MARAĞALI MƏHƏMMƏDHƏSƏN XAN - TopicsExpress



          

MARAĞALI MƏHƏMMƏDHƏSƏN XAN ETİMADÜSSƏLTƏNƏ XEYRATİ-HESAN (GÖZƏLLƏR SƏRVƏTİ) SİTTÜL-ÜLƏMA Sittül-üləma hijri altınjı yüzilliyin axırlarında Şamda yaşamış, burada sakin olan Mehranilər ailəsindən idi. O, bə¬lağətli nitqə, lətafətli ifadəyə malik olub, mahir mövizəçi kimi məşhur olmuşdur. Bu jəhətinə görə «Bülbül» tə¬xəllüslü qadın kimi tanınırdı. Sittül-üləma hijri 712-ji (1312 m.) ildə rəjəb ayının 13-də dünyasını dəyişmişdir. Jənazəsini son mənzilə yola salan insanlar arasında qa¬dınların böyük izdihamı olmuşdur. SULTAN Sultan Fətəli şah Xaqanın oğlu mərhum Mahmud Mir¬zənin qızının təxəllüsüdür. Mahmud Mirzə Fətəli şahın xa¬nımlarına həsr etdiyi bir təzkirəsində onlara aid edilən şeir nümunələrini də vermişdir. O, təzkirəni «Noqli-məjlis» ad¬landırmışdır. Bu təzkirədə yazırdı: «Adsız kiçik qız Sull¬tan ömrünün əvvəlindən ta 18 yaşınadək mənim «Dəbis¬tani-Tərbiyət» məktəbimdə böyüyüb inkişaf etmişdir. La¬kin məndə onun şeirlərindən az bir hissəsi qalmışdır. Bunlar şikəstə xətti ilə yazılmış, bu xəttlə yazmağı da mən¬dən öyrənmişdi, təxəllüs seçməyi də məndən so¬ruş¬du və Sultan təxəllüs oldu. Min beytdən ibarət dəftəri var¬dır. Bu bir neçə şeir oradan seçilmişdir: Tərcüməsi: Ey Səba, o yarın kuyinə get və söylə ki, Gəlmədin və sənin hijrində əzab çəkdik. Və yaxud: Ba xəyali-to və kuyi-to nəxahim beheşt, Hur ke çun to və çun kuyi-to key həst beheşt. Sənin xəyalınla sənin kuyində behişt istəmirəm, Huri sənsən, behişt sənin kuyindədir. Və yaxud: Ey dil, kuyindən gör nejə keçirəm, Gülə-gülə gəlib, ağlaya-ağlaya gedirəm. Və yaxud: Mən azadlıqda ola-ola elə əzab çəkirəm ki, Heç kəs o əzabı əsirlikdə çəkmir. SULTANBƏXT Əmir Teymur Gürganinin qızıdır. İbn Həjərin «Ənba» əsərində olan məlumatda deyilir ki, «Teymuri-tarixi»ndə yazıldığı kimi bu qadın kişi xasiyyətli və xislətli olmuşdur. Əvvəl heç bir ər qəbul etməyib nigahlanmadısa, sonra Bağdad xatunları ilə söhbət edib, ülfət və mülayimlik kəsb etdi və Süleyman şahla izdivaj eylədi. «Əxlaqi-əla» də bu qadının adı Jahanbəxt kimi yazılmışdır. «Səhayef əl-əx¬bar»da göstərir ki, Əmir Teymurun iki bajısı olmuşdur biri Qutluq Türkon Ağa, digəri Şirinbəyi ağadır. SULTAN RƏZİYYƏ Şəmsəddin İltutmuş Məhəmməd Sultanın qızıdır. /Şəm¬səddin 1211-1236-jı illərdə Dehlidə müsəlman-türk döv¬lətinin hakimi olmuşdur. – H.T./ Şəmsəddin Hindista-nın bəzi vilayətlərində hökmdar olmuşdur. Onun sülaləsi hijri 602-ji ildən 690-jı ilədək /1206-1291/ hakimiyyətdə qalmışdır. Şəmsəddinin bir neçə oğlu olmasına baxma-ya¬raq, onlardan öz ağlı və fərasəti ilə seçilən qızı Rəziyyəni vəliəhd etmişdi. Rəziyyə hələ atasının sağlığında özünün əxlaqı və dərrakasi ilə öz qardaşlarından üstün olduğu üçün dövlətin sərənjam və işlərinə daxil olmuşdu. Atası¬nın vəfatından sonra, 634-jü ildə hökmranlıq taxtına əy¬ləş¬di. Özünün qadın libasını dəyişərək, əyninə qaba, başı¬na taj qoydu üzünə niqab bağladı. Bəziləri də deyirlər ki, atası İltutmuş vəfat etdikdən son¬ra, hökmranlıq onun oğlu Rüknəddin Firuz şahın ixti¬ya¬rına keçmişdi. Lakin yüngülxasiyyət olduğundan dövləti anası /Şah Türkan – H.T./ idarə etmiş, yeddi aydan sonra bu vəziyyəti düzgün saymayan əmirlər və əyanlar ona itaət etməyib, Rüknəddin Firuz şahı tutub həbs etmiş və bajısı Sultan Rəziyyəni onun yerinə taxta əyləşdirmişlər. Xülasə, Rəziyyənin hakimiyyəti zamanı dövlət əyanların¬dan ona düşmən olan bəzi qüvvələr əmələ gəlmiş və bir neçə dəfə hökmdarla onlar arasında müharibə baş ver¬mişdi. Bu döyüşdə Rəziyyə qalib gəlmişdi. Axırda onu tu¬tub, qalada həbs etdilər və Dehlidə hakimiyyət taxtına qar¬daşı Müizəddin əyləşdi. Bu hadisə hijri 635-ji /1237 aprel/ ilin ramazan ayında baş vermişdir. Sultan Rəziyyə 637-ji /1240/ ildə və yaxud 638-ji /1241/ ildə həbs olun¬duğu qaladan azad oldu və Dehli tərəfə getdi, o ətrafda apardağı döyüşdə məğlub oldu. ŞAHBAZ İran kübarlarından Şahbaz xan Dünbülinin qızıdır. Adı Sahibə Sultan olub, bilik ziynəti ilə bəzənmiş, xoş təbə malik idi. Aşağıda mərhum Fətəli şah Tabsərahın oğlu mərhum Həsənəli Mirzəni mədh edən rübaisi dərj olun¬muşdur: Tərjüməsi: Şahzadə Həsən jəsur və ordu məğlub edəndir, Xoşsimadır və şirin süxəndir, Şahənşah bağında sərvi-xuramandır, Şahanə gülşəndə yasəmən gülüdür. ŞAHJAHAN Bxopal məmləkətinin valisi olmuşdur. Hijri 1254-jü /1838/ ildə Bxopalın İslambəkirşah şəhərində anadan ol-muşdur. Hijri-qəməri 1263-jü /1847/ ildə atası vəfat et¬dik-dən sonra 9 yaşlı Şahjahan atasının yerinə həmin məm-ləkətin hökmdarı olmuşdur. Hökmdar olarkən məm-ləkətdə fars elmlərini, xəttatlığı və siyasət elmlərini niza-ma və qaydaya salmışdır. Şəvval ayının 9-u 1276-jı /1860, 1 may/ ildə, 22 yaşında dövləti idarə etməyi anası-nın ixtiyarına buraxıb, özü öhdəsində tiyul və xas torpaq-ları olan vilayətə getdi və bunlarla kifayətləndi. Hijri-qə-məri 1285-ji ilin şaban ayında /1868 noyabr/ yenidən öz taxtına qayıtdı. Müşarileyhənin İngilis dövlətinin yanında etibarı və nüfuzu böyük idi. O, bu dövlət tərəfindən ali dərəjəli Hind ulduzu nişanına və başqa mükafatlara layiq görülmüşdür. Deyilənə görə Hindistanda Şahjahan və Aləmgir padşa¬hın qızı Zibbünnisə Bəyimdən başqa heç bir qadın elm və fəzilət sahibi deyildi. Şahanjahan ritmli şeirlər yazırdı və bu şeirlər məşhur idi. Onlardan nümunə olaraq, bir neçə beyti ixtisarla veririk: Tərjüməsi: Qol-qanadını açsa toru qırar, Elə bir ov ki, ovçunun əlində qaça bilmir, Qədir bilməyən adam hər şeyi ujuz başa düşür. Əbəs yerə öz qədr-qiymətimi itirdim, Ürəyini sıxma, Şahjahan, bu məhəbbətdir, Yüz dəfə yaşasam da yenə ölüm arzularam. RÜBAİ Tərjüməsi: Bizim ulu, hədiyyəmizi başa düşdü, Bizim əməllərimiz onun hüzurundadır. Ajizlik padşahlarda qəbul olunur, Şahların yanında nazımı kim çəkər? ŞAH SULTAN Sultan şah bir neçə hörmətli Osmanlı xanımlarının adı¬dır. O jümlədən I Sultan Səlim xanın /hakimiyyət dövrü 1512-1520-ji illər – H.T./ qızıdır ki, Sədri-Əzəm Lütfi pa¬şa¬nın zövjəsi olmuşdur. Mərkəz Əfəndiyə meyli var idi. O, İstanbulda Davud paşa məhəlləsində bir Jame məs¬ji¬di və bir təkyə, xanəgah /dərvişlərin yaşadıqları və ibadət etdikləri yer – H.T./ tikdirmişdir. Sonralar bu xanəgahı mədrəsə etmişdir. «Səhayef əl-əxbar» yazır ki, Lütfi paşa