Harun Yahya Facebook teleskoplagoruntuUlduzların ətrafında - TopicsExpress



          

Harun Yahya Facebook teleskoplagoruntuUlduzların ətrafında gəzən planetlər, səmada süzülüb gedən meteoritlər, nəhəng qaz , toz buludları və milyardlarla ulduz saxlayan qalaktikalar. Kosmos insanın hələ çox qədimlərdən marağına səbəb olan ucsuz-bucaqsız boşluqdur. İçində yasadığımız kainat hələ həll edilməmiş sirlərlə doludur. Böyük sirləri olan göy cisimlərindən biri də dünyanın həyat qaynağı olan günəşdir. Bu filmdə sonsuz güc sahibi olan Allahın günəşdəki ehtişamlı yaradılışının nümunələrinə şahid olacağıq. Müasir dövrümüzdə inkişaf edən texnologiya ilə kainatın bilinməyən istiqamətləri bir-bir üzə çıxır. Ədədləri yüz milyarddan çox olan qalaktikaların daxilində yer üzündəki bütün qum dənələrindən daha çox ulduz saxlayarlar. Qalaktikalar eynilə planetlər kimi bir orbit üzərində hərəkət edirlər. Məsələn dünyanın da daxil olduğu samanyolu qalaktikası tam bir dövrünü 250 milyon ildə tamamladığı bir orbitdə hərəkət edir. Qalaktikamız kainatın içində saniyədə 225 milyon km-ə qədər fövqəladə bir sürətlə hərəkət edir. Samanyolu kimi digər qalaktikalar da sürətlə hərəkət halındadır. Qalaktikalar bu hərəkətləri əsnasında zaman keçdikcə bir-birinə yaxınlaşır, hətta toqquşurlar. Ancaq bu toqquşma əsnasında bir dağıntı baş vermir. Hər biri bir nizam içində işləyən iki nəhəng sistem qarşılaşsa, sistemlər zamanla birləşər, beləcə ortaya yeni bir nizam içində işləyən qalaktika çıxar. Bunun səbəbi qalaktikalarda iştirak edən göy cisimlərinin arasındakı məsafələrin son dərəcə yaxşı nizamlanmış olmasıdır. Kainatdakı bütün göy cisimlərinin tənzimlənən quruluşu həyat üçün vacib meyarlardandır. Məsələn, kosmosda böyük boşluqlar vardır. Amerikalı astronom John Greenstein Simbiotik Kainat adlı kitabında göy cisimlərində müəyyən məsafələrin olmasının əhəmiyyətini belə açıqlayır: Əgər ulduzlar bir-birlərinə bir az daha yaxın olsalar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, nebulalarda və digər göy cisimlərində sürətlə gedən əsas fiziki əməliyyatlarda heç bir dəyişmə reallaşmazdı. Uzaq bir nöqtədən baxıldığında qalaktikamızın görünüşü də indikiylə eyni olardı. Tək fərq, gecə çəmən üzərində uzanıb izlədiyim səmada daha çox sayda ulduz olması olardı. Amma xeyr! Bir fərq də olardı. Bu mənzərəni seyr edəcək olan mən olmazdım. Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın vacib şərtlərindəndir. Daha ətraflı tədqiqatlar aparan elm adamları göy cisimlərinin arasındakı məsafələrin xaricində həssas tarazlıq nümunələrini də təsbit etmişlər. Elm adamları artıq kainatın insan mərkəzli bir məqsəd daşıdığını düşünməyə başlamışdır. Bunun üçün də kainat boş yerə yaradılmamışdır, bütün bunların bir məqsədi vardır. Kainatdakı bütün fiziki tarazlıqlar insan həyatı üçün çox həssas şəkildə nizamlanmışdır. İndi insan həyatı üçün çox həssas bir tarazlıq ilə yaradılan daha bir göy cisminə yaxından baxacağıq. Günəşə. Qovulmuş şeytandan Allaha sığınıram. Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. (Rad surəsi, 2) Günəşdəki dəqiq ölçü Xəbərdarlıq Bu filmdə qeyd edilən rəqəmlərin heç biri təsadüfən yan-yana gəlməyib.Hər bir rəqəm dünyada yaşayan hər bir canlı üçün mühüm məna kəsb edir. Samanyolu qalaktikasındakı bilinən 200 milyard ulduzdan biri - günəşdir. Elm adamları bu ulduzun 400 milyard yaşı olduğunu düşünürlər. Halbuki onun hekayəsi çox əvvəllərə gedib çıxır. Bundan təxminən 14 milyard il əvvələ. Hələ heç bir şeyin olmadığı dövrə. O an meydana gələn böyük partlama hələ reallaşmadan əvvəl, o və digər bütün ulduzların taleyi, hansı atomları qaynaq olaraq istifadə edib enerji yayacaqları, hansı mərhələlərdən sonra öləcəkləri təyin olunmuşdu. Günəşin taleyi isə bir xüsusiyyəti ilə digərlərindən fərqlənir. O yaxınındakı mavi bir planet üçün həyat qaynağı olmaq üçün yaradılmışdı. Allah kainatın qədərini (taleyini) hələ bu hadisələrin heç biri reallaşmadan əvvəl təqdir etmiş və yaratmışdır. Günəş samanyolu qalaktikası mərkəzindən 26 min işıq ili uzaqlıqda, saatda 792 