M.Alarlı Tövbə Axır günümü salmamışam mən - TopicsExpress



          

M.Alarlı Tövbə Axır günümü salmamışam mən yada , tövbə! Əfsus ki, gedib gül kimi ömrüm bada, tövbə! Adəmi yolundan çıxaran şeytana lənət Qurşan namaza, tut orucu, eylə ibadət, Sidq ilə çağırsan “Ya Əli” ruzi -qiyamət Xeyrül-əməl olsan, yetişər imdada , tövbə! Küfran danışıb qürrələnib, qəlblərə az dəy, İmanı tanı, haqqa tapın, Allaha baş əy, Meylini düz et, doğru danış, zülümdən əl çək, Bax ibrət üçün Zöhhaka,ya Həmruda , tövbə! Fəxr eyləmə çox cah-cəlalın, təmtərağın var, Yaxşı gəlirin, şən həyatın, kef-damağın var, Lah padşah olasan belə, beş metrə ağın var, Yoxdursa savabın , yanacaqsan oda, tövbə! Ey qafil, oyan ki, mələkül-mövt gələcəkdir. Atın nə qədər yüyrək ola büdrəyəcəkdir. Ruhun usacaqdır, vəli, cismin öləcəkdir, Onda gec olar söyləyərsən vay dədə , tövbə! Alarlı, sənin də demə ki, yoxdu günahın, Odur gecə -gündüz ucalır göylərə ahın, Alahı çağır, qadiri sübhandı pənahın, Çətin ki, səni bir də şərab aldada, tövbə!
Posted on: Sun, 14 Jul 2013 18:05:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015