jəsur, mərd adam idi və bu səbəbdən o, şah Sultan ilə nəzakətli rəftar edə bilmədiyindən, Sədri-Əzəm vəzifəsin¬dən uzaqlaşdırıldı və ər-arvad arasında təfriqə düşdü. Başqa bir Sultan şah isə Sultan Süleymanın qızıdır. O, İstanbuldakı Eyyub məhəlləsində Şah Sultan təkyəsini tik¬dirmişdir. «Tarixe Jövdət paşa» və «Səhayev əl-əx¬bar» kitabının 7-ji jildində deyilir ki, Sultan şah III Sultan Mustafa xanın qızının da adıdır. Adı çəkilən xanım kasıb¬lara yardım edir, kimsəsizlərə, xəstələrə əl tuturdu. O, bə¬zi xeyriyyəçi əməllər üçün bir sıra binalar tikdirmişdir. ŞƏJƏRƏDDÜRR Misirin hökmdarı olub, məşhur, müsəlman qadınların-dan¬dır. Kənizlikdən ali məqama yüksəlmişdir. Bu qadın türk mənşəli olmuşdur. Misirin tarixçiləri və digər tarixçilər onun haqqında məlumat vermişlər. Künyasi ümmi-Xəlildir. Onun Sultan Məlik Saleh Nəjməddin Əbu əl-fütuh Əy¬yubdan Xəlil adlı oğlu olmuşdur. Bu Xəlil uşaqlıqda, ki¬çik yaşlarında vəfat etmişdir. (19) Şəjərəddürrün əri Məlik Saleh Məlik Adil Seyfəddin Əbu Bəkrin qardaşıdır. Bu silsiləni kürdlər və Əyyubilər adlandırırlar. Əyyubilər müəyyən dövrdə /1171-1250/ Mi-sir, Şam, Yəmən və qeyri yerlərdə hakimiyyətdə olmuş şah¬lar sülaləsidir və onlar islam dünyasına böyük xid-mət¬lər etmişlər. Bu sülalənin banisi olmuş Sultan Səlahəd¬din Yusif bin Əyyubinin adı demək olar ki, islam tarixin¬dən əvvəl Avropa tarixində məlumdur. Şəjərəddürr türk Abdullanın qızıdır. Məlik Saleh onun gözəlliyinə vurularaq pulla almışdır. O tez bir zamanda əmin oldu ki, Şəjərəddürr gözəl olduğu qədər də çox ağıl¬lıdır və Xəlil adlı oğul dünyaya gətirdikdən sonra bu qadınla qanuni olaraq evlənmiş və onu Sultan arvadı elan etmişdir. Məlik Saleh jəmiyyət arasında daim onunla olur, onun¬la fəxr edir, onun ağıllı söhbətlərindən son dərəjə xoş¬lanırdı. Məlik Saleh əmisi oğlu tərəfindən əsir alındığı za¬man Şəjərəddürr onunla birlikdə Kərək qalasında qal-mış, onun çətin günlərində yanında olmuşdur. Məlik Sa-leh Misirdə sultan olarkən Şəjərrəddürr onunla getmiş, orada 6 yaşlı oğlunu itirmişdir. Şəjərəddürr 1249-ju ilə-dək, yəni ərinin ölüm gününədək onun yanında olmuşdur. Ağıllı sultan qadın, Dəmiyat fransızlar tərəfindən işğal olunduğu vaxt ərinin ölüm xəbərinin bir iğtişaşa səbəb ola biləjəyini başa düşürdü və dəfn mərasimini çox bajarıqla təşkil etmişdi. Onun həqiqət uğrunda apardığı mübari¬zə¬lərinin və müharibələrin şöhrətini söyləməyə ehtiyaj yox¬dur. Şəjərəddürrün əri Məlik Saleh Nəjməddin Əyyubun vəfatı ilə bu sülalə bitmişdir. Onların əsli İran əhalisin¬dən¬dir. Belə ki, «Həkkariyyə» firqəsi İran kürdlərindən ibarət¬dir. Sultan Səlahəddinin atası Əyyub və əmisi Şirkuh Azər¬bayjan əyalətindəndir. Şeyx Təqiəddin Müqərrizi deyir: «Hijri 647/1249-50-ji ildə prins Rivadın başçılıq etdiyi Fransa ordusu Dəmiyat şəhərində göründü, oranı zəbt edərək, ərazini işğal etdi. Məlik Saleh Nəjməddin Əyyub Əyyubi ki, o vaxt sultan idi və Dəməşqdə xəstə idi, o müdafiə məqsədilə Dəmiyat tərəfə hərəkət etdi. Eşmum Tənah adlanan yerə çatdıqda onun xəstəliyi şiddətləndi və o, vəfat etdi. Onun yanında olan Şəjərəddürr çox mərdanə tədbir gördü, diqqətlə səy göstərərək gizlijə onun dəfni ilə məşğul oldu. O bir nə-fərlə məktub göndərərək Turan şah bin Məlik Saleh Nəj-məddini «Hosne Keyf» qalasından çağırtdırdı. Özü Sulta¬nın ölüm xəbərinin xalqa çatdırılmasının qarşısını aldı və ordunu əvvəlki qaydasında hazırladı ki, vəliəhd təyin et¬diyi Turan şahın hüzurunda dursunlar. O, dövlətin bütün kargüzarlarını və bütün təbəqatını hər gün yığdı və sultan¬lıqda qayda yaratdı. Şəjərəddürr bütün hökm və əmirləri özü verməyə başladı, müqavilələri özü bağladı. Səltənətin bütün işlərini şəxsən özü idarə etməyə başladı. Əlbəttə, Turan şah gəlib çıxınja, Sultanın ölümü barədə heç kəsin dilindən bir söz eşidilmədi. Bu hadisədən uzaq-yaxın, heç kəs, heç nə bilmədi. Əgər Şəjərəddürr bu tədbiri gör¬mə¬sə idi, yəqin ki, müsəlmanların ordusu bütün Fransa ordu¬su tərəfindən ayaqlara düşüb məhv olajaqdı. Xülasə, elə ki, Turan şah Şəjərəddürrün məktubunu aldı və oxudu, majəradan xəbərdar oldu, ramazan ayının ortalarında atlı dəstələri ilə Hüsni-Keyfdən tərpəndi. Də-məş¬qə yetişən vaxt Dəməşq şəhərində Misir və Şam səl-tənətinin taxtına əyləşdi. Bu tarix doşənbə günü 27 ra-ma¬zan 647-ji hijri ilinə dəsadüf edir. /Miladi tarixlə 5 yanvar 1250-ji il/ o vaxt Dəməşq şəhərindən xarij olub, Salihiy¬yədə mənzil etdi və oradan Misir məlikliyinə tərəf hərəkət etdi, 21 zülqədədə Mənsurəyə yetişdi. O vaxtdan Şəjə¬rəddürr əyanları jəm edərək, hakimiyyəti o zaman Maliki-müəzzəm ləqəbi almış Turan şaha təqdim etdi. Lakin Ma¬liki-müəzzəm nalayiq işə başladı. O vaxt ordu və əsgərlər yerləşən Bəhriyyəyə qarşı hədə-qorxu gəldi. O, Şəjərəd¬dürr ilə arzu edilən rəftara xilaf çıxaraq, fransızlar üzərin¬də qələbəni təkjə öz adına çıxardı. Onu hədələdi. Atası¬nın mal, pul və dövlətini ondan tələb etdi. Nətijədə Şəjə¬rəddürrün səbri tükəndi. Turan şah öz jəzasını aldı. O, Şə¬jərəddürrün əsgərləri tərəfindən öldürüldü. Şəjərəd¬dürr Misir və Şam səltənətlərinin şahlıq taxtına əyləşdi. Xülasə, bu vaqiə belədir ki, Sultan Məlik Saleh Nəj-məd¬din Əyyub Goruhi məmlüklərdən ibarət öz nizami or-dusu¬nu son dərəjə yaxşı saxlamış, onları öz dövlətinə daxil edib, başqa təbəqələrdən olan nökərlərindən daha yaxşı nəzərə almış və onların adını «Bəhriyyə» qoy¬muş-du. Fransızlar üzərində qələbə də məhz məmlüklərin he-sabına qazanılmışdı. Onların hamısı türk nəslindən olmuş¬lar. Bunlar həmin jəmiyyətdir ki, Kordiyə sülaləsindən /Əyyubilər şəjərəsi/ sonra Misir səltənətini ələ keçirdilər. Məmlüklər dövləti həmin «bəhriyyədən» ibarətdir, bu jə¬hət¬dən, deməli türklərdir. Məlik Saleh Nəjməddin Əyyub Misir əyanlarının təhriki ilə qardaşı Məlik Adili taxtdan salıb, səltənəti onun əlindən almağa jəhd etdi, lakin or¬dusu dağıldığından baş tutmadı. Bütün ordu və kömək da¬ğıldı. Jəmi 80 nəfər qulamlar, türk mənşəli qullar və aristokrat müdrik adamlar qalmışdı ki, bunların da miqdarı 20 nəfərə çatırdı, bu 100 adam Nəjməddin Şəjərəddürr ilə Kərək qalasında məhbuz olarkən, Kərəkdə idilər və öz ağalarının yanından ayrılmırdılar və salamat idilər. Bu zaman tale Nəjməddin Əyyubun üzünə güldü və həbs¬dən xilas oldu. Həmin tarixdən bu