Hər bir ana, bətnində körpəsini gəzdirərkən onun - TopicsExpress



          

Hər bir ana, bətnində körpəsini gəzdirərkən onun hamiləliyin müxtəlif periodlarında necə olması, hansı inkişaf mərhələsinə çatmasını çox düşünür. Ümumiyyətlə bətndaxili dövrdə 3 trimestr ayırd edilir. Hər bir trimestrdə döldə sadədən mürəkkəbə doğru inkişaf gedir. Əgər siz-gələcək analar körpənizdə hal-hazırda hansı dəyişikliklər getdiyini bilmək istəyirsinizsə bu sxem əsl sizin üçündür. 1-TRİMESTR Hamiləliyin 1-2-ci həftəsi. - Mayalanma baş verir. - Mayalanmış yumurtahüceyrə 3 sutka uşaqlıq boşluğuna doğru irəliləyir. - Uşaqlıq boşluğunda keçən növbəti 3 sutkadan sonra rüşeym implantasiya edir. - Rüşeym xüsusi hormon-xorionqonadotropin (XQ) hazırlayır. - Rüşeymdənkənar üzvlər-xorion, amnion, sarı cisim kisəsi inkişaf edir. Hamiləliyin 3-4-cü həftəsi. - Embrionun 21-ci günü formalaşmış ürək artıq döyünməyə başlayır. - Yumurtahüceyrə və spermatozoidlərə başlanğıc verən hüceyrələr əmələ gəlir. - Gələcək körpənin başı formalaşır. - Qaraciyər, mədəaltı vəzinin rüşeymi əmələ gəlir. - Yuxarı tənəffüs yolları-qırtlaq və traxeyanın mayası qoyulur. - Əl və ayaqların mayası formalaşır. - Beyin və onurğa sütunu formalaşır. - Embrionda göz yarıqları əmələ gəlir. - Embrion 4 mm ölçüdə olur və formasına görə qulaq seyvanına bənzəyir. Hamiləliyin 5-6-cı həftəsi. - Embrion 7-11 mm uzunluqdadır. - Nazik bağırsaq, döş sümüyü və oynaqlar formalaşır. - Gözlər, burun, alt və üst çənə əmələ gəlir. - Timus-çəngələbənzər vəzi artıq vardır. - Ürək artıq 4 hissədən ibarətdir. - Əllərdə və ayaqlarda barmaqlar formalaşır. - Baş beynin və sinir sisteminin intensiv inkişafı ilə əlaqədar olaraq reflektor aktivlik artır. - Gözlər, qulaqlar görünməyə başlayır, ağciyər, mədə və qaraciyər formalaşır Hamiləliyin 7-8-ci həftəsi. -Embrion 12.5 mm ölçüdədir, çəkisi isə cəmi 1 q-dır. -Beyincik formalaşır və böyrəküstü vəzinin beyin maddəsinin mayası qoyulur. -Tam formalaşmamasına baxmayaraq dölün bədəninin vacib hissələri təyin edilir. -Gözlər, qulaqlar, əl və ayaqlar artıq yaxşı görünməyə başlayır. -Dölün əzələ və skeletinin formalaşması davam edir. -Beyin differensasiyaya uğrayır, sinir sistemi daha da mürəkkəbləşir Hamiləliyin 9-10-cu həftəsi. - Əl və ayaq barmaqlarında artıq dırnaqlar da təyin edilir, əzələ və bağ aparatının inkişafı davam edir. - Üzün quruluşu təkmilləşmişdir, gözlərin inkişafı sona çatmışdır. - Beyin yarımkürələri artıq formalaşmışdır. - Gözün buynuz qişasının formalaşması isə hələ də davam edir. - Xüsusi stetoskop vasitəsilə dölün ürəkdöyüntüsü eşidilə bilər - Ana hiss etməsə də embrion artıq hərəkətə başlayıb, lakin beyincik hələ yetişmədiyindən bu hərəkətlər xaotikdir. Hamiləliyin 11-12-ci həftəsi. - Döl 13-15 mm uzunluqdadır. - Ürək, qaraciyər, böyrək, immun və endokrin sistemin formalaşması hələ də davam edir. - Formalaşmış əzələlər dölün hərəkətinə təkan verir. - Artıq bu dövrdə körpənin cinsiyyətini təyin etmək mümkündür. - Körpədə udma aktı meydana gəlir, böyrəklər sidik əmələ gətirir və onu dölyanı mayeyə ifraz edir, sümük daxilində qan əmələ gəlir. 2-TRİMESTR Hamiləliyin 13-14-cü həftəsi. - Ürək sutkada 23 litr qan vurur. - Baş, əllər, ayaqlar formalaşmış vəziyyətdədir və kiçik insanı xatırladır. - Dölün dərisi nazik və şəffafdır. - Baş tüklənməyə başlayır. - Döl daha da aktiv hərəkətlər icra edir Hamiləliyin 15-16-cı həftəsi. - Plasentanın formalaşması başa çatmışdır. - Dölün dərisi çəhrayıdır, qulaqları yaxşı görünür. - Dölün üzü və bədənin digər hissələri aydın şəkildə ayırd edilir. - Döl gözlərini qırpa, ağzını aça və əllərini bükə bilir. - Dölün bətndə aktiv hərəkəti davam edir Hamiləliyin 