MESAJ 21. (xanımlar hökmən oxusun, amma yanlarında bir bardaq - TopicsExpress



          

MESAJ 21. (xanımlar hökmən oxusun, amma yanlarında bir bardaq sərin su da olsun) MƏĞLUB PSİXOLOGİYASI AYƏ: Zülmə məruz qaldıqlarına görə vuruşanlara, (döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! (Həcc, 39) ŞƏRH: Təhsil aldığım Beynəlxalq İlahiyyat Akademiyasında 90-a yaxın dövlətdən tələbələr var idi; hindistanlı, pakistanlı, amerikalı, fransalı, ispanyalı, nə bilim, əfqan, tacik, ərəb, afrikalı və s. Elə bunun özü böyük bir məktəb idi. Müxtəlif mədəniyyətlərlə tanışlıqdan, canlı ünsiyyətdən yaxşı nə ola bilər ki... Heç yadımdan çıxmaz, akademiyamızda sakit, tərbiyəli və eyni zamanda gözəl futbol oynamağı bacaran afrikalı bir tələbə çox ürəyimə yatırdı, onunla dost olmaq istəyirdim, tam səmimi. Amma o məndən qaçırdı. Müxtəlif bəhanələrlə yaxınlaşmaq, əlaqə yaratmaq istəyirdim, o nəsə sanki hürkürdü. Hətta bir gün dönüb, nə istəyirsən, niyə dolayırsan məni? dedi. Dondum qaldım. Nə dolaması, axı mən çox səmimi idim... Sonradan psixoloji mütaliələrim zamanı nəhayət ki, aylar idi beynimdə əyilib qalan o sual işarəsinin qəddini düzəldə bildim: Belə bir psixoloji sindrom var, inamsızlıq sindromu deyilir adına; bəzi toplumlarda ağdərililər bu yazıq qaradərililəri o qədər təhqir edib, üstdən aşağı baxıblar ki, onların şüuraltısına “ağdərili məni sevə bilməz!” başlıqlı bir tablo həkk olunub. Hətta vaxtı ilə aparteid adlı irqi ayrı-seçkiliyin ən kəskin forması olan bir siyasət də olub. Bir qrup belə qərara gəliblər ki, qaradərililər əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməlidir. Eyni ilə genosid kimi bir şey, təsəvvür edirsiniz? Çox da uzaq tarix deyil əslində, CAR-ın hakim dairələri yerli əhaliyə qarşı eyni siyasəti ta 1990 -cı ilin əvvəllərinə qədər aparırmış. Sonradan Nelson Mandella kimi liderlərin sayəsində beynəlxalq birlik bu siyasətə YOX dedi. Bax, belə təhqir olunmuş bir irqdi bu biçarə qaradərililər, indi biri durub onlara səmimi qəlbdən yaxınlaşmaq, dost olmaq istəyəndə də buna heç cür inana bilmirlər. Üstəlik, məsələ bu qədərində də qalmır, belə psixologiyada olanlar, içlərində gizli bir kin daşıyırlar, nəbadə onları divara dirəyəsən, həddən ziyadə qısnayasan, birdən elə bozaracaq, elə vəhşicəsinə sıçrayacaqlar ki, üstünə, əlin ağzında qalacaq: nə oldu buna?! Bu, əzilməyin, tapdanmağın və məğlubiyyətin yaratdığı bir psixoloji sindromdu. Gələk özümüzə: Azərbaycan kişisi niyə bu qədər aqressivdi, niyə bu qədər amansızdı qadınına qarşı?! Çünki Azərbaycan kişisi məğlubdu, onun Qarabağ adlı üzüqarası var, hələ sosial problemləri demirəm. Məğlub bir ölkədə kişi-qadın münasibətlərinin hansı tərəfindən baxsan, böyük bir əskiklik görəcəksən. Qadın təşkilatları, ailə qurumları və s. nəqər çalışsa da olmayacaq, məsələ kökdən həll olunmalıdır! Azəbaycan qadını dilucu: “Müharibədən mənim ərimə nə?” - deyə bilər. Amma öz içində əlini belə qoyub, kişiyə meydan oxuyur: “Mən niyə axı bu məğlub və mağmun kişiyə itaət etməliyəm?” Və bu şüuraltını hiss edir kişi, qadınının gözündəki əsl yerini bilir, başqa çarəsi yoxdur deyə boşluğu aqressivliklə doldurmağa