vəfadarlıq və duz-çörə¬yə sədaqət sübuta yetdi. Öz səltənətində onları himayə¬sinə götürdü, onların sayı gün-gündən çoxaldı. Onları xü¬susi olaraq özünün səmimi dostu hesab etdi. Dövlətin mər¬kəzi Jəbəl qalasından Rövzə qalasına köçdüyü za¬man bu dəstəni də qalanın daxilində yerləşdirdi, onlara «bəh¬riyyə» adını verdi. Məliki-müəzzəm Turan şah ibn Məlik Saleh Əyyub Mən¬surədə təşkil etdiyi ordu ilə gəldi və dövləti əlinə al-dıqdan sonra öz kobud və nalayiq hərəkətlərinə başladı. Hakimiyyətdə olan adamları qorxu içində hədələyərək, bütün qələbəni öz adına çıxardı. O jümlədən Şəjərəd-dürrü hədələyirdi. Şəjərəddürr kübar və əmirlərlə ona məktub qöndərərək yazırdı: «Siz gördünüz ki, mən öz hə¬yat yoldaşım öləndən sonra işləri əlimə nejə aldım. Gənj dövlətin bütün problemlərini nejə həll edib, onu çətinlik¬dən qurtardım. Bütün bunların əvəzinə məni qorxutmaq, ləkələmək gördüyüm işlərə layiq deyil. Bu hal mənə qarşı hər gün baş verir». Bu Xatunun öhdəsində olan, onunla həmrəy, həmməslək olan, vəfat etmiş öz xaqanına, məli¬ki¬nə qul olan, sədaqətli olan məmlüklər jəmiyyəti bu və¬ziy¬yətə qəti etiraz edirlər. Onlar bir yerə yığışaraq danışıq aparmış və 648-ji il məhərrəm ayının 29-da, /1250-ji il 4 may/ Məliki-müəzzəm Turan şah ibn Əyyubu qətlə ye¬tirmiş¬dilər. Onun qətli ilə də Misirdə Əyyubilər sülaləsi ha¬ki¬¬miy¬¬yətinə son qoyuldu. Bu sülalə 81 il 70 gün, 80 nəfər şahla Misirdə hakimiyyətdə olmuşdur. Məlik Saleh Nəj¬məddin Əyyubun, oğlu Turan şah Məliki-müəzzəmin pad¬şahlığı 4 ay bir gün sürmüşdü. Turan şahı qətlə yetirən Bəhriyyə məmlükləri Şə¬jə-rəd¬dürrü padşahlıq taxtına əyləşdirdilər və Misirin bütün Məlikləri onun adına xütbə oxudular və sikkə kəsdilər. Sikkənin üzərində «Valideye Xəlil» sözləri də yazılmışdır. Hətta əmrlə, hökmlər və fərmanlar dövlət tərəfindən bu adla verilirdi: Valideye Xəlil. Məmlük döyüşçüləri qanlı döyüşlər apararaq fransız-la¬rı məğlub etdikləri vaxt jəsurluq göstərdilər. Döyüş nə¬ti-jəsində Dəmiyat şəhərini fransızlardan aldılar. Onlara əsir düşmüş Fransa kralını azad etməklə də əvəzində Ri-vad şahzadəsindən alınan 40 min dinar məmlüklərə çatdı. Müsəlmanların ordusu səfər ayının 9-da Mənsurədən hərəkət etdi və Qahirəyə üz tutdu, Səfər ayının 13-də Şə-jərəddürrü görkəmli hərbiçilər və dövlətin əyanları ziyarət etdilər. Onlar şaha sədaqət andı içdikdən sonra Şəjərəd-dürr onlara qiymətli hədiyyələr, fəxri qeyim və adlar, xeyli pul və mal verdi. Deyilənə görə o, şahlığı dövrün hakim kişi sultanlarından da bajarıqla idarə edirdi. Lakin elə oldu ki, onun sultanlıq xəbəri Şamata /Suriyə- H.T./ çatdı, oranın əhalisi bunu qəti olaraq rədd etdi. Bu səbəbdən Şam ilə Misir arasında narazılıq yarandı. Şamlılar Hələ-bin sahibi Məlik Nasir Səlahəddin Yusif ibn Əzizi ça¬ğırt-dırdılar. Həmçinin Abbasi xəlifəsi Müstəsim /1242-1258/ Bağdaddan həmin məlikə fərman göndərdi ki, bu nə dü-şünülməmiş qərardı? Və bir zəif ağıla malik qadını mü-səl¬manların böyük bir məmləkətinə padşah təyin etmisiniz? Bu xəbərlərə baxmayaraq məmlük əmirləri yenə də Şə¬jərəddürrə və çox mötəbər ali komandan İzzəddin Aybək Türkman Salehiyə etimad göstərməkdə davam edirdilər. Müxalifət olan Şam əhalisinin etiraz xəbəri və xəlifənin İraqdan göndərdiyi məzəmməti Misirə çatan kimi bütün Misir ordusu da Xəlilin anası İsmətəddin Şəjərəddürr döv¬lətinin müdafiəsinə hazır oldular. Müşarileyhə yuxa¬rıda adı çəkilən Əmir İzzəddin Aybəkə ərə getməklə döv¬ləti, öz hakimiyyətini onun ixtiyarına verdi. Misir diyarında onun müstəqil hakimiyyəti dövrü 80 gün oldu. Tarixi mən¬bələr göstərir ki, Şəjərəddürr şahlığı müasiri olduğu kişi hökmdarlardan da yaxşı idarə etmişdir. O, öz məmlükləri ilə türkjə danışırdı. Bir dəfə Aybək bir neçə Bəhriyyə məmlükünü həbs edərkən, onlardan Aytəkin adlı məmlük Şəjərəddürrün yanından keçərkən, heç kəs başa düşmə¬sin deyə türk dilində demişdi: «Mən sizin qulunuz baş¬maq¬çı Aytəkinəm. Allaha and olsun ki, biz heç bir günahı¬mız olmadan həbs olunmuşuq. Biz sizin də, mərhum əri¬niz Məlik Salehin də mərhəmətini görmüşük və Aybəkin Mosul hakiminin qızına nişanlanmasına öz etirazımızı bildirmişik. Ona görə də həbs olunmuşuq, İndi bizi zin-dana aparırlar». Şəjərəddürr qula yaylığ göstərməklə onun dediklərini eşitdiyini bildirdi. Qul yeraltı zindana enə¬rək səsləndi: «O bizi həbs etdi, biz isə onu öldürdük». Etimadddüssəltənə yazır: Şəjərəddürr İzzəddin Aybə-kə 648-ji il rəbiülaxir ayında /1250, iyul/ əl-Məlik əl-Müəzz fəxri adı verərək müşayiətçilərlə böyük təntənə ilə pad-şahlıq taxtına əyləşdirdilər. Bununla Misir türk məm-lüklərinin ilk dövələti yarandı və Aybək 7 ilə yaxın səl¬tə-nə¬ti idarə etdi. Həmin müddətdə məmlüklərin çoxunu rəzil etdi, jəmiyyəti pərakəndə saldı. Hər ikisi igid, qüdrətli məmlüklərdən olan və hər ikisi sonralar hakimiyyətdə ol-muş Qlaven və Beybərs Aybəkin xofundan Şam şəhərinə qaçdılar. Bir çox hərbi hissə onun zülmü və qaniçənliyi nə¬tijəsində məhv edildi. Axırda Şəjərəddürr onun qətlinə fərman verməyi qərara aldı və 655-ji ilini rəbiüləvvəl ayı¬nın 24-də /1257-ji il 11 aprel/, çərşənbə günü hamamda öldürüldü. Bəziləri söyləyirlər ki, Aybəkin qətlini təşkil edən Şəjərəddürr qısqanjlıq üzündən belə etmişdir. Güya ona xəbər verirlər ki, Aybək Mosulun hakimi Bəd¬rəddin Lulunun qızı ilə nişanlanmışdır və onunla evlən¬mək əzmindədir. Şəjərəddürr bu xəbəri qeyrətinə sığış¬dır¬madığı üçün həyajanlanmış, bir gün Aybək çovkən oyu¬nundan qayıdaraq hamamda yuyunarkən Şəjərəd¬dürr bu zaman Möhsün Təvaşinin saray xajəsi /qulamı/ olan Sənjər Jüjəri ilə bütün xidmətçiləri hamama gön¬dərmiş və onlar Aybəki orada qətlə yetirmişlər. Həmin gejə ərini qətlə yetirən Şəjərəddürr Aybəkin üzük taxıl¬mış barmağını görkəmli əmirlərdən biri olan İzzəddin Hə¬ləbiyə göndərərək ona Misir sultanlığını idarə etməsini təklif etdi. Lakin İzzəddin bu addımı atmağa jəsarət et¬mə¬di və bu xəbər dilə düşərək yayıldıqdan sonra Müəz¬zəddin Aybəkin məmlükləri Aybəkin qatili Şəjərəddürrü öldürmək istədilər. Salihiyə məmlükləri Şəjərəddürrün keçmiş əri Məlik Saleh Nəjməddin Əyyubun tərəfdarları İz¬zəddin Hələbini müdafiəyə qalxdılar. Lakin Aybəkin məm¬lükləri Aybəkin oğlu Nurəddin Əlini atasının yerinə səltənətə hökmdar təyin etdilər və ona Məlikül-Mənsur