17-18-ci həftəsi. - Bütün orqanlar formalaşıb və böyüməyə davam edirlər. - İmmun sistemin formalaşması başa çatmışdır, interferon və immunoqlobulinlər sintez edilir. - Dölün dərisində qoruyucu təbəqə əmələ gəlmişdir. - Falanqalarda naxışlar formalaşır və sonralar barmaq izlərinin fərdiliyini təmin edir. - Tənəffüs hərəkətləri meydana gəlsə də, onlar ağciyər tənəffüsü üçün yetərli deyillər. - Bu vaxtdan etibarən ana dölün tərpənişini hiss edir. - Dölün uzunluğu 20.5 sm, çəkisi isə 200q-dır Hamiləliyin 19-20-ci həftəsi. - Başın və bədənin müəyyən nahiyələrində tüklər vardır. Bu tüklər lanuqo adlanır. - Döl barmaqlarını əmir və daha da hərəkətlidir. - Daimi dişlərin mayası qoyulur. - Bu mərhələdə baş beynin sürətli inkişafı gedir. - Stetoskop vasitəsilə ürəkdöyünmələr yaxşı eşidilir. - Böyrəklərin işləməsi davam edir. - Dölün çəkisi 230-290 q-dır, lakin bu müddətdə körpənin dünyaya gəlməsi baş verərsə, onun yaşama ehtimalı çox azdır. Hamiləliyin 21-22-ci həftəsi. - Qulaq sümükləri formalaşır və səskeçirmə qabiliyyəti meydana çıxır. - Körpə ananın nəfəsini, səsini və ürəkdöyünməsini eşidir. - Bu period, dölün çəkisinin artmasının ən intensiv dövrü hesab olunur. - Dölün uzunluğu 30 sm, çəkisi 350-400 q-dır - Ağciyərlər o səviyyədə formalaşır ki, artıq döl bətnxarici mühitdə, intensiv terapiya nəzarəti altında yaşaya bilər. 3-TRİMESTR. Hamiləliyin 23-24-cü həftəsi. - Bağırsaqlarda ilk nəcis-mekoniy əmələ gəlib. - Döl nəinki xarici, o cümlədən uşaqlıqdaxili səslərə də həssasdır. - Reflektor hərəkətlər aktivləşir, bədənin ümumi hərəkəti isə güclənir. - Ağciyərlərdə surfaktant hazırlanır, alveolları bürüyür. - Döl artıq yata və oyana bilir. - Dəri qırmızılaşır, qırışıqlarla və tüklərlə zənginləşir. - Bu dövrdə doğulan hər 10 körpədən 8-i intensiv terapiya nəzarəti altında yaşama qabiliyyətinə malik olur. Hamiləliyin 25-26-cı həftəsi. - Dölün hipofizi artıq adrenokortikotrop hormonu sintez edir. - Dərialtında piy toxuması toplanmağa davam edir. - Ağız və dodaqlar daha da həssas olurlar. - Gözlər yarımaçıq vəziyyət alır və işığı qəbul edə bilir. - Dölün çəkisi 700-750 q-dır. - Bu dövrdə doğulan hər 10 körpədən 9-u yaşayır Hamiləliyin 27-28-ci həftəsi. - Ağciyərlər artıq adi hava ilə tənəffüs edə bilərlər. - MSS-i tərəfindən ritmik tənəffüs və bədən temperaturunun tənzimi nəzarət altında olur. - Dölün boyu 35 sm, çəkisi 1000 q-dır. - Bu dövrdə doğulan uşaqların demək olar ki hamısı yaşama qabiliyyətli olurlar - Körpə gözlərini yumub-açır, barmaqlarını əmir, xarici səslərə cavab reaksiyası verir, hətta gülümsəyir və ağlayır. Hamiləliyin 29-30-cu həftəsi. - Körpə dölyanı mayeyə 0.5 litr sidik ifraz edir. - Dəri qalınlaşır və çəhrayılaşır. - Beynin sinir hüceyrələri arasında kontakt daha da artır. - Təqribən bu müddətdən sonra dölün ölçüsü və çəkisi daha da artır (Çəki 1200-1300 q olur). - Doğulan uşaqların hamısı yaşayır (Tibb işçilərinin nəzarəti altında) Hamiləliyin 31-32-ci həftəsi. - Qulaqlar öz formasını alır. - Göz qapaqları tamamilə yumulub-açılır. - Körpənin dərisi yumşaq və çəhrayıdır. - Körpə işıq və qaranlıq hissiyyatı ilə artıq tanışdır. - Körpənin çəkisi 1500-1800 q, uzunluğu 37-39 sm-dir. - Doğulan uşaqların hamısı yaşayı (Tibb işçilərinin nəzarəti altında) Hamiləliyin 33-34-cü həftəsi. - Başın tükləri yumşaq olur,dəri pendirəbənzər yaxma ilə örtülüdür. - Qulaq seyvanları düzlənməyə başlayır. - Körpə oğlandırsa yumurtalar xayalığa düşür. - Əzələlərin tonusu artır, uşaq başını döndərir və qaldırır. - Uşağın çəkisi 1800-2100 q, boyu 40-42 sm-dir və yaşama qabiliyyətli olurlar
Posted on: Sun, 14 Jul 2013 14:14:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015