KARDALGİYA Ürək nahiyəsində baş tutan ağrılar - TopicsExpress



          

KARDALGİYA Ürək nahiyəsində baş tutan ağrılar kardalgiyalar adlanır.Yandırıcı ağrılar ürək nahiyəsində lokalizə edib , sol qola , sol kürəyə irradiasiya edir. Ağrılar tez keçib gedən , qısa müddət davam edən , ( dəqiqələr , saatlarla ) və uzunmüddətli (günlərlə , aylarla ) ola bilər. Ağrılar bəzən stenokardiya ağrıları ilə birgə müşahidə olunur. Periferik sinir sisteminin zədələnmələri zamanı kardalgiya: Boyunda osteoxondroz və fəqərəarası disk yırtığı sinir köklərinin sıxılmasına və ağrıların meydana çıxmasına səbəb olur.Ağrı tutmaları sol döş nahiyəsində başı, qolları hərəkət etdirdikdə başlanır.Gecələr boyun və onurğaının döş şöbələrinin gərginliyi zamanı başı bükdükdə , zədələnmiş tərəfədöndərdikdə ağrılar güclənir. Reflekslərin güclənməsi və passivləşməsi , əllərdə hissiyatın artması və azalması müşahidə olunur.Bu halda simpatik innervasiyanın pozulması nəticəsində əllərin şişməsi müşahidə olunur. Müalicə: Əsas xəstəlik müalicə edilməlidir. Kardalgiya körpücükaltı vena, arteriyanın , çiyin kələfinin sıxılması nəticəsində ( Falkoner - Veddler) və ya ön pillənin pilləvari əzələlərinin patoloji hipertrofiyası (Nafciger sindromu) zamanı boyun- çiyin sindromu əlaməti kimi ortaya çıxa bilər . Bu halda ortaya çıxan ağrı sindromunun xüsusiyyəti əldə çox ağır olmayan yük götürdükdə ,əllər yuxarı halda işlədikdə ortaya çıxmasıdır. Baxış zamanı ön pilləvari əzələnin qalınlaşması, böyük döş əzələsinin üstündə dərialtı venaların genişlənməsi , temperaturun azalması , əllərin şişkinliyi, Zədələnməyə məruz qalan tərəfdə radial arteriyada arterial təzyiqin düşməsi müşahidə olunur.Rentgenoloji müayındə VII boyun fəqərəsinin köndələn çıxıntısının böyüməsi aşkar olunur. Müalicə : Körpücükaltı damarların sıxlması aradan qaldırılmalıdır (əmələ gələn əlavə çıxıntı cərrahi ləğv edilir) Ön pilləvari əzələ sindromunda medikamentoz terapiya aparılır. Kardalgiya qabırğaarası sinirlərin nevralgiyası , kəmərləyici dəmrov, köklərin nevrisarkoması , zamanı ortaya çıxa bilər. Kəmərləyici dəmrov adətən EKQ -də St seqmentinin düşməsi ,T dişinin yastılaşması və parçlanması nəzərə çarpır. Qabırğa qığırdaqlarının ( çox zaman II, IV ) patoloji qalınlaşması və ya Titse sindromu ( 40 yaşdan yuxarı geniş yayılıb ) zamanı kardalgiya müşahidə olunur.Etiologiyası məlum deyil Patogenezinin əsasında qabırğa qığırdaqlarının aseptik iltihabı dayanır. Müalicə : Simptomatik müalicə aparılır. Kardalgiya diafraqma gümbəzinin yüksək vəziyyətdə qalması ( mədənin və bağırsaqların şişkinliyi , piylənmə) nəticəsində də ortaya çıxır (Remxeld sindromu ) .Ağrılar qida qəbulundan sonra uzanan vəziyyətdə başlanır. Vertikal vəziyyətdə isə ağrılar sakitləşir. Gəzən zaman bəzən stenokardiya ağrıları birgə meydana çıxır. Kardalgiya diafraqma yırtığı zamanı ortaya çıxa bilir. Bu hal yaşlı insanlarda diafraqmanın qida borusu dəliyinin gərginləşməsi və diafraqmanın travmatik yırtılmaları zamanı ortaya çıxır. Döşarxası və digər lokalizasiyaları arasikəsilməz sızıltılı ağrılar divararalığı orqanların sıxılması və mədənin fəaliyyətinin pozulması və ya xoraları zamanı da ortaya çıxır.Ağrılar qida qəbulundan sonra və horizontal vəziyyətdə uzandıqda , çox zaman gecələr qida qəbul etdikdə meydana çıxır.Vertikal vəziyyətə qalxdıqda və yeridikdə ağrılar sakitləşir.Çox zaman kardalgik sindrom bu xəstələrdə dəmir defisiti anemiya əlamətləri olduqda , qanaxmalar baş verdikdə ortaya çıxır. Qida borusunun peptik xorası , kardiospazm, ezofagit zamanı da kardalgiya müşahidə olunur. Köndələn yoğun bağısağın qaraciyərin üzərində yerləşməsi ( Kilayditi sindromu ) da kardalgiya ağrılar törədə bilir . Kardalgik sindrom I-li ağciyər hipertoniyası , ağciyər infarktı , parapnevmonik plevritlərdə , perikardirdə ortaya çıxa bilir. Ön döş divari sindromu - miokard infartının kəskin periodu bitdikdən sonra ürək nahiyəsində ağrılar baş qaldırır. Xəstəliyin patogenezi aydın deyil.Sızıldayıcı ağrılar müxtəlif intensivlikdə olur - bəzən kəskin, bəzənsə zəif ağrılar təzahür edir. Müalicə : Analgetiklərlə aparılır. Dishormonal kardalgiya nəzərə çarpan ürək ağrıları ilə müşahidə olunur.Ürək fəaliyyətinin pozulması , mədəcik ekstrasistoliyası , EKQ-də V1 V4 aparmalarda mənfi T dişi , Hiss dəstəsinin ayaqcıqlarının blokadası müşahidə olunur .Bu halda kardiopatiya haqqında düşünmək lazımdır.Dishormonal kardiopatiyalar tireotoksikoz və digər endokrin patologiyalar zamanı meydana çıxır. Kardalgiyalar klimakterik dövrdə də ortaya çıxır ( klimakterik kardalgiyalar ). Sindrom klimakterik dövr üçün xarakterik olan pegetativ pozuntular zamanı müşahidə olunur.Xəstələr döş qəfəsində ağırlıq hissindən , ürək zirvəsində kəsici yandırıcı ağrılardan , hava çatışmazlığından şikayət edir. Ağrı qısamüddətli ola bilər, saatlarla davam edə bilər. Ürəkdəki ağrılar ölüm qorxsus verə bilir. Yataq rejimi və nitratlar ağrıları sakitləşdirmir.Bayılmalar ola bilər. Baş ağrısı ,emosional labillik , ürək döyünmə , boğazda spazm , başgicəllənmə görülür. Taxikardiya , damar distoniyası müşahidə oluna bilər. Tutmalar kəskin halsızlıq , profuz tərləmə , poliuriya ( çoxlu sidik ifrazı ) ilə sonlanır.EKQ-də mənfi T dişi ( həftələrlə qala bilir ) aşkar olunur. Müalicə : Psixoterapiya və medikamentoz terapiya aparılır. Kardalgiya pubertat dövrdə görülür .Mədəcik ekstrasistoliyası aşkar olunur. Vegetativ dishormonal vəziyyət müşahidə olunur. Müalicə : Xüsusi müalicə tətbiq edilmir.
Posted on: Fri, 04 Oct 2013 05:55:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015