Klublarımızın avrokubok macərası bu gün başlayır Bu gün - TopicsExpress



          

Klublarımızın avrokubok macərası bu gün başlayır Bu gün Azərbaycan klublarının avrokubok macərasına start veriləcək.UEFA Avropa Liqasında ölkəmizi təmsil edən klublardan “İnter” iki gün sonra mübarizəyə start verəcəksə, “Xəzər Lənkəran”la “Qarabağ” qitənin ikinci dərəcəli klub turnirində ilk oyunlarına məhz bu gün çıxacaq. Bəribaşdan qeyd edək ki, bu, komandalarımızın rəqiblərinin stadion problemi ilə əlaqədardı. Nəticədə, UEFA bu görüşləri iki gün əvvələ keçirmək məcburiyyətində qalıb. Məlum olduğu kimi, “Qarabağ” Avroliqada oynamaq hüququna Premyer Liqamızın gümüş mükafatçısı, “Xəzər Lənkəran” isə ölkə kubokunun finalçısı olaraq yiyələnib. Ağdam klubunu Avroliqanın ilkin təsnifat mərhələsində Makedoniya “Metallurgu” (Skopye), Lənkəran təmsilçisini isə Malta təmsilçisi – “Sliema” ilə görüşlər gözləyir. Təmsilçilərimizin hər ikisi avrokubok mövsümünə rəqib meydanında start verəcək. Hansı ki, cavab görüşünün evdə keçirilməsi baxımından bu iki komandamızın bəxtinin gətirdiyini qeyd etmək olar. Həm “Qarabağ”, həm də “Xəzər Lənkəran” püşk zamanı “səpələnmişlər” səbətindən çıxdığı üçün, rəqibləri özlərinə nisbətən daha zəiflərin – “səpələnməmişlər”in arasından seçilib. Məhz bu üzdən azərbaycanlı futbolsevərlər klublarımızın ən azı birinci mərhələni keçəcəyinə demək olar ki, şübhə etmirlər. Əks halda bu, mərhələ keçə bilməyən klubumuz üçün çox ciddi uğursuzluq kimi qiymətləndiriləcək. Yeri gəlmişkən qeyd edək ki, avrokuboklarda mübarizə aparan Azərbaycanın bütün klubları ilə onların ilk rəqibləri arasında böyük səviyyə fərqi var. Bunu UEFA-nın klub reytinqi də isbatlayır. Bu mənada “Qarabağ”la “Xəzər Lənkəran”ın da rəqibləri istisna deyil. Avroliqadakı təmsilçilərimizdən ən reytinqlisi “Qarabağ”dı. 228-ci pillədə olan Ağdam təmsilçisi Makedoniya “Metallurg”unu 125 pillə qabaqlayır. 322-ci pillədə olan “Xəzər Lənkəran”la Malta “Sliema”sı arasındakı fərq isə nisbətən azdı. Hazırda “Sliema” 81 pillə geridə - 403-cü mövqedə yer alıb. “Qarabağ”la “Xəzər Lənkəran”ın avrokuboklara pis hazırlaşmadığını da qeyd edə bilərik. İyunun 13-dən Türkiyəyə gedən Ağdam klubu son günlərə qədər orda davamlı təlim-məşq toplanışında idi və bu müddət ərzində bir neçə transfer də həyata keçirib. Düzdü, bu yay komandadan gedənlər də az olmadı. Əfran İsmayılov, Emin İmaməliyev, Zaur Həşimov, Elnur Abbulov, Kristian Torres, Emeka Opara, Bəxtiyar Soltanov, Vaqif Cavadov və Branimir Subaşiçlə yollarını ayıran “Qarabağ” hələlik yalnız üç transfer həyata keçirib. Daha doğrusu son mövsümü icarə əsasında “Simurq”da keçirən Murad Səttarlını geri qaytaran Ağdam təmsilçisi Hollandiyanın “Nijmegen” klubundan Leroy Corcu, Almaniyanın “Bohum” komandasından isə Nikolas Gelaşvilini heyətinə qatıb. Ağdamlılar daha bir neçə transfer həyata keçirməyi düşünsələr də, hələlik Avroliqaya indiki heyətlə start verəcəkləri dəqiqdi. Qurban Qurbanovun komandası UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə bu futbolçuların adlarını daxil edib: Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 89. Miro Varvodiç. Müdafiəçilər: 2. Qara Qarayev, 3. Kamil Hüseynov, 4. Bilal Abbaszadə, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 33. Təmkin Xəlilzadə, 44. Eltun Yaqublu, 55. Bədavi Hüseynov. Yarımmüdafiəçilər: 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 15. Toğrul Bilallı, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 20. Riçard Almeyda, 27. Elvin Musazadə. Hücumçular: 11. Nikolos Gelaşvili, 17. Vüqar Nadirov, 21. Tural İsgəndərov, 22. Tural Rzayev. “Xəzər Lənkəran” haqda da eyni sözləri demək olar. Lakin Con Toşakın komandası hazırlıqlara bir qədər gec start verdi. “Ağ- yaşıllar” iyun ayının 20-dən etibarən Almaniyanın Bad Göqqinq qəsəbəsində yay təlim-məşq toplanışında idi. Ayın 29-da burdakı son məşqinə çıxan təmsilçimiz Almaniyadan birbaşa Maltaya