I SÖHBƏT Son günlər Rusiya paytaxtı Moskvada qeyri-ruslara - TopicsExpress



          

I SÖHBƏT Son günlər Rusiya paytaxtı Moskvada qeyri-ruslara qarşı represiya əməliyyatları aparılmaqdadır! Halbuki Rusiya elitası da büsbütün qeyri-ruslardan ibarətdir. Rusiya bizə milli, mənəvi və dini baxımdan çox uzaq bir ölkədir. Tarixə nəzər salsaq, heç bizə qonşu dövlət də olmayıb. Hər şey lənətə gəlmiş 1-ci çar İvan Qroznının işğalçı siyasətinin ucbatından dəyişdi. Öz oğlunu döyə-döyə öldürən İvan Qroznı Rusiyanın ərazisini böyəltməklə onu düzəldəcəyini düşünürdü. Amma əksi alındı, sonra isveçlər də gəlib Rusiyaya qapaz vura bilirdi. Halalca arvadı Yevdokiya Lopuxinanı monastra göndərən I Pyotr (Dəli Petro) bütün əsgərlərə “xidmət etmiş” laplandiyalı əsir Marta Skavronskaya ilə (I Yekaterina) evləndi. Beləcə özünə düzə-əməlli bir ailə qura bilmədiyi halda o, Rusiyanı düzəltməyə çalışdı. Alman təfəkkürü, qanı və mədəniyyəti ilə dar qafalı rus mujikinin calağ edilməsindən əcaib bir məxluq yarandı. Bu məxluq yad fransız dilində danışmağı, fransızsayağı hərbi mündirdə gəzib- dolaşmağı, yazılı mədəniyyəti minilliklərdən əvvələ gedən azsaylı Qafqaz xalqlarına divan tutmağı özünə mədəniyyət göstəricisi qəbul elədi. Bir kəlmə naxoş sözə görə qarşı tərəfi duelə çağıran, özünü kişi kimi tanıtmaq üçün nağana bir güllə qoyub, barabanı fırladaraq və lüləsini gicgahına dayayaraq “rus ruletkası” oynayan rus ziyalısı qocalıq üzünə həsrət qaldı. İndi bəzi yazarlar I Pyotrun Hollandiyada - hələ o uzaq XVII əsrin sonlarında “freemason”a qəbul edildiyini etiraf edirlər. Məhz o çağdan Rus saraylarında qeyri-ruslar hegemonluq etməyə başladı. Əslində yəhudi mənşəli olan almanlar, fransızlar, polşalılar Rusiyanın sahiblərinə çevrildilər. “Böyük Oktyabr inqilabı” adlanan 1917-ci il oktyabr çevrilişində isə ruslar yalnız vintcik rolunu oynayırdılar. Mexanizm olaraq Marksdan, Plexanovdan, Lenindən tutmuş Stalinə kimi hamısı qeyri-ruslardan ibarət idi. Onlar gizli istilaçılar idilər və belələrinin qisas, özünü təsdiq, hakimiyyət və sərvət əldə etməkdən daha böyük məqsədi olmur. Onlar isə bütün dövrlərdə Rusiyadan eksperimentlər meydanı kimi istifadə etdilər. Heç bizim də çox lovğalanmaq haqqımız çatmır; “26 Bakı komissarları”ndan necə nəfər azərbaycanlı idi ki? Rusiyanı düzəltməyə çalışan SSRİ Xalq Komissarları Sovetinin sədri və Kompartiyanın lideri İosif Stalin Rusiyanın qadın çoxluğu, kişi qıtlığı olan İvanovo kimi toxuculuq şəhərlərində hərbi qarnizonlar tikdirir, burada daha çox qafqazlıların və orta asiyalıların xidmət etməsini tapşırırdı. Guya qan qarışması yeni bir nəslin yaranmasına səbəb olacaqdı. Əslində Rusiyaya ayaq açmaq məcburiyyətində qalan qafqazlılar burada həyatın sürətini artırdılar, rus mədəniyyətinə, iqtisadiyyatına, hərb sənətinə və təsərrüfatçılıq düşüncəsinə yeni qan gətirdilər. Amma ölkə və xalq islahatlar, həyat tərzinin dəyişdirilməsi, milli ideologiyanın sağlamlaşdırılması hesabına və tədricən dəyişdirilir. Hər hansısa bir xalqı ölkəyə nə buraxmaqla, nə də qovmaqla ölkədə əsaslı dəyişikliklərə nail olmaq iddiaları absurddur. Əslində bizim Rusiyanın daxili işlərinə qarışdığımız düşünülə bilər. Amma son günlər Rusiyanın