HİDAYƏT TÜRKOĞLU Məşhur basketbolçu Hidayət Türkoğlu - TopicsExpress



          

HİDAYƏT TÜRKOĞLU Məşhur basketbolçu Hidayət Türkoğlu həyat yoldaşı ilə birlikdə gəzirdilər. Bir çox yerləri gəzdikdən sonra məscidin qarşısına qədər gəlib çıxdılar. Orada bağıra-bağıra smit satan bir uşaq var idi. Basketbolçu birdən dayandı... sonra smitçiyə yaxınlaşdı. - Smit neçəyədir? - 300 min əmi, isti-isti. - dəzgahda neçə smit var? - 70-80 dənə var hər halda... - Hamısını alsam ne qeder edər? - 80 desək, 24 milyon. - Al sənə 30 milyon, fərz et ki hamısını aldım. - Sağ ol əmi, çox sağ ol!... Basketbolçu 3 onluq çıxarıb smitçinin qarşısına qoydu. Həyat yoldaşı çaşıb qalmışdı. 2-3 addım getmişdilər ki arvadı ərinə dedi: - Hidayət, sən dəlisən? - Yoooox... - Bəs yemədiyimiz smitlərin pulunu niyə verdin? - Unut! Soruşma. - Deyək ki soruşuram, həm də ciddi soruşuram. - Elə isə deyim. - Hə, desən yaxşı iş görmüş olarsan. - Dəzgahın kənarına diqqət etdinmi? - Yooox! - Baxsan görəcəkdin. Taxtanın kənarına bir ad yazılmışdı. - Necə ad? - Hidayət! - Yoxsa??? - Hə! O dəzgah əvvəllər mənim idi... (Hidayət Türkoğlu - TV verlişdə danışıb) Natiq
Posted on: Mon, 30 Sep 2013 18:08:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015