MASTALGİYA . MASTOPATİYA. MASTİT. MASTALGİYA (süd - TopicsExpress



          

MASTALGİYA . MASTOPATİYA. MASTİT. MASTALGİYA (süd vəzilərində ağrı ) Kifayət qədər çox görülən problemdir, qadınların (həyatda bir dəfə də olsa) 70% - i bu problemlə üzləşir.Çox zaman gənc qadınlarda və premenopauza dövründə müşahidə olunur. Postmenopauza dövründə də rast gəlinir. Demək olar ki, hər onuncu qadın ayda 5 gün müxtəlif dərəcəli süd vəzində ağrı hiss edir. Bəzi qadınlarda ağrı bütün ay ərzində müşahidə oluna bilər.Bu ağrılar gündəlik aktivliyə, iş ,ailə münasibətlərinə, cinsi həyata öz təsirini göstərir. Süd vəzi ağrısı tsiklik, atsiklik və süd vəzi ilə əlaqədar olmayan ola bilər. Tsiklik ağrı adətən menstrual tsiklə əlaqədardır. Atsiklik ağrı isə adətən daimidir. və menstrual tsiklə əlaqəli deyil. Süd vəzi ilə bağlı olmayan ağrı isə əzələ ağrısı ola bilər. Tsiklik ağrı adətən hər iki süd vəzlərin şişkinliyi müşahidə olunur,menstrual tsikli başlamadan öncəki həftə başlayır və sonrakı həftə sakitləşir. Qadınların 2/3 də bu cür tsiklik ağrı görülür. Atsiklik ağrı adətən bir süd vəzində olur və hansısa bir yerində lokalizə olunur, qoltuq altında da hiss olunur. Tsiklik ağrı adətən 30-40 yaşlardı, atsiklə isə 40 yaşdan yuxarı qadınlar müşahidə olunur. Mastalgiyanın səbəbləri: Tsiklik ağrı hormonal statusla bağlıdır. Atsiklik ağrılar isə anotomik dəyişikliklərlə əlaqədardır. Bu kista , küt travmalar , süd vəzində keçirilmiş əməliyyatlar, həmçinin əzələ oynaq və sinirlərlə əlaqədardır. Digər nəzəriyə ağrılı süd vəzi toxumasında , yağ turşularının disbalansı ilə izah edilir . Bu disbalans vəzi hüceyrələrin hormonlara qarşı həssaslığı artırır. Bunu qammalinolin turşusu tərkibli yağların bu ağrılarda effektliyi ilə izah edirlər. Belə hesab edirlər ki, bu yağ turşuların disbalansı bərpa edir. Diaqnoz: Mamoqrafiya müayinəsindən keçməkdə fayda var var. Əgər hansısa törəmə aşkar olunduqda USM müayinəsindən keçmək lazımdır. MASTOPATİYA Mastopatiya süd vəziləri hormonal disbalansla əlaqədar xəstəliyidir. Mastopatiya zaman süd vəzi toxuması qeyri bərabər bərkliyir. 30 yaşdan sonra hər iki qadından biri mastopatiya ilə üzləşir. Əsas əlamət menstruasiya tsiklinə qədər 1-2 həftə süd vəzlərinin ağrımasıdır. Ağrı tsiklindən - tsiklə artır, iş və istirahətlə mane olur. Mastopatiyanın formaları: Düyünlü mastopiya və diffuz mastopiya. Düyünlü mostopatiyada süd vəzində bərkimələr hissi olunur. Diffuz mastopatiyalara isə vəzdə çox saylı diffuz bərkimələr təyin olur. Düyünlü mastopatiya: Fibroadenoma Yarpaq şəkilli fibroadenoma Kistlər Axar daxili papilloma Lipoqraqranuloma, lipoma Qamortoma, angioma Diffuz mastopatiya: Vəzili komponentlərin iştirakı ilə ( adenoz) Fibroz komponentlərin iştirakı ilə ( febradenoz) Kistoz komponentlərin iştirakı ilə ( fibrokistoz) Sklerozlaşdırıcı adenoz Qarışıq forma. Mastopatiya süd vəzinin xərçəngi xəstəliyi deyil (yalnız bəzi spesifik formaları ilə xərçəngönü hesab olunur ) .Sadəcə mastopatiyanın risk faktorları ilə xərçəngin risk faktorları çox zaman