lə¬qəbi verdilər. Bu zaman onun 15 yaşı var idi Şəjərəd-dürrü Darüssəltənədən Bürji-Əhmərə göndərdilər. Müəz-zəd¬din Aybəkin qətlində Şəjərəddürrlə əlbir olmuş qulları dara çəkdilər və qətldə onların başçısı olmuş Sənjər Jöv-həri isə qaçdı. Bir müddət keçdikdən sonra o da ələ keçdi və digərləri kimi dar ağajından asıldı. Şəjərəddürrün və-ziri olmuş Bəhaəddin Əli ibn Jünanın evini isə dövlət gö-zətçilərinə tapşırdılar və öz xətti ilə yazdıraraq, ondan 60 min dinar aldılar. Bir müddət sonra Aybək Müəzzəd-dinin məmlükləri birləşərək, Məlik Mənsur Əli ibn Aybəkin başçı və Atabəy təyin etdiyi Elməddin Sənjər Çələbini tutdular və onun yerinə Oktay müstəərəb Salehini Atabəy təyin etdilər. Həmin 655-ji il rəbiülaxırın 16-da /1257, 3 may/ Şəjərəddürr qətlə yetirildi. Onun jəsədi Bürji-Əh¬mərdən bayıra atıldı. Sonra onu öz sağlığında tikdirdiyi məzarında torpağa tapşırdılar. (20) ŞƏRAHƏ Şərahə yaxud Səraqə Həmədan qəbiləsindən olan bir qadındır. O, Həzrəti-Əmirəlmöminin Əli Əleyhissəlamın hü¬zurunda öz zinakarlığını etiraf etmiş və daşqalaq olun¬muşdur. Şərahə mühəddis idi və Ümsəhlə ləqəbli idi. ŞƏRƏF XANIM Fətinin (21) təzkirəsində olan məlumata görə mətbu divanı olan Şərəf xanım kitabxana sahibi və üləma şair-lərdən Şeyxulislam Aşir əfəndi nəslindən olan Nəbil bəyin qızıdır. Müşarileyhə ədibə şairələrdən olub, münajatı Fətin «Təzkirə»sinə daxil edilmişdir. Münajat aşağıdakı kimidir: Ya İlahi, deyiləm müstəhəqq, ehsan eylə, Kərəmü lütfini həqqimdə firavan eylə. Nətü mərsiyə, münajatü sitayişləri, Səbəbi-məğfərət et, zivəri-divan eylə. Anlayım nikü bədi, xeyrü şəri biljümlə, Bildirib elmlərin sirrini irfan eylə. Jümlə ərbabi-kəmalın nəzərindən dilərəm, Nə qədər var isə, nöqsanımı pünhan eylə. Vəznü mənadən əgər olsa da ari şərəfin, Şerini müntəxəbi-həzrəti-həssan eylə. Həqiqətən başqalarından seçilən bu qadının mərsiyə¬ləri divan halında toplanmış, İstanbulda çap olunmuşdur. Şərəf xanımın təvəllüd tarixi 1224-jü /1809/ ilə təsadüf edir. ŞƏRİFƏ XANIM Lubin (22) əyalətindən olub, kişi hünərli, jəsur, qoçaq və şüjaətli bir qadın idi. Bu şüjaət ona şöhrət gətirmişdir. Belə ki, onun haqqında yazılı mənbələr də məlümat verir. Deyirlər ki, bu qadın Lubin istila olunan zaman baş ver¬miş döyüşlərdə qəhrəmanlıq göstərmiş, jəsur kişilər kimi döyüş meydanına girərək, bir neçə düşməni öz əli ilə qət¬lə yetirmişdir. Bu hünərə görə Osmanlı dövləti onu ölkə¬nin «Məjidiyyə» nişanı ilə təltif etmiş, çoxlu ənam bağış¬lamışdır. Bu hadisə 1293-jü ilin 22 şəvvalında /1876, 11 noyabr/ baş vermişdir. ŞƏHRƏBANU XANIM Kirman hakimi mərhum Əmiri-müəzzəm Məhəmməd İbrahim xan Zəhirüddövlə Qajarqovanlının qızıdır. Şö¬kü-hüs¬səltənənin anasıdır. Zəhirüddövlənin bu qızı onun Bəs¬tamlı qadınla izdivajından dünyaya gəlmişdir. O, Bəsta¬mın zadəgan ailəsindəndir. Ərəb tayfalarındandır. Şəhrəbanu xanım çox böyük hörmət sahibi, şöhrətli alim bir qadın olmuşdur və möminlik, xeyriyyəçilik işlə¬rin-də daha çox ad qazanmışdır. ŞƏKƏRPARƏ Şəkərparə Sultan İbrahim Osmani ilə dost və qarşılıqlı münasibətdə olan qadınlardan biridir ki, Sultan üçün das¬tan söyləyərdi. Sonra öz həddini keçib dövlət işlərinə mü¬daxilə etdi, vasitəçi olub adamlardan rüşvətlər aldı. Get-gedə mətləb aşkar oldu. Əvvəl onun anası Məhdülya Kusəm xəbərdar və tənbeh edildi. Sonra məsələ Sultana gedib çatdı. Onun şəhərdən çıxarılması haqda hökm ve¬rildi. Jəmadüləvvəlin 3-ü, 1058-ji ildə /27 may, 1648/ Şə-kər¬parəni qəflətən tutdular və bir qayığa qoyub, Saqqız ada¬sına apardılar. Oradan İbrimə sürgün elədilər. Deyirlər Əhməd Ağa adlı bir məmur onu ölkədən çıxararaq, həmin yerə çatdırmışdır. Şəkərparə qəflətən tutulduğu üçün yanında pulu ol-mamış və Əhməd Ağaya bu barədə dedikdə o, 600 ağça ona pul vermişdir. Şəkərparə həmin pullara baxıb Sevin-diyindən Əhməd Ağanın ətəyini öpmüş və hər ikisi ağla-mışdı. Beləliklə, Şəkərparənin uzaqlaşdırılaraq sürgün olun¬ması barədə əmr verildikdən sonra əmlakı bütünlüklə mü¬sadirə edilərək zəbt olunmuşdur. Onun Xani-Validədə /İs¬tanbulda karvansara adıdır/ bir otaqda 16 sandıq var-döv¬ləti aşkar edildi ki, hamısı jəvahir və qızıl-gümüşlə dolu idi. Şəkərparənin evindən də 250 kisə nəqd pul və müxtə¬lif mallar aşkar edib götürdülər. Bütün bunların hamısını Sultan İbrahimin hüzuruna apardıqda, Sultan bunları gö¬rüb, çox təəjjübləndi, və dedi: «Ay kafir, mənim yanımda and içirsən ki, şam yeməyimə pulum yoxdur, gör nə edir¬sən? Bütün bunların hamısı mənim malımdır». ŞİŞƏD Məhəmməd ibn Şeyx Əli ət-Türkmaninin qızıdır ki, hə¬dis elmində məharətli olub, Abdulla ibn Əli əs-Sinhajini din¬ləmiş, onun yanında hədis elmini öyrənmişdir. İbn Hə¬jərin «Ənba» əsərində onun adı çəkilmişdir. O, h.q. 787-ji /1385/86/ ildə vəfat etmişdir. ŞÜKUHÜSSƏLTƏNƏ Əlahəzrət Sahibqran Nəszəddin şah Qajarın xanımı, mərhum Şahzadə Fətulla Mirzə ibn Fətəli şah Şüaüs-səltənənin qızıdır. O, vəliəhd (sonra şah) Müzəffərəddin Mir¬zənin anasıdır. Şükuhüssəltənə dövrünün ləyaqətli, nü¬fuz qazanmış xanımlarından idi. Onun anası Kirman əya¬¬lətinin hakimi İbrahim xan Zəhirüddövlənin qızı mər-hu¬mə Şəhribanu xanımdır. İbrahim xan isə həm ata, həm də ana tərəfdən Qajarlar nəslindən olub, Qovanlu, yaxud Qo¬yunlu tayfasındandır. Şükuhüssəltənə əzəmətin, paklığın, müqəddəsliyin və möminliyin yüksək məqamına çatmışdı. Onun məqsədi yal¬nız xeyirxah işlər görmək olmuşdur. Xeyriyyəçi qadın olan Şükuhüssəltənənin söylədiyi rəvayətlər, əhvalatlar məsum imamlar və övliyaların fəziləti haqqındadır. TAJLI XANIM (5) Yuxarıda göstərdiyimiz kimi Şah İsmayıl Səfəvinin məh¬bubəsi olmuş, Çaldıran müharibəsində qaçarkən Mə¬sih Paşazadəyə əsir düşmüş, lakin öz qiymətli yaqut sır¬qalarını verərək xilas olmuşdur. TAVUS XANIM Mərhumi-məğfur Xaqan Fətəli şahın zövjələrindən olub, son dərəjə ağıllı idi. O qədər hörmət və ehtirama layiq idi ki, Xaqan ona Tajüddövlə ləqəbini vermişdi. Mərhum şahzadə Mahmud Mirzə ibn Xaqan özünün «Noqle məjlis» təzkirəsində başqa şairlərin tərjüməyi-hal¬ları ilə yanaşı Tajüddövlənin lətafətli təbindən bəhs et¬miş, onun şeirlərindən nümunələr vermişdir. Onun qə-lə¬mindən çıxmış aşağıdaki sözlər Tavus xanıma ünvan-lan¬mışdır: «Tajüddövlə həmin qadındır ki, öz ujalığı ilə Zöhrəni və Müştərini heyran etmişdir. Huriləri