Hansısa şou verilişində evlenenlere ev, meyxana yarışının - TopicsExpress



          

Hansısa şou verilişində evlenenlere ev, meyxana yarışının qalibinə bir də görürsən ki, maşın açarı, idman yarışlarında 5-6 metri tullananlara böyük miqdarda pulllar, maşınlar, evler veren iş adamlarımız qəbul imtahanlarında 700 bal toplayan istedadlı gənclərimizə də bu qayğını göstərməlidirlər. Əgər ki, millətin gələcək rifahını, inkişafını istəyirlərsə... Axı bu gün dünya elmlə idarə edilir. Bu cür gənclərə stimul verilməlidir ki, rəqabət artsın, təhsilin nə qədər önəmli olduğunu yeniyetmələr dərk etsinlər. Burda iş daha çox tv-lərin üzərinə düşür. Nə olar ki, bu mövzuda da rəqabətə səsləsinlər həmin iş adamlarını. Hər şey reklamdan asılıdır. İnanıram ki, tv-lər bu aksiyanı başlatsalar onlar dəstək veərəcək çoxlu insanlar çıxa bilər ortaya. Ən azından özlərini millət çəfakeşi kimi göstərmək istəyənlərə şərait yaratmış olarlar.
Posted on: Wed, 17 Jul 2013 09:08:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015