M.Füzuli qəzəlini Təxmis Əhli-eşqik,eşqdə sövda - TopicsExpress



          

M.Füzuli qəzəlini Təxmis Əhli-eşqik,eşqdə sövda nədir,-biz bilmərik, Dəhr üçün əndişəvü qovğa nədir-biz bilmərik. İstərik Piri-Muğandan,la nədir-biz bilmərik, “Tərki-dünyalıq nədir,təqva nədir,-biz bilmərik, Eşqdən başqa nə var əfsanədir,-biz bilmərik” Eşq mülkündə,bu gün,sultan mənəm başımda tac, Eşqdən xeyrim ziyanımdır mənim,dərdim əlac, Toplamış qəm ləşkərim möhnət diyarından xərac, “Aləmin heç əmrinə bizlərdə yoxdur ehtiyac, Xəlq der,var ehtiyac,əmma nədir,biz bilmərik.” Eyləyib gülzar seyrin,güllərə saldıq meyil, Hər güli-rəna önündə bizlərik həm münfəil, Qeybdən,qıldıqca guş,gəlməkdədir səslər qəfil; “Eşqdən başqa geniş dünyada işlər yox deyil, Başqa işlər aşiqə biganədir,-biz bilmərik.” Eşqdən gəh dağ çapar,gah eylərik kuhi-qubar, Gahi qanlı yaş tökər,gah eylərik yersiz vüqar, Böylə hal ilə bizə,layiqdir etsək iftixar, “Sorma bizdən siveyi-təqlidü rəsmi-etibar, Əhli-dünya sə`yinə mə`na nədir,-biz bilmərik.” Eylədik,-səngi-məlamətdən yığıb,-inşa saray, Ərşə yüksəldi,onun hər hücrəsindən ahü vay, Zar olan könlüm ovunmaz,kimsədən yetməz haray, “Yarın eşqilə onun didari-şövqündən səvay, Sorma zahid,ləzzəti-dünya nədir,-biz bilmərik.” Fəxr ilən qoyduqca baş yarın qədəmgahinə biz, Nəzr qıllıq can fədasın,qaşları yayinə biz, Tərki-dünya eylərik,heç qalmarıq hayinə biz, “Sirri-həqqin məzhəri aləmnüma ayinəmiz, Saf meydir,sadə üz,başqa nədir,-biz bilmərik.” Eşqdə,ey Bizəban,sabitdi qanun,ol əmin, Cangüdaz aşiq həmindir,canalan mə`şuq həmin, Gəl ədasın gör,nəzər qıl nazına,ol nazənin; “Söylədim”öldü Füzuli asitanında sənin, Söylədi:”Kimdir ölən,harda,nədir,-biz bilmərik”
Posted on: Thu, 19 Sep 2013 18:18:28 +0000

© 2015