xəjalət pərdəsində qoymuşdur. Onun tale ulduzu qöydəki Ayı nura qərq etmişdir və bəxt ulduzu Günəşə işıq verir. Əsli ismət şəkəristanı və namus gülüstanı olan Darüs¬səl¬təneyi-İsfahandandır, o yerin zadəgan ailəsindəndir. Qibleyi-aləm iki il bundan əvvəl Darülxülafeyi-Tehranda məhz onun üçün bir imarət tikdirmişdir. Bunun üçün xeyli xərj qoyulmuş, hündür eyvanlı, həyətli ali bir bina tikil¬miş¬dir. Bütün insanların anası Həvvanın zamanından ta bu¬gü¬nə¬dək bu xoşəhval, xoşbəxt doğulmuş qadın kimi mü¬qəd¬dəs, ləyaqətli insanı göz görməyibdir, qulaq eşit¬mə¬yib¬dir. Mən onun haqqında, həm böyük məjlisdə şah¬zadə xanımlardan bəhs edərkən, həm də hökmdarların qa-dınlarından bəhs edən fəsildə məlumat vermişəm. Ta-jüddövlə mənim diqqətimi nəzm və nəsri ilə, xoş xətti ilə jəlb etmişdir». Fətəli şahın oğlu Sultan Əhməd mirzə İzədüddövlə də Tajüddövlənin əzəmət və vüsətindən, ağıl və kamalın-dan, eləjə də şahın ona münasibətindən bəhs edərək belə yazmışdır: «Fətəli şahın vəziri, «Nişat» təxəllüslü Mö¬təmədüddövlə Mirzə Əbdülvahab İsfahani Tavus xa-nıma həm atalıq etmişdir, həm də onun müəllimi olmuş-dur. Vəzir Mötəmədüddövlə ilə Tavus xanımın qarşılıqlı eh¬tiramı, bu xanımın hərəmxana və xidmətçilərin yanında olan nüfuzunu daha da artırırdı. Tavus xanım Fətəli şahın saray adamları və hərəmləri arasında hörmət və böyük nüfuz qazandıqdan sonra şah ona Tajüddövlə ləqəbini verdi və çox qiymətli daş-qaşla bəzənmiş ətir qabı hə¬diyyə etdi». Bu həmin ətir qabı idi ki, Rus imperatriçəsi Xa¬qanın mötəbər zövjələrindən biri olan, şuşalı İbrahim xanın qızı Ağabajı üçün hədiyyə göndərmişdi. Bu xanım haqqında «Xeyrati hesan»ın «əlif» hərfində yazılmışdır. Bu qiymətli əşyanın üstündə çox böyük zümrüd dənəsi var idi. Ətrafı bir jərgə çox qiymətli almaz daşı ilə bəzən¬miş və iki zərif qızıl zənjiri var idi. Həzrəti-Xaqan bu qiy¬mətli hədiyyəni 8 min tümənə aldı. Şah bu hədiyyəni Tajüddövləyə təqdim etmək üçün fərman vermiş və sə¬xa¬vət göstərərək onu yazan və təqdim edən vəzir Mirzə Əbdülvahaba 15 min tümən bağışlamışdı. Vəzir hədiyyəni Tajüddövləyə təqdim edərkən bu iki beyti də ona həsr edə¬rək demişdir:. Tərjüməsi: Tajüddövləyə şah titulu verdiyim üçün, Ayın tajının altından keçdim. Bəxt həmişə onun üzünə gülsün, Öz kölgəsindən başqa qeyrisi də ona yar olsun. Tajüddövlə sarayda böyük nüfuza malik olduğu üçün hərəmxanadan əlavə fərraşxana, fövlə və xəzinə də onun nəzarətində idi. Ona bir neçə nüfuzlu qadın kömək edirdi. Mərhum Mirzə Əsədullanın oğlu, mərhum Mirzə Ağa xan Sədrəzəm Nurinin qardaşı Mirzə Hüseyn Tajüddövlənin xariji işlər üzrə vəziri idi. Şahzadə İrəj Mirzənin zövjəsi daxili işlərdə məjul idi. Jəfər xan Zəndin qızı Fətəli şa¬hın mötəbər zövjələrindən biri olan və mərhum Ağa Mə¬həm¬məd şah Qajarın hakimiyyət zamanı Çiraqəli xan Nəvai¬yə ərə getmiş, yüz il yaşamış bu qadın da Ta¬jüd¬dövlənin yanında çalışmışdır. Mərhum Hajı Molla Saleh müjtəhid Borağanının bibisi olan Mirzə Mahşərəf «Münşiyə» təxəllüs idi və o, risalələr və mərsiyələr yazırdı. Hüsni bəy adlı bir xanım sarayda geyim məsələlərinə baxır, onları gözəl, yaraşıqlı libaslarla təmin edirdi. Fətəli şah Xaqanın çox sevdiyi zövjəsi Tajüddövləyə göstərdiyi mərhəmətlərdən biri, onun Novruzun birinji günündən on üçünjü gününədək keçirdiyi tədbirlərə ya-rat¬dığı imkan idi. Bayram günləri hərəmxana əhli və Teh-randa yaşayan şahzadələrin ailələrinin bütün üzvləri Ta-jüddövlənin qonağı olurdular və on üç gejə-gündüzü çox şən keçirirdilər. Tajüddövlənin kürəkəni, Şəmsüddövlənin əri Mirzə Əli¬məhəmməd xan Nizamüddövlə deyir ki, bir gün Tajüd-dövlənin qiymətli daşlarla bəzədilmiş otağına daxil oldum. Burada hər yer, taxt üzərindəki yastıqlar, mütəkkələr, pər¬dələr bütünlüklə mirvarilərlə bəzədilmişdi, heyrətimdən do¬nub qaldım. Tavus xanımın (Tajüddövlənin) qiymətli daş-qaşla bə-zədilmiş məşhur taxtı əvvəllər təxti-Xurşid adlanırdı. Fətəli şahın mərhum oğlu şahzadə Süjaüssəltənə bu taxtı Teh¬ran hakimi olarkən, Tajüddövlə üçün hazırlamağı tap¬şır¬mış və toy gejəsi həmin taxt Xaqan üçün ayrılmış və Təx¬ti-Tavus kimi məşhur olmuşdur. Tajüddövlə şahın hörmətini qazanmış, onun yanında nüfuz sahibi idi. Şahin göstərişi ilə memarbaşı Abdulla xan şaha məxsus olan yerdə Tajüddövlə üçün imarət tik-mişdi və hərəmxana əhlindən heç kim o imarətdə ol¬mur-du. Musiqiçi Ağa Məhəmməd Rzanın qızı, Şahverdi xan lə¬qəbli bu qadın ustad musiqiçi və öz atasının şagirdi ol-muşdur. Yari-şah ləqəbli Bəyim Rüstəmbadi və bir neçə xanəndə və musiqiçi qız qiymətli qaşlarla bəzədilmiş li-bas¬¬da Tajüddövlənin xidmətində idilər. Tajüddövlə Mirzə Əbdülvahab Nişatdan aldığı tərbiyə sayəsində həmişə Xa¬qanın (Fətəli şahın) diqqətində olurdu. O və oğlu Sull-tan Əhməd Mirzə İmamzadə Qasım yaylağında vəba xəs-təliyinə mübtəla olduqları zaman mərhum Fətəli şah on-ların yanına gəlmişdi. Sultan Əhməd Mirzə həmin xəs-təlikdən vəfat etmiş, Tajüddövlə isə sağalmışdı. Xaqan bu münasibətlə ona başsağlığı məktubu yazmış və mək-tubda buyurmuşdur: Tərjüməsi: Hər kəsin bir şeyi sınarsa bəla ondan ötüşər, Nə yaxşı ki, qədəh sınmaqla bəla səndən ötdü. Tajüddövlə belə javab vermişdir: Tərjüməsi: Əgər ziyafət zamanı qiymətli, bir qədəh sınsa nə qəm, Taki Saqının başı sağ, dövlət başçısının var-dövləti yerində olsun. Tajüddövlənin xeyli şeirləri vardır, bu şeirlər onun gözəl təbə sahib olduğunu göstərir. O deyir: Tərjüməsi: Külək sənin yaşadığın küçədən keçə bilməz, Bəs mənim ürək sözümü kim çatdırsın? Səbr etməklə nə vaxtadək öz ürəyimi aldadım? Daha biçarə ürək səbr edə bilmir. Və yaxud: Tərjüməsi: Sənin torunda əsir olan quş, Artıq çəmənliyə həvəs göstərməz. Və yaxud: Tərjüməsi: Çoxları sənin intizarındadır, Bəlkə lütf edib görünəsən? TEYYİBƏ Mərhum Fətəli şah Xaqanın üçünjü qızı, Fars vila¬yə-tinin fərmanfərması mərhum Huseynəli Mirzənin doğma bajısıdır. «Noqli-məjlis» təzkirəsinin müəllifi, mərhum Mah¬mud Mirzə həmin əsərində yazır: Müşarileyhə gözəl xətlə yazmağı öyrənmiş, gözəl, yax¬şı şeirlər yazırdı. Həzrət Xaqan onu Süleyman xanın oğlu Əmir Məhəmməd Qasım xanın himayəsinə verərək, Şamaxıya göndərmişdi. İndi iyirmi ildir ki, orada sakindir və mövizə, nəsihətlər və mərsiyələr yazır. Onun Xosrə-viyə yazdığı iki qəzəlindən bir neçə beyti dərj