Kərbəladan yazginən Kərbəla dastanı məşhurdur, düşüb - TopicsExpress



          

Kərbəladan yazginən Kərbəla dastanı məşhurdur, düşüb dildən-dilə Yoxdu bir qüvvə, Hüseyn eşqin könüllərdən silə Kim bu matəmdə, gözündən yaş axıtsa bir gilə Yox Cəhənnəm atəşi ol şəxsə, əmma sidq ilə Qətrəyə qiymət qoyan, lütfi-Xudadan yazginən. ************************************* Lənət olsun qoy Yəzidə, həm onun rəftarına Olmuyan vicdanına, namusuna , həm arına Guya həm də şair imiş, tuf ola əşarına Lənət olsun yarına, əhbabına, ənsarına Sən Hüseynə aşina ol, aşinadan yazginən. ************************************ Zeynəbi-Kübranı sanma ki, qalıbdır binəva Onda ki sordu Yəzid-Gördün sizə netdi Xuda? Söylədi-Mən görmədim orda gözəllikdən səva Həm o zalim məclisində, eylədi həqqi əda Zeynəbin can madəri, Xeyrün-nisadan yazginən. ************************************** Eşqi məna eyləsəm, Kərbübəla mənasıdır Orda hər kim can verib, aşiqlərin ən xasıdır Əhli-eşqin zinəti çün sidqidir, ixlasıdır, Gər Hüseyn ibni Əli, aşiqlərin Mövlasıdır Həm onun mövlası, Mövla Mürtəzadan yazginən. *************************************** Əhli-Beytdir ki, salıb nurun bəşər övladına Kim könüldən sevsə, əlbəttə çatallar dadına Əhli-dünya, qurban olsun tək Əlinin adına Çün Əba - əhli səbəbdir, xilqətin icadna Şahi-Lövlak, ol Rəsuli-Kibriyadan yazginən. ************************************* Gər qələm əhli sərasər, gül-çiçəkdən yazsallar Ya münəccimlər kimi, seyri-fələkdən yazsallar Ya ki,əfsun eyliyib cinnü mələkdən yazsallar Mədh edib zülm əhlini, zülmü, ürəkdən yazsallar Yazma sən Talib, çalış bu macəradan yazginən.
Posted on: Sat, 30 Nov 2013 11:40:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015