yola düşdü. Cənub təmsilçisinin hazırlıq üçün vaxtı az olsa da, heyətini demək olar ki, formalaşdıra bilib. Roberto Alviz, Lusiano Olguin, Dimitrios Sialmas, Gökhan Güleç və Akif Tağıyevlə yollarını ayıran “Xəzər Lənkəran” Duqlas Leyte, Junior Nildo, Zohair Benuahi, Rasim Ramaldanov və Nikola Qliqorovla güclənib ki, məhz bu amil “ağ-yaşıllar”ın uğur zəmanəti sayıla bilər. “Xəzər Lənkəran”ın Avroliqa üçün iştirak ərizəsində isə bu futbolçular yer alıblar: Qapıçılar: 25. Orxan Sadıqlı, 30. Toni Doblas, 33. Duqlas Leyte; Müdafiəçilər: 3. Vanderson Skardueli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 6. Rasim Ramaldanov, 8. Eder Bonfim, 21. Radomir Todorov, 27. Manuel Skarlatake; Yarımmüdafiəçilər: 7. Sadio Tounkara, 9. Uğur Pamuk, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 23. Nikola Qliqorov, 99. Nikola Orsuliç; Hücumçular: 12. Junior Nildo, 55. Ağabala Ramazanov. Göründüyü kimi, komandalarımızın özlərindən heç də güclü olmayan rəqibləri üzərində qələbə qazanmaları üçün heç bir problem yoxdu. Sadəcə, təmsilçilərimizin işə məsuliyyətlə yanaşması, rəqiblərə yuxarıdan aşağı baxmaması yetərlidi. Həm “Qarabağ”, həm də “Xəzər Lənkəran” cütün taleyini məhz ilk oyunda həll etməyə çalışmalıdı. Klublarımız ən azından səfər matçlarında qənaətbəxş nəticəyə nail olub, doğma divarlar arasında istəyinə çata bilərlər. Maraq üçün onu da bildirək ki, “Metallurg” “Qarabağ” üçün tanış rəqibdi. Ağdamlılar 2010/11 mövsümündə bu komandanı mübarizədən kənarlaşdırmağı bacarıb. “Qarabağ”ın rəqibi ilk dəfə məhz 2009/10 mövsümündə ölkə çempionatında üçüncü yeri tutmaqla avrokuboklara vəsiqə qazansa da, elə o vaxt da məhz birinci təsnifat mərhələsində onların qarşısını “Qarabağ” kəsib. Bakıda bu rəqibini 4:1 hesabıyla yenən Qurban Qurbanovun yetirmələri səfərdə də 1:1 hesablı heç-heçəyə nail olmuşdular. Ümumilikdə isə, ardıcıl üç mövsümdü (2010/11, 2011/12 və 2012/13) gümüş medalları qazanan “Metallurg” hər üç halda Avropa Liqasında mübarizəni birinci təsnifat mərhələsində dayandırıb. Ümid edək ki, “Qarabağ” makedoniyalıların bu ənənəsini yenə də davam etdirəcək. Elə “Xəzər Lənkəran”ın rəqibi də Avropada ciddi uğurları olmayan bir komandadı. Düzdü, bu komanda Maltanın ən titulu klubudu. Komanda tarixi ərzində 26 dəfə ölkə çempionu, 20 dəfə ölkə kubokunun, 3 dəfə Super Kubokun qalibi olub. Lakin “Sliema” tarixi ərzində avrokuboklarda yalnız dörd dəfə mərhələ adlayıb. “Xəzər Lənkəran” maltalıların bu uğurunun artmasına imkan verməməlidi. Sonda onu da bildirək ki, avrokuboklarda qazanılacaq istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşməyəcək. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250 reytinq xalı qazandıracaq. Heç-heçə isə 0,125 xal verəcək. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 32-cidi və hesabında 7.875 reytinq xalı var. Avropa Liqasında bu il ölkəmizi “İnter” də təmsil edəcək. Lakin paytaxt klubu ilk oyununu iki gün sonra Bakıda keçirəcək. Avroliqadakı klublarımızla yanaşı Azərbaycanı bu il ölkə çempionu “Neftçi” də qitə arenasında təmsil edəcək. “Ağ- qaralar” daha nüfuzlu Çempionlar Liqasında özünü göstərmək şansına malikdi. Avropa Liqası Birinci təsnifat mərhələsi (ilk oyunlar) 2 iyul 20:45. Sliema – Xəzər Lənkəran Baş hakim: Eliko Saar (Estoniya) Taqali. “Centenary” stadionu. 20:45. Metallurg – Qarabağ Baş hakim: Lars Kristoffersen (Danimarka) Skopye. “Filip II” stadionu. DiDiER
Posted on: Tue, 02 Jul 2013 05:52:24 +0000

Trending Topics



osed for the whole
TO MY FATHER, MAXIMO NATO BONSAY VALDEZ ANCHETA, SR.......HAPPY
Songstagram!!! You heard it hear first. If major music stars
HE WHO LIVES UNDER THE SHADOW OF THE Almighty i will say of the
Normally I stay neutral within my posts about other artist but,
The lord is my light and my salvation ;whom shall i fear? The lord
Have you thought about automating your marketing? Have you heard

Recently Viewed Topics




© 2015