paytaxtında daha çox bizim həmyerlilərimizə qarşı aparılan diskriminasiya siyasəti bizim Rusiyaya loyal yanaşmağımıza da əsas vermir. Bir haldakı indi Rusiya bizim qonşu ölkədir və bir halda ki, biz hətta 70 il bir dövlətin – SSRİ-nin tərkibində olmuşuq, deməli, Rusiyada baş verən olaylar iqtisadi və siyasi baxımdan bizə də yaxındır və təsirsiz ötüşməyəcək. Bu halda Rusiyanın mənafeyini və maraqlarını güdmək hansısa dərəcədə bizə də aiddir. Rusiyanın çökməsi yaralı ayının qəzəbli caynaqlarına sağa-sola yelləməsinə və gurultu ilə aşmasına bənzəyər. Xoş bu zaman ona tuş gəlməyənlərin və ona yem edilməyənlərin halına. Əslində rus ayısının dərisi çoxlarının iştahına tuş gəlmişdir. SSRİ-ni parçalayan beynəlxalq güclər o zaman Rusiyanı da asanca parçalaya bilərdilər. Amma Tatarıstan və Çeçenistanı qıcıqlandırıb oyatsalar da sonra arxasında durmadılar. Tatarlar tez ayıldı və susdu, çeçenlər isə bu hiylədən ayılmadılar və az qala bu xalqın bütünlüklə genefondu dağıdılacaqdı. 1991-ci ildə Rusiyanın parçalanması yeni dünya müharibəsi ilə nəticələnə bilərdi. Onlar bunu bəlkə də müasir zamana saxladılar. Rusiyanın nənki parçalanması, eləcə də orada baş verən böyük siyasi və iqtisadi problemlər öz mənfi təsirini daha çox bizim ölkədən yayındırmayacaq. Partlayan bombanın qəlpələri ətrafa yayılır deyə bizim kimi qonşuları daha möhkəm tutacaq. Üstəlik, Rusiya ilə bizi bağlayan sıx iqtisadi tellər də var. SSRİ dağılarkən onun nə 20 yanvar, nə də “Xocalı olayları”nda mənfur iştirakı da bu telləri tamam üzə bilmədi. Şimali Azərbaycanı ilhaq etdiyi 1813-cü ilin üstündən 1991-ci ildə 188 il ötmüşdü. 188 ilin təsirini 188 aya da tam aradan qaldırmaq mümkün olmazdı. Üstəlik, ötən bu illər ərzində Rusiya SSRİ-nin digər subyektləri kimi Azərbaycanı da özünə 90% tellərlə bağlamışdı. 1991-ci ildə respublikalar müstəqillik əldə edərkən o bu tellərin heç olmasa yarısını açdımı? Xeyr! Halbuki Çexiya və Slovakiya kimi ədalətlə, sakitcə ayrılmaq mümkün idi. Bunlar olmadığı halda indi sadə rusların gülünc millətçiliyi və qafqazlıları qovmaq cəhtləri çox mənasız və axmaqlıqdır. Vaxtı ilə işğal olunmuş ərazilər (Sibir, Həştərxan, Qafqaz) barədə tarix kitablarını oxuyub öyünən ruslar buyursunlar indi bir az da bunun altını çəksinlər. Bu gün qafqazlıları qovmağa qadir hala salına biləcək Rusiya, sabah bu ənənəni davam etdirməyə məhkum olacaq və tatarları, başqırtları, yakutları, çeçenləri və tərkibindəki digər xalqları da qovmağa qalxacaq. Nəticədə nə baş verəcək? Rusiya elə rusların öz əli ilə parçalanacaq! Pis plan deyil. Rusiyanın tərkibində indi 21 muxtar respublika və ondan qat-qat çox sayda digər xalqlar var. Əhalinin 80%-i özünü müxtəlif səbəblərə görə rus hesab etsə də, dar məqamda bu rəqəm 60%-dən çox olmayacaq. SSRİ-nin necə parçalandığını və fəsadlarının hələ də bitib- tükənmədiyini xatırladıqda, Rusiyanın parçalanması bütün dünyanı qarışdıra bilər. Bu parçalanmanın və onun mənfi təzahürlərinin nəhayət ki, bitib-tükənəcəyini düşünənlər yanılır. Qopan toz-dumanlıq yatandan sonra öz ətrafımızda hər şey olduğu kimi qalacaqmı? Bu cür etnik separatizm bizdən də yan keçməyəcək. Ona görə də biz Rusiyanın parçalanması prosesini Beynəlxalq güclərin ( yəhudi