min km sürətlə hərəkət edir. Qalaktik mərkəz ətrafında bir dönüşünü təxminən 225-250 milyon ildə bir tamamlayır. Ətrafına dayanmadan işıq və istilik saçan bu ulduzun diametri dünyanın diametrinin 109 qatı, həcmi dünyanın həcminin 1,3 milyon qatı, ağırlığı isə dünyanın tam 333 000 qat çoxudur. Planetimizin yanında nəhəng ölçüdə olan günəşin sıxlığı isə dünyanın sıxlığının dörddə biri qədərdir. Çox isti və yanan bəzi qazlardan ibarət olan günəşdə vaxtaşırı böyük partlamalar olur. Bu partlamalar o qədər şiddətlidir ki, həmin vaxt boyu dünyanın böyüklüyündən 40-50 qat çox olan alovların fışqırmasına səbəb olurlar. Atəşdən çıxan bu topa bənzəyən günəşin səth istiliyi 6.000, nüvənin istiliyi isə 12.000.000 santiqrat dərəcədir. Bu xüsusiyyəti ilə günəş nəhəng bir enerji istehsal mərkəzidir. Belə ki, günəşin 3 gündə yaymış olduğu enerji yer üzündəki bütün neft, odun, təbii qaz və bənzəri yanacağa ekvivalentdir.Günəşdən çıxarılan enerjinin ancaq 2 milyonda biri, əldə edilən hərarətin 2 mində biri yer üzünə çatır. Yaxşı bəs nə üçün bütün enerjinin yalnız kiçik bir qismi yerə gəlib çatır? Bu miqdar yer üzündə həyatın var olması üçün yaradılmış xüsusi ölçülərdən yalnız bir dənəsidir. Günəşdən bizə gəlib çatan müəyyən bir miqdar enerji hesabına gecələrimiz aydınlanır, yer kürəsi isinir və canlılar qidalana bilirlər. Günəş dünyadan tam 150 milyon kilometr uzaq məsafədə yerləşir. Əgər mümkün olsaydı, günəşə ancaq kosmos raketi ilə beş min illik bir səfərdən sonra çata bilərdik. Halbuki günəşdən gələn şüalar bu məsafəni yalnız 8 yarım dəqiqədə qət edərək planetimizə çatır. Günəşin dünyamıza uzaqlığı, böyüklüyü və günəşdəki reaksiyaların gücü həmişə çox incə hesablara bağlıdır. Bizim də həyatımız bu çox incə hesablarla təyin olunmuşdur. Bütün bu dəyərlərdəki çox kiçik bir dəyişiklik belə dünya üzərindəki həyatın yox olmasına səbəb olacaq. Günəşin həm öz oxunda, həm də bir istiqamətə görə hərəkəti, dünyanın isə öz oxunda və günəşin ətrafında günəşə bağlı olaraq aydan təsirlənərək bir çox fərqli hərəkəti vardır. Çox sürətli hərəkətlərin bütünündə dünyamız günəş sistemi ilə və qalaktikası ilə hər biri əvvəlkindən fərqli olan mövqedə olurlar. Burada əhəmiyyətli olan nöqtə budur: bu hərəkətlər əsnasında günəş və dünyamızın bir-birinə olan mövqesi heç təsirlənməz və beləcə dünya üzərindəki həyat da heç bir təhlükəyə məruz qalmadan itdiham edər. Göründüyü kimi günəşin quruluşu da təsadüfi, məqsədsiz bir quruluş deyil. Allahın Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir (Rəhman surəsi, 5) ifadəsi ilə Quranda bizə bildirdiyi kimi Allah, bu ulduzu insanın həyatı üçün xüsusi bir şəkildə yaratmışdır. Bura qədər bəhs etdiyimiz dəyərlər yalnız dünyadakı həyata deyil, bütün kainata təsir edəcək dərəcədə həssas ölçülərlə yaradılmış. Günəşdən yayılan işığın sürəti bunlardan yalnız bir dənəsidir. İşığın sürəti saniyədə 300 min kilometrdir. Bu Eynşteynin məşhur E=mc2 düsturunda c ilə göstərdiyi bir sabitdir. Bu düsturda E ulduzlarda termonüklər reaksiyalarda maddə enerjiyə çevrildiyi zaman ortaya çıxan enerjini işarələyir. Əgər işıq kiçik bir ölçüdə indikindən daha sürətli olsaydı, ulduzlarda termonüklər reaksiyalarda indikinə görə on minlərlə daha çox enerji çıxarılacaqdı. Bu vəziyyətdə də ulduzların nüvəsindəki enerji daha çox tez istehlak ediləcəkdi və kainatımız milyonlarla il əvvəl qaranlığa basdırılmış olacaqdı. Yaxşı, işıq kiçik bir ölçüdə indikindən daha yavaş olsaydı. Bu vəziyyətdə kainatın başlanğıcdakı genişləməsi daha çox yavaş olacaq və kainat cazibə qüvvəsinin təsirindən qurtara bilməyəcək və içinə çökəcəkdi. Yəni hər iki vəziyyətdə də bu gün yaşadığımız kainatın var olması qeyri-mümkün olacaqdı. Bu qüsursuz tarazlıq bir dəfə daha isbat edir ki, kainat təsadüfi ortaya çıxmamış, müəyyən bir məqsədlə təşkil edilmişdir. Astrofizikçi William Bassan “Nature” jurnalındakı bir məqaləsində yazdığı kimi Kainatda ağıllı həyatın inkişafını dəstəkləyən böyük bir dizayn var.
Posted on: Tue, 03 Dec 2013 17:33:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015