edirəm. Bu iki-üç-şeir onundur: Tərjüməsi: Unutduğundan mənim ürəyimin dərdini bilmirsən, Sənin əlindən Əmirin dərgahına şikayət edəjəyəm. Tərjüməsi: Həkim gəldi mənim qəlbimin əlajında ajiz oldu, Məgər qəlbimin dərdinə təbib əlaj edə bilər ? Tərjüməsi: Xəjalətimdən aya və günə dönmüşəm, Şahın ən həqir kəniziyəm. TƏRXAN XƏDİJƏ SULTAN Osmanlı sultanı Sultan İbrahim xanın zövjələrindən olub, IV Sultan Məhəmmədin anasıdır. İstambuldakı Yen¬gi Jamenin sahibidir, bu məsjidi vəqf etmişdir. İbrahim xanın anası Mahpeykər sultan tərəfindən əsası qoyulmuş və vəfat etdiyindən yarımçıq qalmış çameyi-şərifi də Xədi¬jə Sultan tamamlamışdır. Onun xeyriyyəçiliyinin nətijə¬sində bir sıra binalar, o jümlədən məktəb, su ambarları, kəh¬rizlər və başqaları tikilmişdir. Özü üçün hündür bir məq¬bərə də tikdirmişdir. Bu qadının xeyriyyəçiliyi və eh¬sanları dildə-ağızda dolaşırdı və onu bu əməllərin davam¬çısı bilirdilər. Ona görə ki, IV Sultan Məhəmməd xan Os¬manlı səltənətinə başçılıq edərkən Mahpeykər Sultan, Sultan İbrahim xanın anası sağ idi, Xədijə Sultana vali¬deyi-Kuçek /Kiçik Ana/ deyirdilər. Valideyi-Küçek 1094-jü (1683) ildə vəfat etmişdir. TUTİ QADIN O, Osmanlı sultanı Sultan Süleymanın sarayının saki¬ni, şair təbiətli, gözəl nitqə malik olmuşdur. Mərhum Sull¬tan onu şair Baqi əfəndiyə nigah etmiş, Baqi əfəndinin dostlarından biri mübarəkbadlıq edərək söyləmişdir ki, Tuti ilə həmdəm oldunuz. Bununla əlaqədar olaraq ərlə-arvad arasında xoş məzmunlu, mənalı beytləşmə /tuti-qar¬ğa/ olmuşdur: /Rzaəddin ibn Fəxrəddin/ «Məşhur xa¬tunlar» əsərində yazır: «Tutiyə müqari oldunuz !... deyə ni¬gahlarını təbrik etdikdə Baqi də: «Pək uçurma! Tuti de¬yil, qarğadır» demiş. Tuti isə bundan xəbərdar olduqda: Qəflətən olmuş ikən Tuti qurabə (29) həmnişin, Yenə şikvayi-ğurab edər, ğurabət bundadır - demişdir. (30) TÜRKAN XATUN Sultan Jəlaləddin Xarəzmşahinin qızıdır. Hijri 657-ji /1259/ ildə hülakü xan Şamı zəbt etdikdən sonra Mosul hakimi Bədrəddin Lulonu əfv etdi və kənarlaşdıraraq, onun oğlu Məlik Salehi Mosul əsgərlərinin başçısı qoydu və öz ordusuna birləşdirdi. Mosullular hülakü xana tabe oldular. Bu zaman Sultan Jəlaləddinin qızı Bədrəddin Lulonun oğlu Məlik Salehə ərə verildi. TÜRKAN MƏLƏKİ Sultan şah ibn El Arslanın anasıdır. Sultan şah Xa-rəzmşah sülaləsindən olmuşdur. Məlumdur ki, Sultan şa¬hın Təkəş xan adlı bir qardaşı var idi ki, bunlar bir anadan deyildilər. O, Jənd vilayətinin hökmdarı idi. El Arslan və¬fat etdikdə Sultan şah Xarəzmdə atasının yerinə əyləşdi və özündən böyük qardaşına etina etmədi. Bu səbəbdən onların arasında müharibə başlandı. Sultan şah bir neçə dəfə Təkəş xan tərəfindən məğlub edildi. İş sülhlə ta¬mam¬landı və Xorasanın bir sıra şəhərləri Sultan şaha tabe oldu. Sultan şah hijri 585-ji /1189/ ildə vəfat edən¬dən sonra onun məmləkətinə də Təkəş xan yiyələndi. Çox keçmədi ki, Türkan Mələki də Təkəş xanın hökmü ilə qətlə yetirildi. ÜMMƏTULLAH İstanbuldan olan bir qadındır ki, ədəbiyyatda məharəti və ilahiyyatdan söhbətləri vardır. Mürəttib bir divanı ol¬muş¬dur və o, Ümmətullah adı ilə məşhurdur. Şeirlərini «Sidqi» imzası ilə yazırdı. O, IV Sultan Məhəmməd xanın müasiri, Qamətizadənin qızı olmuşdur. O, 1115-ji /1703/ ildə vəfat etmişdir. Aşağıdakı iki beyt onun təbindəndir: Həftə keçməz kuyinə mehman edən sənsin bəni, Bəlkə hər şəb sübhədək nalan edən sənsin bəni. Dəsti-tədbir eylə, çak olsunmu damən fəraq, Afitabi-hüsnünə heyran edən sənsin bəni. Əlavə bax: /Rzaəddin ibn Fəxrəddin, Məşhur xatunlar, s. 21/. ÜMMƏTULLAH Bursanın mötəbər xanımlarından olub, məşhur Xəraj-çiza¬də nəslindən şairə qadındır. Əjdadlarından ona çat-mış vəqflərə qəyyumluq hüququ vardır və bu sənədləri başqasına etibar etməyərək özü yazmışdır. Hijri 1220-ji il /1805/ hadisəsindən bəhs edən tarixlərdə onun tarixin-dən danışılır. ÜMMƏTULLAH Ümmətullah kimi məşhur olan, Gülnuş və ya, Gülsüm, IV Sultan Məhəmməd xanın zövjəsi, III Sultan Əhməd xanın və II Sultan Mustafa xanın anasıdır. Ona «Jədid validə» deyirdilər. Anası Nurbanu xatun Qəltədə Yengi Jameni tikdirmiş və orada özü üçün düzəltdirdiyi məxsusi məqbərədə dəfn olunmuşdur. Nurbanu xatunun şərhi-halı diqqətə layiqdir. Ümmətullah bint Əbubəkr və Ümmə¬tul¬lah bint Rəziyyə Məhəmməd tərəfdarlarındandır və Üm¬mət ərəbjə jariyyə /xidmətçi/ deməkdir. ÜMMİ SULTAN Sultan Şaban Misirdə hakimiyətdə olmuş türk sultan-la¬rın¬dandır. Bu şəjərə Eyyubi sultanlarının bir qolu olub, hijri VI əsrin /XII əsr/ ortalarından VII əsrin sonlarınadək Mi¬sirdə hökmranlıq etmişdir. Sultan Şabanın anası olan Sultan adlı bu qadın Misirdə bir mədrəsə tikdirmişdir ki, ona «Mədrəseyi-Ümmül Sultan» deyirdilər. Bu bina Misi-rin görkəmli binalarından hesab olunurdu. Mədrəsə Babi-Zəvilənin xarijində və Çəbəl qalasının və Misir qəbiris¬tan¬lığının yaxınlığında tikilmişdir. Həmin binanın inşa olun¬ması tarixi hijri 771-ji /1369/70/ ildir. Ümmi-Sultanın gös¬tərişi ilə bu mədrəsədə hənəfi və şafei məshəblər üçün ayrı-ayrı dərslər keçirilirdi. O burada su və hovuz dəstgahı da düzəltdirmişdi. Ümmi-Sultan, Bərkə Sultan, yəni gəl, ho¬vuz, kəhriz mənasını verən bərkə, bərəkət kimi də məş¬hur olmuşdu. Onun haqqında «Xeyrati-hesan»ın, «be» hərfində /s. 73-74/ də məlumat verilmişdir. Orada deyilir ki, Ümmi-Sultan Məlik Əşrəf Şaban ibn Hüseyn Misir sultanının anasıdır. Əvvəllər Ümmi Vələdin jariyəsi olmuş, oğlu Misir Sultanı olduqdan sonra böyük şöhrətə, nüfuza və izzətə çatmışdı. O, hijri 770-ji /1369/ ildə mü¬qəddəs Həjj ziyarətinə getmiş və Ümmi Sultanın bu sə¬fəri bir çox tarixçilər tərəfindən mübaliğəli bir surətdə qə¬ləmə alınmışdır. O jümlədən yazırlar ki, Ümmi-Sultanın süf¬rə-sinə hər gün lazım olan tərəvəzi əldə etmək üçün bö¬yük sandıq və güldanları torpaqla doldurub, onların içə-risində növbənöv tərəvəz əkilirdi və bunları yolda özləri ilə aparırdılar. Bu səfər zamanı başqa tədarüklər də bu jür edilirdi. Ümmi Sultan ziyarətə yollanıb, geri qayıdarkən hədsiz səxavət göstərərək, sədəqə və hədiyyələr payla¬yır¬mış. Ümmi Sultan ziyarətdən paytaxta qayıdarkən oğlu Məlik Əşrəf anasını Misirin kəndlərindən biri olan Bayəb kəndində böyük dəstə saray adamlarının və əsgərlərin mü¬şayiəti ilə qarşılamışdı. Bu qadın xeyirxah əməlləri və səxavəti ilə