üst-üstə düşdüyünə görə mastopatiyanın xərçəngə gətirdiyi düşünülür. Mastopatiya həyat keyfiyyətini aşağı salır. Daimi və periodik diskomfort yaradır. Süd vəzinin daha ciddi xəstəlikləri üçün fon yaradır. Daimi stres psixoemosional statusu dəyişir, libidonu aşağı salır. Bu problemlə üzləşən qadınlar fizioproseduralar - istilik terapiyası , vanna sauna, süd vəzin masajı məsləhət görülür. Bu tədbirlər süd vəzinin qan axınını yaxşılaşdırılır. Mastopatiya üçün kimlər risk daşıyır: 1. Menstruasiyaya erkən başlanması ( 12 yaşdan əvvəl) . Bu halda orqanizm hormonal dəyişikliklər adoptasiya oluna bilmir. 2. Gec menopauza ( 50 yaşdan sonra) : Bu süd vəzilərinə estrogenlərin uzun müddətli təsiri ilə izah olunur. 3. İlk hamiləlik və doğuşun gec başlanması (28-30 yaş ) və ümumiyyətlə doğuşun olmaması. 4. Neyroendokrin : doğuşun olmaması 5. Hamiləliyin süni dayandırılması : 3 və daha çox süni abort keçmiş qadınlarda fibroz, kistoz mastopatiyanın olması riski 7,2 dəfə çoxdur. Çünki süd vəzləri tam inkişafına hamiləliyin sonunda çatır. 6. Döşlə əmizdirmə müddətinin qısa olması və ya olmaması. 7. Uzunmüddətli psixi stres : Endokrin vəzlərin sekretor funksiyasının dəyişməsinə səbəb olur. 8. 40 yaşdan yuxarı dövr. 9. Piylənmə : xüsusi ilə şəkərli diabet və hipertonik xəstəliklə birgə. 10. Xroniki hepatit: Cinsi streoidlərin emalını da həyata keçirən qaraciyər ağır zədələnməsi hormonal fəaliyyətinin pozulmasında öz təsirini göstərir. 11. Qalxavari vəzin xəstəliyi . Tiroksin ,Tridyodtrionun süd vəziləri hüceyrələrin funksiyaları və inkişafıda rola malikdir. Mastopatiyanın müxtəlif növbələrində əziyyət çəkən qadınlar 64%-də qalxanvari vəzin xəstəliyi aşkar olunmuşdur. 12. Cinsi sistemin xəstəlikləri : Menstrual tsiklin pozulması uşaqlıq şişləri ( mioma) adneksit, endometrit. Bəzi medikomentlərin qəbulu ,hormonal müalicə. Mastopatiya simptomları : Süd vəzin bəd xassəli şişindən fərqli olaraq fibroz -kistoz mostopatiyalarda süd vəzilərinin hər ikisi zədələnir. Ağrı : Mastopatiyada ağrı küt xarakterlidir. Süd vəzində ağırlıq hissi ilə müşayət oluna bilir. Premenstrual dövrdə ağrı güclənir. Ağrı yerli də ola bilir, qola və kürəyədə yayıla bilir. Ağrının qadının həkimə müariciət etməsinin əsas səbəbi olmasına baxmayaraq 10-15% qadın ağrı hiss etmir. Bu ağrı hissinin individuallığı ilə əlaqədardır. Ağrı sinir uclarına birləşdirici toxumanın və kistlərin sıxıcı təsiri də izah olunur. Süd vəzilərin böyüməsi : Periodik ,menstruasiya tsikli ilə əlaqədar süd vəzilərində sərtləşmə hiss olunur. Venoz durğunluq və birləşdirici toxumanın ödemi ilə izah olunur. Vəzin böyüməsi 15% çatır . Bəzən bu proses migren şəkilli baş ağrılı ilə birgə müşahidə olunur. Vəzidən axıntı : Axıntı miqdarı çox ola bilər, yalnız təzyiq etdikdə də alına bilər . Xarakterikə görə ağımtıl, şəffaf, yaşımtıl,qəhvəyi və qanlı ola bilər. Xüsusi ilə qanlı axıntı təhlükəli ola bilər Qoltuqaltı limfa düyünlərinin böyüməsi: Mastopatiyadan əziyyət çəkən qadınların 10% də görülə bilir. Müalicə: Müalicənin əsas etapları : Pəhrizin normallaşdırılması , Rasiondan kofein tərkibi ( kofe, kakao,şokalad , tünd çay, kofeinli qazlı içkilər, kola) qidalar çıxarılmalıdır. Kofeinin tərkibli qidalar sinir və endokrin sisteminin stimullaşdırır, sonralar hormonal balansı pozur. Qidada meyvə- tərəvəz çox yer ayırmaq məsləhətdir. Yod preparatları: Mastopatiyanın diffuz formasının müalicəsində effektlidir. Lakin bu preparat qalxanvari vəzin normal fəaliyyəti zamanı effektidir. Diuretiklər (sidik qovucular) süd vəzində toxuma ödeminin azaldır .Nəticədə ağrı azalır İltihab əleyhinə preparatlar Psixoterapiya Vitaminoterapiya Paltarların düzgün seçilməsi vacibdir. MASTİT Mastit üd vəzlərinin iltihabi xəstəliyi olub qeyri spesifik patologiyalara aiddir.Hamiləlik fonunda ( xüsusilə döş giləsində çatlar ) ,hamiləlikdən kənar və laktasiya fonunda ( soyuq su, soyuq külək yaydan kondisionerin və yelçəkənin təsiri )əmələ gəlir.Kəskin mastitin 80-90 % i laktasion mastitdir. Kəskin mastitin aşağıdakı formaları var : Seroz ( ümumi vəziyyətin pisləşməsi , temperaturunu yüksəlməsi ,süd vəzində durğunluq ) İnfiltrativ (süd vəzində infiltratlar əmələ gəlir ,bu sonradan irinə çevrilə bilir , üzərindəki dəri qırmizı olur ) İrinli ( irinli iltihab əmələ gəlməsi xarakterikdir ) Absesləşən ( abses- məhdud irinli ocaq əmələ gəlir) Fleqmonoz (irinli iltihab süd vəzilərinin toxumalarına yayılır ) Qanqrenoz ( süd vəzilərində massiv nekroz əmələ gəlir ) Mastitin əlamətləri : Bədən temperaturunun artması ( normal da ola bilər ) Titrəmə Süd vəzini dərisinin qızarması Şişkinlik və ödem Ağrılı bərkimənin mövcudluğu Laktasion mastitin səbələri : Doğuşdan sonra laktasiya dövründə əmələ gəlir , infeksiyanın düşməsi ehtimal olunur ( stafilokokk, streptokokk,enterobakteriya, az hallarda pnevmokokklar,qonokokklar ) Bunlardan əlavə süd durğunluğu da mastitə səbəb olur. Xarici faktorlardan əlavə bir sıra daxili faktorlar da mastitin əmələ gəlməsində rola malikdir. 1. Süd vəzi paycıqlarının anotomik xüsusiyyətləri - İlk dəfə ana olan qadınların çoxunda süd axacaqları südün axması üçün kifayət qədərgeniş deyil.bunula yanaşı mikroorqanizmlərin yaşaması üçün rahat qidalı mühit yaranır.Bu faktoru nəzərə alaraq hər dəfə körpəni qidalandırdıqdan sonra süd vəzində qalan qalıq südü sağmaq lazımdır. 2. İmmunitetin xüsusiyyətləri : immun cavab normaldırsa mastitin inkişaf riski minimaldır.Buna görə də qadınlara kifayət qədər hərəki aktivlik , yuxu və istirahət, yaxşı məişət şəraiti lazımdır. Müalicə : Mastit şikayətləri olduqda özbaşına müalicəyə cəhd etmək olmaz.Həkimə müraciət edin. Profilaktikası : Körpəni hər dəfə qidalandırdıqdan sonra qalıq süd sağılmalıdır, həm əvvəl həm sonra süd vəzi yuyulmalıdır , şəxsi gigiyena qorunmalıdır.Döş giləsində çatlar varsa çaytıkanı yağı ilə silinə bilər. Laktasiya dövründə olmayan qadınlarda da mastit görülür.Bu adətən 30-40 yaşlarda ortaya çıxır.Xərçəngğnü proses ola bilər, həkimə müraciət edilməlidir.
Posted on: Sat, 16 Nov 2013 08:41:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015