Hadisə Nyu-York aeroportunda baş verdi. Təyyarə ani olaraq - TopicsExpress



          

Hadisə Nyu-York aeroportunda baş verdi. Təyyarə ani olaraq istənilən yerə getmədi. Aeroportdakı bir işçi həmin sərnişinlərin gedəcəyi yeri təzədən qaydasına salırdı. Birdən olduqca əsəbi bir sərnişin digər gözləyənlərin arasından keçib, növbəni pozaraq işçinin qabağına biletini qoydu. “Mən VİP sərnişinəm və bu təyyarədə olmalıyam” dedi. İşçi cavab verdi: “Bağışlayın, sizə kömək etmək mənə xoşdur, amma sizdən öncə gözləyənlər var, onlara kömək edim, sizin də probleminizə baxacağam. Sərnişin buna fikir vermədi. Yüksək səslə hamının eşidə biləcəyi formada qışqırdı: “Sən mənim kim olduğumu bilirsən?” İşçi gülümsədi, astaca mikrofonu götürdü. Bütün terminala dedi: “Xahiş edirəm məni dinləyin. Burada 14-cü qapida bir sərnişinimiz var və kim olduğunu bilmir. Əgər kim olduğunu bilən varsa, zəhmət olmasa 14-cü qapıya gəlsin” #PePe
Posted on: Sat, 03 Aug 2013 14:50:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015