məşhur idi. Ümmi Sultan ziqədə ayının 28-də, 774-jü ildə (1373) vəfat etmiş, tikdirdiyi «Ümmi Sultan» mədrəsəsində dəfn olunmuşdur. Deyirlər ki, Ümmi Sulta-nın vəfatı oğlu Sultan Şabanı çox kədərləndirmişdi. VƏFA «Şəqayiq»in mütərjimi Məjdi əfəndi yazır ki, Vəfa Şeyx Müslihəddin Mustafanın anasıdır. O, Sultan Bayazid (63) əsrinin məşhur şəxsiyyətlərindən olub, Vəfa adı ilə ta¬nınmışdır. Ona görə də qərək həmin Şeyx, İbn-ül Vəfa kimi məş-hur olsun. Lakin onun türbəsinin qapısında bu beyt ya-zıl¬mışdır: Tərjüməsi: İstəyirsən ki, Şeyx Vəfanın vəfat tarixini biləsən, Onda rəhmət rəbbət maddeyi-tarixində tap. (1250) O, bəzi qitələrində öz xətti ilə belə yazmışdır: Kətəbə əl-həqir Mustafa bin Əhməd əs-Sədri əl-Qonyə əl-mə-dovv (64) be Vəfa /Katibi Vəfa adlandırılan həqir Mustafa ibn Əhməd əs-Sədra əl-Qonyəvi/. Buradan məlum olur ki, «Vəfa» Şeyxin öz ləqəbidir. YASƏMİNƏ ƏS-SİRAVƏNDİYYƏ Siravənd Həmədan kəndlərindəndir. Yasəminə bu kənd¬dən olan alimə qadın idi. Səlahəddin Səfdi «Ünvan ün-nəsr fi ayan ül-əsir» kitabında müşarileyhədən bəhs etmiş və onun gözəl əxlaqlı, elm və fəzilət sahibi oldu¬ğu-nu bildirmişdir. O, Yasəminəni ağıllı, qadınlara öyüd-nəsi¬hət aşilayan mövizələr müəllifi kimi tanıtmışdır. Səla-həd¬din Səfdinin verdiyi məlumata görə Yasəminə Quran təf¬si¬rində də söz demişdir. O, ömrünün axırlarında məruzə və çıxışlardan əl çəkib Hijaza (Səudiyyə Ərəbistanına) ge¬dərək həjjin ayinlərini yerinə yetirmiş, sonra isə güşə¬nişin olmuşdur. Yasəminə 502-ji (1108/09) ildə dünyasını dəyişmişdir. ZEYFƏ XATUN (28) Məşhur Sultan Səlahəddinin qardaşı Məliki-Adil Əbu Bəkirin qızıdır. Hijri 582-ji və ya 581-ji /1186 və ya 1187/ ildə Hələbdə anadan olmuşdur. O, 640-jı /1242/43/ ildə 59 yaşında Hələbdə də vəfat etmişdir. Müşarileyhənin ağıllı və tədbirli bir insan olduğu barədə məlumat vardır. Zeyfənin əmisi Hələbdə hakimiy¬yəti zəbt edib, onun atası Məlik Adilin əlindən alaraq öz oğlu Məlik Zahirə verdikdə, Zeyfə xatunu öz əmisi oğlu Məlik Zahirə ərə verdilər. Bu nigahdan onun Məhəmməd adlı bir oğlu anadan oldu. Hakimiyyətə sahib olmaq növ¬bəsi ona çatdıqda Məhəmmədə Məlikül-Əziz ləqəbi veril¬di. Lakin Məlikül-Əziz h. 634-jü /1236-37/ ildə vəfat et¬diyindən, hakimiyyət onun oğlu Məlik Nasirə keçdi, lakin bu zaman o hələ kiçik uşaq olduğundan hakimiyyət işlə¬rini idarə edə bilməzdi. Bu səbəbdən dövləti idarə etmək onun nənəsi Zeyfə xatunun əlinə keçdi və o, tam altı il Hələbdə hökmdar oldu. Məlik Müəyyəd Əbülfəda deyir: Zeyfə xatun vəfat etdikdən sonra onun nəvəsi, 13 yaşlı Məlik Nasir, Hələbdə hakimiyyəti idarə etmək üçün təs¬diqləndi və dövləti müstəqil idarə etməyə başladı. Başqa bir Zeyfə də Əbu Bəkrin xidmətiçisi və məşhur yuxu yo¬zan ibn Seyrinin anası olmuşdur. ZEYNƏB BİNT ƏL-MƏLİK Misirdə türk məliklərindən olan Sultan Bərququn qızı-dır. İbn Həjər «Ənba»da hijri 826-jı /1422/23/ ildə vəfat edənlərin jərgəsində ondan bəhs etmişdir. Zeynəb bint əl-Məlik hüsn və jamalda məşhur afaq idi. Atası Sultan Bərquq vəfat etdikdən sonra Məlik Müəyyid onunla ailə qurmuş, buna görə də ona Sultan qızı və Sultan zövjəsi və iki Sultan bajısı deyirdilər. O, qardaşlarının üzərində böyüklük və ağalıq etmiş, onlardan sonra vəfat etmişdir. ZEYNƏB XATUN Zeynəb Xatun Osmanlı şairlərinin məşhurlarından olan bir xatundur. II Sultan Məhəmməd xan zamanında ya¬şamış, şirinsüxən şairə idi və sultanın adına bir divan tər¬tib etmişdir. Lətifi Qəstumuni Zeynəb haqqında demiş-dir: «Qəstimun diyarında olub, hünərməndan bir şəxsin qızıdır». Aşiq Çələbi öz təzkirəsində onun Amasiya əhlindən olan qazilərdən birinin qızı olduğunu göstərmişdir. Hər halda söz ustası, şair təbiətli olması onun bəzilərindən daha irəlidə olmasına sübütdür. Bu qəzəl onun təbindəndir: Kəşf et niqabını, yeri-göyü münəvvər et, Bu Aləmi-ünasiri firdovsi-ənvər et. Dəbrət ləbüni, juşə gətir hövzi-kövsəri, Ənbər saçuni, çöz, bu jahanı müəttər et. Xəttin bərat yazdı səbayə, dedi ki, tez, Var mülkəti-Xəta ilə Çini müsəxxər et. Abi-həyat olmayajaq qismət, ey könül, Bin yıl gərəksə Xızr ilə seyri-Skəndər et, Zeynəb, qov meyli ziynəti-dünyaya zən kibi, Mərdanə var, sadə olub, tərki-zivər et. Bu ürəkaçan beyt də «Xərabat» kitabının 2-ji jildində dərj olunmuşdur və müşarileyhəyə aid edilmişdir: Sənin hüsnün, bənim eşqim, sənin jövrün, bənim səbrim, Əfəndim, dəmbədəm artar, tükənməz, binəhayətdir. ZƏFƏR XANIM Fuad paşanın nəslindən olub, Qəbuli paşanın qanuni ar¬vadıdır. Zəfər xanım ağlına, zəkasına görə seçilən müa¬sir İstanbul ədibələrindəqdir. «Eşqi-vətən» mənzum əsəri vardır ki, İspaniyada vaqe olmuş hadisələrdən bəhs edir. Bu hekayətin İstanbulla da əlaqəli jəhəti vardır. ZİBEYDƏ AĞAYİ JƏLAYİR Zibeydə Ağayi Jəlayir Sultan Hüseyn Mirzə Bayka¬ra-nın zövjələrindən olub, ondan çoxlu övladları vardır. ZİBEYDƏ XANIM Xaqan Fətəli şahın qızlarından olub, onun Mahafərin xanım adlı zövjəsindəndir. Aqil ariflərdən və kəramətli şair¬lərdən hesab olunmuşdur. İzədüddövlə Sultan Əh-məd Mirzə onun tərjümeyi-halı ilə əlaqədar belə yazır: «Zibeydə xanım öz əsrinin Zibeydəsi idi. O, mərhum Hajı Mirzə Əlinağı Həmədaninin müridlərindən olub, arif qadınlar jərgəsində seçilirdi. 60 yaşına qədər iyirmi dəfə Ətəbata, on dəfə Məşhədə getmişdir və heç bir zahiri ziynətdən istifadə etməmiş, müqəddəs Ətəbatda, İraq və İran ziyarətgahlarında olarkən, xəstə zəvvarlara, kasıb-lara göstərdiyi yardımı səxavətli olan bu xanımı məş¬hur-laşdırmışdı. Hər il öz əmlakından əldə etdiyi mənfəətin müəyyən qədərini ehtiyajı olanlara bağışlayırdı. Onun xeyi¬r¬xahlığı barədə çox danışırlar və mən də müşahidə et¬diyimi söyləmək istərdim. Bir dəfə Məşhədi-Müqəddəs ziyarəti zamanı bu xanımla yol-yoldaş idim. Hava çox isti idi. Yolda xəstə zəvvarlardan iki nəfərin buza ehtiyajı oldu. Mənim abdarımın yanında bir qədər buz vardı. Şah-zadə xanım xəbər göndərərək xəstələr üçün buz istədi. Bir qədər göndərdim. İkinji dəfə adam göndərib, yenə buz¬dan istədikdə, dedim ki, hava istidir, buz özümüzə la-zımdır. Javab gəldi ki, buz xəstə yol yoldaşlarımıza va-jibdir, müzayiqə etməyin, sabah sizə xeyli buz çatajaq. Mən buzu verdim, lakin heç güman etmirdim ki, bu tez-liklə buz əldə olanajaq. Sübh tezdən Nəyyirüddövlə Pər-viz Mirzə /Səbzəvar hakimi/ bizim yanımıza