Klinik psixoloq və həyat məsləhətçisi K.Şarma hər gün - TopicsExpress



          

Klinik psixoloq və həyat məsləhətçisi K.Şarma hər gün pozitiv olmanın 7 sirrini açıqlayıb: 1. Xeyirxah olmağı istəmək. Doktorun bildirdiyinə görə, pozitivlik insanın aurası kimidir. Auranız pozitivdirsə, insanlar sizə inanmağa başlayırlar, ətrafdakılar hörmətli davranırlar, iş yoldaşlarınız sizə kömək edirlər və münasibətləri xoş qurursunuz. Bunun ilk sirri məhz xeyirxah olmağa çalışmaqdır. 2. Realist olun. Müqəddəs olmağa çalışmayın. Pozitiv olmaq o demək deyil ki, siz birdəfəlik neqativlikdən uzaq duracaqsınız. Ola bilər hansısa işiniz alınmasın, nəsə sizi incitsin. Əsas odur ki, panikaya düşüb, narahat olmayın. Fikrinizdə həmişə real olaraq vəziyyətdən çıxış yolu axtarın. Bu oturub ağlamaqdan daha faydalıdır. 3. Diqqətli və müşahidəçi olun. Gündəlik həyatdakı hadisələrdən istifadə edin ki, onları daha pozitiv yolla həll etməyi öyrənəsiniz. Əvvəlcə düşünün ki, görəsən, bu və ya digər vəziyyətdən ən yaxşı çıxış yolu hansıdır, daha az aqressiv olun, daha soyuqqanlı olmağa çalışın. İstənilən hadisədə sizə çıxış yolu üçün kömək edə biləcək beş variant düşünün. 4. Danışıq. Çalışın danışığınızda daha xoş sözlər olsun. 5. Ətrafınız. Pozitiv insan olmağın ən yaxşı yollarından biri də xoş, optimist insanlarla birlikdə olmaqdır. Belə insanlardan pozitiv enerji virus kimi yayılır. 6. Gündəlik tutun. Gündəliyinizdə gündəlik bütün hadisələri deyil, yalnız ən yaxşıları yazın. Hər şeyə diqqət edin, məsələn avtobus vaxtında gəlib, yemək dadlı çıxıb, işdə sizi konfetə qonaq ediblər və s. 7. "Sağ ol" deyin. Baş verən hər yaxşı şeyə görə təşəkkür edin. Dostunuza, ailənizə, hətta özünüzə də ağır işi görüb bitirdiyiniz üçün təşəkkür edə bilərsiniz. • Sabahiniz xeyir :) Liliya
Posted on: Sat, 24 Aug 2013 03:50:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015