masonun) ümidinə buraxa bilmərik. “Biz” dedikdə Qafqazı nəzərdə tutulur. “Qafqaz” dedikdə isə yalnız azərbaycanlılar düşünülməlidir. Çünki Şimali Qafqazda etniklərdən hər hansı birisi düşünülərsə, digərləri inciyəcək və təfriqə düşəcək. Həm də onlar ayrı-ayrılıqda çox zəifdirlər. Ermənilər həddən ziyada hiyləgər, gürcülər isə danqaz (yekəbaş) olduğu üçün Rusiyanın önündə mənfi enerji daşıyıcılarıdır. Yeganə müsbət yüklü insanlar azərbaycanlılardır. Deməli, Rusiyanın xilası və aqibətinin idarə olunması bizimkilərin əlinə keçməlidir. Lakin bizimkilərdən kimsə Rusiyada heç olmazsa türk və ya İslam yönümlü bir siyasi partiya və ya hərəkat yaradıbmı? Futbolda “vurmayanın qapısına qol vurarlar” prinsipi var. Biz Rusiya ilə qeyri-rəsmi siyasi münasibətlər formalaşdırmadıqca, bu işi yəhudilər və ermənilər gerçəkləşdirir. Onların qarşısında həm İslam, həm də türk toplumu baxımından hədəf seçilənlər bizlərik. Əslində Rusiya hələ də böyük bir imperiya halındadır. Bütün imperiyalar dağılmağa məhkumdur. Lakin proses Qərbi Avropa və ya Amerikadan idarə olunmamalı, qondarma şoularla alovlandırılmamalı, millətlərarası münaqişə, müharibə və iqtisadi böhranla dərinləşməməlidir. Hər şey tədricən, təbii qaydada getməli və elə rus xalqının özü üçün də fəsadsız ötüşməlidir. Tatarıstan və Çeçenistan kimi 21 muxtar respublikanın bəlkə də hər biri federativ müqavilənin özünü dayandırmasını və Federasiyanın ləğv olunmasını istəyər. Amma Çeçenistanın aqibəti ilə indi kimsə üzləşmək istəmir. Həm də, məsələnin təkcə siyasi deyil, həm də iqtisadi tərəfləri var. Bu subyektlər ayrılıqda özlərinin iqtisadi rifahını görürlərmi? Qondarma “LDPR”-in sarsaq lideri Vladimir Jirinovski milliyətcə əsil rus olmasa da hamıdan daha artıq rus millətçiliyi nümayiş etdirir. Əslində isə o, Beynəlxalq güclərin diqtəsinə və Rusiyanın partladılıb parçalanmasına xidmət göstərir. Əgər Putin, Medvedyev və digər rus elitasının yəhudi və erməni qarışığı yoxdursa, Rusiyanın strateji maraqlarını güdməli və prosesi təbii axarından çıxartmamalı, rus xalqını nifrət obyektinə çevirməməlidir. Qorbaçov bunu edə bilmədi və dağılmağa məhkum olan SSRİ-ni daha pis dağıtdı. Yəhudi praktikasında böyük qurbanlar, inqilab, qiyam olmadan heç nə düzəlmir. Mən belə dedikdə İsrail dövlətinin yaradılmasına nail olmaq məqsədilə 2-ci dünya müharibəsinin törədilməsində, “Xolokost” faciəsinin düzənlənməsində və digər proseslərdə beynəlxalq masonun rolunu vurğulamaq istəyirəm. Belə bir praktikanın SSRİ-nin dağıdılmasında da istifadə olunduğunu xatırladıqda indiki MDB və muxtar respublikalarda on minlərlə sadə rusun qurban veriləcəyini düşünməmək olmaz. Bu isə bizdən də yan ötüşməyəcək. Prosesi öz əlimizə almaqda mənəvi haqqımız da yox deyil. II Dünya Müharibəsi zamanı ölkənin, əslində Rusiyanın müdafiəsi uğrunda faşizmə qarşı döyüşlərdə 600 min azərbaycanlı iştirak etmiş, bunlardan 400 min nəfəri həlak olmuş, bütün orden-medallara on minlərlə, təkcə “Sovet İttifaqı Qəhrəmanı” adına isə yüzlərlə soydaşımız layiq görülmüşdür. O illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonunu Bakı verirdi. Marşal K.Rokossovski: Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı var etirafını etmişdi. Deməli, bizim Rusiya üzərində həqiqətən də haqqımız var və indi onun müqəddaratına laqeyid qala bilmərik. Bu işdə ölkəmizin kiçik, əhalimizin az olması heç də əsas maneə deyil. Siyasi iradənin olması yetər. XX əsrin sonlarında biz erməni işğalçılarına qarşı Qarabağ uğrunda müharibə aparırdıq. 