gəlib, özü ilə xeyli buz gətirdi. Mə onun xeyirxah bir insan olduğunu yə¬qin etdim, şahzadənin bu işinə heyrət etdim. Bildim ki, bu qadın xeyirxah əməl sahibi olan insandır. Bir dəfə də Məşhəddə ziyarət etmək üçün onun hüzuruna getdim. Orada tənbəkinin keyfiyyətsiz, pis olduğunu gör¬dük¬də, bir kisə yaxşı tənbəki göndərdim. Üç gündən son¬ra mərhum Asəfüddövlə vasitəsilə mənə üç kisə tənbəki göndərmişdi. Xülasə o, xeyixah əməlləri ilə tanınmış şah¬zadə xanım idi. Oğlu Hüseyn xan Hüsamülmülk, İran döv¬lətinin böyük əmirlərindən biridir və Kirmanşahın hakimi-Əmir-tuman /diviziya komandiri – H.T./ mənsəbindədir ki, Zibeydə xanımın həyat yoldaşı olan Rüstəm xan Qara¬göz¬lünün oğlu Əlixan Nüsrətülmülkdəndir. Onun xeyriy¬yəçilik fəaliyəti Tajabad kəndində zəvvarlar üçün tikdir¬di¬yi karvansara binası, xəstələrə həkim göndərmək kimi iş¬lə¬rdə, Rəvan /İrəvan – H.T./ yaxınlığından axan böyük ça¬yın üstündə bir körpü tikdirməsi, həmədanda Yəhya İmam¬¬zadəsini tikdirməsi, məşhur Baba Tahirin dəfn olun¬duğu yerin işıqlandırılması və başqa işlərdə özünü gös¬tərir. Zibeydə xanım hər il öz mülkü olan Laləçin kən¬din¬dən 2 danq /1 danq əmlakın altıda birinə bərabərdir – H.T./ vəqf edir, bundan hasil olan məbləği Kərbəlayi-Mü¬əl¬¬lada təziyəyə sərf edirdi. Zibeydə xanım «Jahan» təxəl¬lüsü ilə şeir yazırdı. Aşağıdakı şeirlər onun təbindəndir: Tərjüməsi: Deyirlər, xoşdur aşiqsənsə, ürəyə qulaq asıb divanə ol, Əgər onun vəslini istərsən, özündən biganə ol, biganə ol ! Onun eşqində sadiqsənsə, gərəkdir yanasan, Ey ürək, eşqinin şöləsində pərvanə ol, pərvanə ol! Hər bir arifin bu meydən qəlbi meyxanələrdir, Ey ürək, arif olmaq istərsənsə, meyxanə ol, meyxanə ol ! Və yaxud: Tərjüməsi: Hijran gejəsi şam kimi yanıram, Vüsal günü şam kimi şölələnirəm. Yolunun üstündə şövqlə dayanmışam, Ta ki, gələsən şam kimi əriyib yox olum. Sənin qəmindən hijran odu ilə, Şam kimi yanıb, şam kimi əriyirəm. Və yaxud: Tərjüməsi: Aya bənzər saqidən istərəm ki, insanlara lütf etsin, Hər zaman mənim qurumuş boğazıma da mey töksün. Dostun kuyinə axsaya-axsaya ayaq qoya bilməsəm də, Onun lütfünə görə heç olmasa bir addım getməyə çalışa¬ram. Və yaxud: Tərjüməsi: Ey saqi, o meydən iki-üç qədəh dürr ver mənə, Ki, yana-yana iki-üç məstanə şeir deyəm. İstərəm ki, bu məstlikdə özümü də unudam, Nə özümü, nə özgəni, təkjə səni xatırlayam. Heyran jahan jananın eşqi üzündən ölmüşdür, Məstanə söz deyir bu divanə aşiq. Müəllif deyir: Zibeydə xanım bu kitabın yazıldığı vaxt, bu axır vaxt-larda /hijri 1305/1887/88/ vəfat etmişdir. Onun yaxşı adı və xeyirxah əməlləri isə yaşayır. Allah ona rəhmət eləsin ! ZİBEYDƏ İSTAMBULİ «Tarixe Muradi»də yazıldığı kimi bu qadın Əsəd əfən-di ibn İsmayıl əfəndi Şeyxülislamın qızı və İstambulun məş¬hur xanımlarındandır. Fiqh elmində, lüğət və ədəbiy-yatda bajarıqlı idi. Farsja və türkjə gözəl şeirlər söylə¬yirdi və hijri XII əsrdə yaşamış sultan və vəzirləri mədh edirdi. Çox vaxt mütaliə ilə məşğul olurdu. Öz şeirlər di¬vanını tərtib etmişdir. Atası Əsəd əfəndi və qardaşı Şey¬xül¬islam Şərif əfəndi de şeir yazdıqları üçün onların da divanlarını öz «Divan»ı ilə birlikdə tərtib edərək, bir jilddə birləşdirmişdi. Ata, oğul və qızın kitabı kalliqrafik xətlə ya-zılmışdır. Əvvəljə Əsəd əfəndinin sözləri, sonra Şərif əfən¬¬dinin beytləri, axırda isə Zibeydənin «Divan»ı veril-mişdir. Müşarüleyhəni dövrünün qabaqjıl adamlarından olan Dərviş əfəndiyə ərə vermişdilər. Oğlu «Fitnət» təxəl-lüslü olub, o da məşhur şairlərdən sayılır. Bu qadın hijri 1194-jü ilin zülqədə ayında vəfat etmişdir və Eyyub qəbi-ristanında /1780, oktyabr/ dəfn olunmuşdur. Zibeydə İstambuli haqqında «Tarixe Muradi» əsərinin yazdığı bu qədərdir. Amma ədibi-fazil Məhəmməd Zehni əfəndinin, «Məşahirün nisa» kitabının müəllifinin əqidə-sinə görə «Fitnət» həmin Zibeydənin özüdür, Zibeydənin oğlu deyil. Tərtib olunmuş «Divan»lar isə mübahisəlidir. ZİBÜNNİSƏ BƏYİM Zibünnisə Bəyim Hindistan padşahı Teymurilərdən olan Aləmgirin qızıdır. Anası Şahnəvaz xan Səfəvinin qızı olmuşdur. Hijri 1048-ji /1638/39/ ildə anadan olmuşdur. Ərəb və fars elmlərini mükəmməl öyrənmiş, Allahın kəla¬mı olan Qurani-məjidi gözəl nəstəliq, şikəstə və nəsx xət¬ləri ilə bir neçə nüsxə yazaraq hifz eləmişdir. O, gözəl xət¬tə sahib idi. Elm və fəzilət əhli ona ehtiram bəsləyirdi, onun adına bir çox risalə və kitablar yazılmışdır. Mü¬şarileyhə hijri 1113-jü /1701/02/ ildə rəhmətə getmişdir. Deyirlər ömrünün axırınadək tək yaşamışdır, ərə get¬mə¬miş¬dir. Bir divan bitirmişdir. Bu bir neçə şeir həmin divan¬dandır, onun təbindədir: Qaedeyi-şekəstra Tərjüməsi: Gəl ki, məstanə gözlərinlə, Zərif baxışlarını səp. Meypərəst saqiyə də, Jamın dibində bir qurtum ver. Sənin birjə baxışın, Bütün jahana dəyər. Sənin qəmzən qarşısında, Qəzəb qədəri heç nədir. Qıvrım tellərə toxunaraq, Ürəyi injitmə… Tərjüməsi: Nə vaxt eşq atəşindən, Yanğıma əlaj olajaq? Mənə Nil çayının bir qətrəsinə bərabər olar. Hardadır o eşq jazibəsi ki, Ey Mahizər, ağıl diyarından Məni çıxarsın. ZİVƏR Zivər şirin ləhjəli şairə olmuşdur. Əsli Şamlu tayfasın-dan olub, Əli Şükür vilayətinə köçərək orada məskən sal¬mış¬dır. Qəzəl və heja vəznində lirik şeirlər yazırdı. Şeir xə¬zi¬nəsi zəngin olmuşdur. Amma onun vətən əhli təmiz ol¬madığından bunlar arada itmişdir. Bu iki-üç şeir onun-dur: Tərjüməsi: O baş bədəndən ayrı olsun ki, onu bəzəmək mümkün deyil, O göz kor olsun ki, görmək qabiliyyəti yoxdur, Heyf zahidin əmmaməsinə ki, yüz dəfə dolanır, Bu isə onun yalançı olmasına dəlalət edir. Dostluq diyarında, Zivər, ədalətsizliyə bax, Zibünnisə qojaldı, onu alan olmadı. ZÖHRƏBƏYİ AĞA Səmərqənd valisi, Mirzə Sultanəli Gürganinin anası-dır. Bu qadın Məhəmməd xan Şeybaniyə aşiq olubmuş. Ona görə də bəhanə etdi ki, güya oğlu Sultanəli ağıldan zəif ol¬duğundan Səmərqəndi döyüşsüz-filansız Məhəm-məd xan Şeybaniyə təslim etmişdir. Amma Şeybani xanın bu qadında gözü olmadığı üçün əlinə bəhanə düşdü və hüjum edərək Mirzə Sultanəlini öldürdü. Sonra Səmər¬qən¬din nüfuzlu adamlarını, o jümlədən Xajə Qütbəddin Yəhya və başqalarını əsir edib öldürdü. Arzusuna çatma¬yan Zöhrəbəyi Ağa yenidən Səmərqəndə sahib oldu.
Posted on: Tue, 16 Jul 2013 07:24:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015