IMMUN SİSTEMİNİZİ GÜCLƏNDİRİN Əsas səhifə » - TopicsExpress



          

IMMUN SİSTEMİNİZİ GÜCLƏNDİRİN Əsas səhifə » Sağlam həyat tərzi Körpədən yaşlıya hər kəs üçün güclü immun sistem önəmlidir.Güclü immun sistemə sahib olmaq üçün isə düzgün qida və istirahət rejimi vacibdir. Bunu hər kəs bilir.Lakin təəssüflər olsun ki, iş tətbiq etməyə gələndə ya ertələnir, ya da əhəmiyyət verilmir. Orqanizmin müdafiə qabiliyyətini artirmaq üçün antioksidantlar və probiotiklər müstəsna əhəmiyyətə malikdir. Antioksidantlar : Qəbul etdiyimiz qidalar orqanizmdə mübadilə prosesində çevrilmələrə məruz qalır, bir qism zərərli maddələr - sərbəst radikallar əmələ gəlir.Bu radikallarda bir elektron əksik oldugundan onlar bu elektronu əldə etmək üçün digər molekullara " hücum edir " , nəticədə vücudun bütün hüceyrələrinə zərər verir.Qidadan əlavə atmosferin çirkliliyi, ultra bənövşəyi şüalanma,radiasiya, nəqliyyat qazları,siqaret tüstüsü kimi faktorlar da orqanizmə təsir edərək sərbəst radikalları artırır.Bu maddələrin çoxalması xərçəng,katarakta, erkən yaşlanma kimi problemləri də özü ilə gətirir. Sərbəst radikalara qarşı mübarizədə antioksidsantların rolu böyükdür.Ən önəmli antioksidantlar C,E vitaminləri və beta karotindir .Limon, portagal, çiyələk , qreyfurt, kivi, bibər, kök,brokoli, lobya,cəfəri,ispanaq , günəbaxan yağı,zeytun yağı,fındıq, badam,qoz,fıstıq kimi meyvələr antioksidantlarla zəngindir. Probiotiklər : Bağırsaq mikrofoları üçün faydalı olub, zərərli mikroorqanizmlərin çoxalmasına mane olurlar.Ən önəmli probiotik qatıqdır. Qida rasionuna adları çəkilən qidaları , əlavə olaraq soğan, sarımsaq, omega 3 - balıq yağı,yaşıl çay əlavə etməklə,düzgün istirahət, və vaxtlı vaxtında fiziki məşqlərlə orqanizminizin müadifiə bəndini gücləndirin.
Posted on: Wed, 03 Jul 2013 19:59:02 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015