1-ci savaş zamanı bəs nə üçün Rusiya bizə kömək etmədi? Əksinə, düşmənə yardım etdi, onun tərəfindən bizə qarşı döyüşdü. Çünki ermənilərin heç bir haqqı olmadığı halda onlar Rusiyada söz sahibi ola bilmişdilər. Biz isə imperiyaya qarşı nifrət hisslərində ilişib qaldıq və bu ölkəni öz dostumuza çevirə və ondan öz haqqımızı ala bilmədik. Rus xalqının özü də öz haqqını bizə vermək və mərhum Heydər Əliyevin SSRİ-nin prezidenti olmasını görmək istəyirdi. Ölkənin nicatı naminə bu ən ağıllı qərar olardı. Lakin psevdo-rus millətçiləri buna imkan vermədilər və nəticədə Rusiyanı bataqlığa sürüklədilər. Özümüzün diaspora və lobbiçilik baxımından passivliyini də xüsusi qeyd etməliyik. Çeçen Ruslan Xaspoladov Rusiya Ali Sovetinin sədri ola bilir, biz isə indi Dövlət Dumasının 450 deputatı sırasında 1 mandata da sahib ola bilmirik. Bizim dəyərimizi Yuri Andropov bir “KQB” generalı olaraq daha yaxşı bilirdi. Onun Siyasi Büroda ab-havanın təmizlənməsi naminə Heydər Əliyevi yüksək dəyərləndirməsi və irəli çəkməsi heç təsadüfi deyildi. O, Sov.İKP MK-nın Baş katibi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olan kimi SSRİ-ni, əslində isə Rusiyanı düzəltmək naminə əmək intizamını möhkəmləndirməyə, spirtli içki aludəçiliyinə və əxlaqsızlığa qarşı mübarizəyə qalxdı. Rəhmətlik özünün xələfi kimi Heydər Əliyevi görmüşdü. Amma Rusiyanın düzəlməsi Beynəlxalq güclərə lazım deyildi və buna görə də tezliklə Andropovu aradan götürdülər. Ondan sonra gətirilən Çernenko Qorbaçovun yolunu təmizlədi, Qorbaçov isə Heydər Əliyevi Kremldən uzaqlaşdırdı. Rus mujikinin iş gününü günortaya qədər “perekur”larla, günortadan sonra isə əyyaşlıqla keçirtməsi çoxlarına sərfəli idi. Ayıq başla bu xalqın düşüncəsini istənilən məcraya yönəltmək şox çətindir. Rusiyada hərbi xidmət keçirtmiş və ruslarla isti münasibətlərdə olmuş hər kəs bunu təsdiq edə bilər. Putinin və ya Sobyanının nə Stalin, nə Andropov, nə də Heydər Əliyev olmadığı gün kimi aydındır. Ümumiyyətlə, müasir Rusiyada gedən siyasi oyunbazlıqlar indi hamıya aydındır. Aydın olmayan bu şouların fonunda Rusiyanın aqibətidir. Bunlar Rusiyanı düzəldəcəkmi? Vaxtı ilə türklər ruslara dövlətçilik anlayışını gətirdilər və xırda knyazlıqları “Qızıl Orda”nın tərkibində dövlət kimi birləşdirdilər. Bəs indi dövlətçilik mirasına milli ideologiya olaraq İslam dininin əlavə edilməsi necə olardı? Ən çətin olanı da elə budur. Hazırda Rusiyada psevdo-millətçilik varsa da, ən çox olmayan elə milli ideologiyadır.
Posted on: Mon, 21 Oct 2013 18:09:51 +0000

Trending Topics



iv class="sttext" style="margin-left:0px; min-height:30px;"> VENDO BODYBOARD SCIENCE 38.5 SIN LEASH VALOR BODYBOARD:
min-height:30px;"> Both shale gas and conventional natural gas have a larger
Legal Empowerment in Guyana This process is crucial for people
Ok Cavalier friends, i need some of your insight, thoughts and

Recently Viewed Topics




© 2015