Hər gün Ana-Atamıza Dua edək Quranda, ana-ataya yaxşılıq - TopicsExpress



          

Hər gün Ana-Atamıza Dua edək Quranda, ana-ataya yaxşılıq və hörmət haqqında 13 ayə zikr edilmişdir. Altı yerdə Lütfkarlıq və Həsən sözləriylə onlara yaxşılıq etməyi əmr etməkdədir. Allah Təala İsra surəsinin 23. və 24. ayələrində belə buyurur: Sənin Rəbbin, Ondan (Allahdan) başqasına qulluq etmənizi və ana-ataya yaxşılıq etməyi əmr etdi. Əgər onlardan biri və ya ikisi sənin yanında qocalıq çağına çatsa, onlara: Of belə dəmə və onları danlama; onlara gözəl söz söylə. Onlara mərhəmətlə təvazökarlıq qanadının altına al və de ki: Rəbbim! Onlar məni kiçikkən necə tərbiyə etdilərsə sən də onlara eləcə mərhəmət et Görüldüyü kimi Allah Təala adı çəkilən ayədə; ana və ataya, Of belə deməyin buyurmaqdadır. Yəni onları incidəcək ən kiçik söz və hərəkətdən belə qaçının buyurur. Of sözcüyü, narahatlığı ifadə edən ən kiçik və yüngül bir təbirdir. İmam Sadiq(a. s) bu ayələ əlaqədar belə buyurmuşdur: Əgər Allah Təala, (ana-atanı incitmək barəsində) of sözündən daha kiçik bir şeyin olduğunu bilmiş olsaydı, mütləq ondan da nəhy edərdi; of, ana-ataya qarşı gəlmə və onları incitmənin ən kiçik və yüngül olanıdır. İnsanın ana-atasına kəskin bir şəkildə baxması da valideyndən (onları incitməkdən)dir. Bu rəvayətdən, ana-ataya hörmətsizlik etməmənin və onlara qarşı nə qədər yumşaq və şəfqətli davranmanın lazımlılığı yaxşıca ortaya çıxmış olur. Ana-ataya ehtiram etmənin nə qədər geniş mənalı olduğu bu hədisdən də yaxşıca aydın olmaqdadır: Bir adam Rəsulullah (s.ə.s)dan atanın oğulun üzərindəki haqqı nədir? deyə soruşduğunda Rəsulullah (s.ə.s) cavab olaraq belə buyurdu: Atanın oğulun üzərindəki haqqı; onu adıyla çağırmaması, onun qarşısında getməməsi, ondan əvvəl oturmaması və ona (atasına) söyülməsinə səbəb olmamasıdır. Sözün qisası budur ki ana-ataya imkan daxilində olan hər növ yaxşılıq və ehtiramı etmək və onları incidən hər növ söz və hərəkətdən qaçınmaq, qaçınılmaz dini və vicdanı bir vəzifədir. Əlbəttə əgər ana-ata övladlarına Allahın əmr etdiyi şeylərə qarşı bir söz söyləyərlərsə, o zaman onlara o barədə itaət etmək fərz deyil. Hər zaman ana-atanızı sevin və onlara hər gün dua edin. ALLAH dualarınızı qəbul etsin. AMIN! Baw Admin Ruaz
Posted on: Thu, 06 Mar 2014 18:45:34 +0000

Trending Topics



is not about where you are going, but where you are
Good Morning Everyone! We are looking for more Business
[06:16, 11/25/2014] Ernest Amos Friend: Todays Devotion Topic:
In response to a couple of complaints that I have seen on Facebook

Recently Viewed Topics




© 2015