LGBT təşkilatları mətbuat konfransı keçirəcək. Humanist - TopicsExpress



          

LGBT təşkilatları mətbuat konfransı keçirəcək. Humanist olan hər kəs dəvətlidir! Son günlər baş verən hadisələr, əsasən də Azad LGBT Azərbaycan təşkilatının sədri İsa Şahmarlının intiharı və artmaqda davam edən intiharlar bizi çox narahat edir. İsa Şahmarlının intihar etməsi nəinki Azərbaycanda, hətta bütün dünyada böyük əks – sədaya səbəb oldu. İnsan hüquqlarının, o cümlədən LGBT hüquqlarının Azərbaycanda ağır vəziyyətdə olması, onların hüquqi müdafiəsinin yox səviyyədə olması homofobiyadan irəli gələrək “Nifrət Cinayətləri”nin daha da şiddətli hal almasına gətirib çıxardıb. Həmçinin, baş vermiş hadisədən sonra ictimaiyyət nümayəndələrini arasında qeyri-sağlam fikirlərin, nifrətin yayılmasını müşahidə etdik. Bu məqsədlə LGBT təşkilatları olaraq(Azad LGBT, Nəfəs LGBT, Peace for LGBT) 27 yanvar saat 15:00, Azərbaycan Media Mərkəzində ictimaiyyət üçün vətəndaş cəmiyyəti nümayəndələrinin, beynəlxalq təşkilat və səfirliklərin iştirakı ilə mətbuat konfransı keçirtməyi planlaşdırırıq. Ünvan: Baku, AZ-1114 85/86 R.Behbudov, Sahil metrosu, Axundov kitabxanasının yanı. tel | +994553407008
Posted on: Sun, 26 Jan 2014 13:27:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015