Həyatı verən Allaha həmd olsun! Sizin sualınıza açıqlıq - TopicsExpress



          

Həyatı verən Allaha həmd olsun! Sizin sualınıza açıqlıq gətirərərək deyə bilərik ki, abort tək İslama görə deyil, ümumiyyətlə qətldir (adam öldürməkdir). İslama gəldikdə haqsız yerə günahsız bir insanı öldürmək ən böyük günahlardan sayılır. “Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.” (əl-Furqan 68, 69) Qətl doğma övlada qarşı edildikdə, bu daha da dəhşətli olur. Rəsulullahın (s) dövründə müşrüklərdə qız uşaqlarını diri-diri torpağa basdırma adəti var idi. Allah Quranda bu vəhşiliyi bir mənalı şəkildə qadağan etdi. Səbəb nə olursa olsun, uşaqların öldürülməsi haram edildi. “Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!” (əl-İsra 31) İslamiyyətin ilk dövründə hələ nə beş vaxt namaz, nə Ramazan orucu əmr edilmədən, nə də içki, oğurluq, qumar qadağan edilmədən zina və uşaqları öldürmək qadağan edildi. Bundan əlavə artıq Mədinə dövrü Rəsulullah (s) müsəlman qadınlardan bey`ət (sədaqət andı) qəbul edərkən qoyulan şərtlərdən biri də qadınların uşaqlarını öldürməyəcəyi idi. “Ya Peyğəmbər! Mö’min qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey’ət etmək üçün yanına gəldikləri zaman onların bey’ətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (əl-Mumtəhinə 12) Bu gün bəzi elimlərin və texnologiyanın inkişaf etdiyi dövrümüzdə, bu cinayət müasir avadanlıq və tibbi ləvazimat vasitəsi ilə həyata keçirilir. Adını da qatillik deyil abort, uşaq düşürmə qoyurlar və bunda bir qəbahət də görmürlər. Əslində isə adını nə qoyursan qoy, məsələnin mahiyyəti dəyişmir, qətl qətl olaraq qalır. Və heç bir nə bəhanə, nə də özür bir şeyi dəyişməz. Yalnız bir halda müstəsna olaraq aborta icazə verilir; o da ananın ölüm təhlükəsi ilə qarşı-qarşıya qalıb, həyatını xilas etmənin tək yolu uşaqı düşürtməkdirsə onda buna icazə verilir. Bir sözlə abort günahı olmadan doğma övladı haqsız yerə öldürməkdir. Bu da Allaha qarşı böyük üsyanla bərabər Allahın bəxş etdiyi nemətə qarşı nankorluqduq. Neçə-neçə kimsələr var ki, evlənə bilmir, və neçə-neçə kimsələr var ki, övladları olmur. “Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən - həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O (hər şeyi) biləndir, (hər şeyə) qadirdir! ” (əş-Şura 49, 50) Abortun haram olma vaxtına gəldikdə isə, bu barədə bir qədər fərqli görüşlər söylənmişdir. Bunun da başlıca səbəbi ana bətnindəki ruşeymə ruhun üfürürülmə məsələsidir. Bəziləri ruhun üfürülmədən öncə ana bətnindəki ruşeymin canlı insan hökmündə olmayıb, yalnız ruh üfürüldükdən sonra insan hökmündə olub canı haram qəbul edilir. Ruhun dəqiq üfürüldüyü vaxt da tam məlum deyil. Hamiləlikdən 40 vəya 42 gün keçdikdən sonra ruh üfləndiyi, bununla da abortun haram olması qəbul edilmişdir. Amma ən doğrusu abortun ruhun üfürülməsinə bağlamamqdır. Kişinin mənisi ilə qadının yumurtası birləşdiyindən etibarən, bundan yeni bir varlıq meydana gəlir. Bu da ana rəhmindəki sağlam yerə yerləşir. Bu prosesdən sonra artıq abort haram olur. “*Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. *Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur! *Sonra siz mütləq öləcəksiniz! *Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!” (əl-Muminun 13-16)
Posted on: Sat, 19 Oct 2013 19:41:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015