlət başçısı olmaq iddiasına düşmüsünüzsə,deyin görək siz dövlət aparatını idarə etmək vəzifəsini nəzərdə tutursunuz yoxsa cəmiyyəti idarə etməyi. Əgər bu şəxs bu gün dövlət aparatı ilə doqquz milyonluq cəmiyyətin fərqli üsullarla necə idarə edəcəyini bilmirsə hansı cürətlə o dövlət başçısı olmağa iddialıdır. Bu gün prezidentliyə iddialı olanların demək olar ki,hamısı,dövlət aparatının başına keçən kimi artıq hər şeyi həll edəcəyini güman edir. Ona elə gəlir ki,dövlət aparatı vasitəsi ilə cəmiyyəti də bu gün ki avtoritar rejim formasında idarə edəcək. Hətda qəti olaraq deyərdim ki,heç buna da nail ola bilməyəcək. Kim öz möhtəşəm ideyası ilə cəmiyyəti cəlb edə buləcəksə,cəmiyyət həmin şəxsi dövlət aparatının başına gətirəcək. Nəzərə almaq lazımdır ki,biz oturuşmuş demokratik dövlət deyilk və bu gün biz iqtidarı yalnız düzgün idarə edə bilmədiyi üçün deyil,avtoritar ,totalitar,mahiyyətli olduğu üçün,kommunist xarakterli dünya görüşüə malik olduqları üçün iqtidardan getməsinə çalışırıq. Bu haqda hazırlanacaq istənilən “Yol xəritəsi”kimi özlərinin iddia etdiyi fundamental sənəd belə cəmiyyəti yerindən tərpətməyə qadir ola bilməz. Bu gün cəmiyyətimizin maraqlarını oxuya bilən,onun nə istədiyini duya bilən “milli sərraflar” lazımdır ki,bütün bu proqramların fəlsəfəsini işləyib xalqa çatıdıra bilsin. Yüzlərlə politoloq və hüquqüşünaşları bir yerə cəmləyib və onları gündə iyirmi saat işləməyə məcbur etsən belə,hazırlanacaq istənilən proqram,cəmiyyəti yerindən qaldıra bilməyəcək. Cəmiyyətimiz bu gün iqtisadi çətinliklər məngənəsində, belə demək mümkünsə can verdiyi halda, cəmiyyətin ruhunun tələbatını ödəyəcək yeni bir düşüncə tərzinə,yeni bir dünyagörüş sisteminə,yeni müasir yaşam fəlsəfəsinə daha böyük ehtiyacı var. Onlarla vətəndaşı, onun yaşayış səviyyəsini yaxşı edəcəm deməklə mübarizəyə səsləmək olar. Lakin yüz minlərlə insanı qısa bir vaxta ayağa qaldırıb onu qəti mübarizəyə səsləyən ideya və onun alt yapısı olan fəlsəfi düşüncə,və bu düşüncənin qidalandığı milli ideoloji baza olmadan qələbədən danışmağa dəyməz. Bu iqtidar getməlidir çünki onun davam etməsi nəinki,ölkə üçün,region üçün və dünya üçün böyük təhlükə törədə biləcək hala gəlməkdədir. Lakin onun yerinə qoyulacaq elə bir möhtəşəm ideyalar sistemi olmaldır ki,cəmiyyəti bu ideya ilə bir neçə on il idarə edə biləsən. Hakimiyyəti yalnız maliyyə resursları ilə idarə edə bilmərsən.Hətda neft bumu da bu vəziyyətdə iqtidarın köməyinə gələ bilməz. Bu gün Azərbaycan cəmiyyəti onu işıqlı sabaha çıxarıb,firavan həyatının uzun müddət davamiyyətini saxlayan, öz doğma ideoloji tələbatını ödəyəcək fikirləri eşitməyincə milyonları ayağa qaldırmaq mümkün olmayacaq. Hətda nəzəri baxımdan iqtidarla müxalifətin birləşməsi belə,bu gün məhvərindən sapmış Azərbaycan cəmiyyətini idarə etməyə qadir olmyacaq o zamana kimi,mənəvi dəyərləri əlindən alınmış cəmiyyətimizin nə istədiyini dəqiqliklə anlayıb, xalqın şüuraltısnda olan doğma dünyabaxış sistemini müasir formada onun özünə qaytarasan.Bu gün Misirdə baş verənlər əyani sübut kimi, sabah bizim başımızın üzərində “Domoklun qılıncı” kimi asılacaqdır Bu gün şəxsin hakimiyyətə gətirlimsindən söhbət gedə bilməz, möhtəşəm ideyanın və onu cəmiyyətə öz intelketual zəkası ilə xalqa çatdıra bilən liderlə birlikdə hakim mövqeyə qaldırılması vəzifəsi qarşımızda durur. ARDI VAR.
Posted on: Wed, 03 Jul 2013 07:43:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015