Kamran Ağayev birinci oldu Dünya səviyyəli mərc kontoru - TopicsExpress



          

Kamran Ağayev birinci oldu Dünya səviyyəli mərc kontoru bwin 2014-cü il dünya çempionatının seçmə mərhələ oyunlarında qeydə alınan ən gözəl qapıçı qurtarışlarının seçiminin yekun nəticəsini elan edib. Fanat.az xəbər verir ki, milli komandanın üzvü Kamran Ağayev ilk pilləyə layiq görülüb. Seçimin final mərhələsində 10 ən inamlı qapıçı hərəkəti təyin olunub. Top-10 adlı ilk onluqda Makedoniya, Estoniya, Gürcüstan, Polşa, İsveçrə, Lüksemburq, İtaliya, Finlandiya və Azərbaycan milli komandalarının qapıçıları yer alıb. 10-cu pilləni Stanislav Nomasko (Moldova-İngiltərə) tamamlayıb, eston kiper Sergey Pareyko (Türkiyə-Estoniya), doqquzuncu, Gürcüstan millisinin qapıçısı Gioprgi Loriya (Gürcüstan-İspaniya) səkkizinci, polşalı Prjemislav Titon (Polşa-Moldova) yeddinci, isveçrəli Dieqo Benalyo (İsveçrə-Albaniya) altıncı, Lüksemburq millisinin qolkiperi Conatan Joubert (Lüksemburq-Portuqaliya) beçinci pilləyə sahib çıxıblar. Dördüncü mövqe İtaliya yığmasının çərçivə qoruyucusu Canluici Buffona (Bolqarıstan-İtaliya) qismət olub. Fin qapıçı Lukas Hradeski (Finlandiya-Fransa) üçüncülüyə sahib çıxıb. Gürcüstan yığmasının kiperi Giorgi Loriya (Gürcüstan-Belarus) ikinci pillədə qərarlaşıb. Azərbaycan milli komandası və “Bakı” futbol klubunun qapıçısı Portuqaliya – Azərbaycan oyununda (3:0) qaytardıqları mükəmməl toplarla diqqətləri cəlb edib və onun Joao Moutinyonun zərbəsindən sonra dəf etdiyi top müvafiq sıralamada ilk pilləyə layiq görülüb.
Posted on: Sun, 04 Aug 2013 05:14:00 +0000

Trending Topics



v class="stbody" style="min-height:30px;">
Consequences of legalism: 1. Keeps people distanced and
Wednesday May 28th - At Crystal Fantasy - 11am-3pm Donna Sacks
Meditație și rugăciune (1Timotei 6): Astăzi laud pe

Recently Viewed Topics




© 2015