KEYFİYYƏT ARAŞDIRMALARI Keyfiyyət araşdırmaları əsasən - TopicsExpress



          

KEYFİYYƏT ARAŞDIRMALARI Keyfiyyət araşdırmaları əsasən qrup diskussiyalarından ibarət olub, geniş müzakirə və fikir mübadiləsinə əsaslanaraq araşdırılan mövzunu daha dərindən və daha dəqiq tədqiq etməyə imkan yaradır. Keyfiyyət araşdırmaları aşağıda sadalanan araşdırma metodologiyaları vasitəsilə aparılır: Dərinləşdirilmiş diskussiyalar - istehlakçılarla üz-üzə müzakirələr İş adamları ilə diskussiyalar - iş adamlarının ofisində təkbətək dərinləşdirilmiş müzakirələr. Evlərdə istehlakçılarla görüşlər Gizli Müştəri Araşdırması Fokus qrup diskussiyaları - 8-12 iştirakçıdan ibarət olan böyük qruplar, mini qruplar, üçlüklər, ikiliklər Gizli Müştəri Araşdırması - xüsusi təlim almış intervüerlər real müştərilər kimi müəyyən olunmuş satış və ya xidmət nöqtələrinə gedərək müştəriyə göstərilən xidmətin səviyyəsini və işçilərin professional kvalifikasiyasını müəyyənləşdirirlər. Fokus qrup diskussiyaları - iştirakçılar (respondentlər) əvvəlcədən təyin olunmuş kvota əsasında tərtib olunmuş seçim anketi üzrə qruplara dəvət olunur. Respondentlər diskussiyanın sonunda mükafatlandırılırlar. Qruplar Psixologiya, Sosiologiya və Marketinq Araşdırması sahəsində geniş təcrübəsi olan, diskussiya prosesində daha çox incəlikləri üzə çıxarmağı bacaran mütəxəssis - moderator tərəfindən əvvəlcədən tərtib olunmuş ssenari əsasında aparılır. Qrup diskussiyaları üçün nəzərdə tutulan otaqlar xüsusi avadanlıqlarla təchiz olunur: Birtərəfli güzgü Gizli kamera və mikrofon Audio və video avadanlıq Asanlıqla formasını dəyişib istənilən şəraitə uyğunlaşan stol Ağ lövhə Qrup diskussiyaları üçün nəzərdə tutulmuş otaqlar qeyri-rəsmi atmosfer yaratmaq üçün adi ev şəraitində dizayn olunur və iştirakçılar yüngül yeməklərlə təmin olunur (çay, kofe, sərinləşdirici içkilər, şirniyyat və meyvə). Müştərinin istəyindən asılı olaraq qrup diskussiyaları üçün otaqlar şirkətdən kənar xüsusi binada icarəyə götürülə bilər. Keyfiyyət araşdirmalarina əsasən nə zaman ehtiyac duyulur? İstehlakçıların istehlak vərdişlərini hərtərəfli öyrənmək və səbəbləri daha dərindən açıqlamaq Təklif olunacaq məhsul və ya xidmət haqqında istehlakçıların rəyini öyrənmək Yeni məhsula və ya xidmətə istehlakçıların münasibətini / reaksiyasını öyrənmək İstehlakçı təkliflərini öyrənmək lazım gəldikdə
Posted on: Mon, 08 Jul 2013 06:42:26 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015