çalışır. Son 20 ilin xəbərlərini izləyin, qısqanclıq zəminində nə qədər cinayətlər törədir azərbaycan kişisi. Nə oldu birdən birə o bu qədər amansız, qəddar, bu qədər qısqanc oldu?! Xeyir, məsələ qısqanclıq deyil, bu, sosial problemlər içində çırpınan MƏĞLUB kişinin sonuncu özünüifadə cəhdidi. Başına gətirilənlərə üsyanıdır! Yanlış anlamayın, belələrinə haq vermirəm, sadəcə reallığı əks etdirməyə çalışıram. Bu kin bir yerə boşaldılmalıdı, yoxsa partlayış olur, fəsadlar törənir. Təsəvvür edirsiniz, zarafat deyil, artıq 25 ilə yaxındı azərbaycan kişisi mənən boğulur, özünü natamam sayır. Haqlısınız, bu dərd kişili-qadınlı azərbaycan insanının ümumi dərdi olsa da, ən çox məhz azərbaycan kişisinin ağrısıdr! İndi Lazım gəlmirsə, heç olmsa bu aqressiyanı başqa yollarla çıxarmaq lazımdı onun canından, yoxsa o adicə bir təkliflə Suriyaya da gedəcək, İraka da, lap elə Əfqanıstana da, təki ürəyini boşaltmağa yer olsun. Bəli, bu kini boşaltmaq üçün Mübariz İbrahimov olmaq kimi seçim də var, amma təəssüf ki, hamı Mübariz ola bilmir. O böyük şəhidin vəsiyyətnaməsinin bir hissəsinə baxın: “...Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Görürsünüzmü, vicdanlı oğulların ürəyinin bir hissəsi daim yanmaqda, su səpmək, az da olsa sərinlətmək lazımdı o ürəkləri, amma necə?! Məğlub bir ölkə olasan, 20 faiz torpaqların işğal altında ola, müharibə haqda çəkilən filmlərinin sayı barmaq sayını keçməyə, bu fəlakətdi. Psixoloji araşdırmalar sübut edir ki, qəhrəmanlıq, qisas vəd edən filmlər bu aqressiyanı qismən də olsa nəzarətdə saxlaya bilir, bu yöndə işlər olmalıdır. Filmlər öz sujet xətləri ilə təlqin etməlidir ki, bu məğlubiyyət azərbaycan kişisinin suçu deyil, qlobal bir məsələdir və azərbaycan igidi onu geri qaytarmağa hər an hazırdı. 20 yanvar hadisələri haqda niyə film çəkilmir, niyə azərbaycan kişisi 20 yanvar hadisələri fonunda təqdim edilmir? Axı bu hadisələr onun şərəf lövhəsidir, baş ucalığıdır! Bu tip filmlərlə nə qədər özünə qaytarmaq, ruh halını bərpa etmək olar onun. Baxın, İranlıları bəyənmirik, amma onlar 8 illik İran-İrak müharibəsindən qalib ayrıldıqlarına rəğmən, ən çox istehsal etdikləri filmlər (elə indinin özündə də) müharibə filmləridi. Niyə? Çünki qalib də olsalar itirdikləri var, şəhidlər, əlillər, kimyəvi şüalardan əziyyət çəkən ölümcül xəstələr və s. Onların aqressiyasını boşaltmaq lazımdır, onları təsəlli etmək gərəkdir, filmlər bu yöndə çox yardımçı ola bilir. İstənilən azərbaycanlını biraz divara qısna, çıxacaq özündən, bozaracaq, demokratlarımız, nə bilim, liberallarımız və s. niyə saxtadırlar, biraz üstlərinə yeriyən kimi iç üzləri açılır, aqressivləşirlər? Çünki dediyim kimi, psixoloji çatışmazlıq var ortada, azərbaycan insanını xilas etmək lazımdı. Və nə qədər ki, biz məğlub durumdayıq, nə qədər ki, bu status-kuvo belə davam edir, azərbaycan insanı sözün əsl mənasında demokratik, tolerant və sivil bir ölkə yarada bilməyəcək. Zülmə məruz qaldıqlarına görə vuruşanlara, (döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! Söhbət baxın, belə bir İZİNdən gedir, Allahın verdiyi bu İZİN çox önəmlidir, psixoloji dəstəkdir, sanki anlayış göstərir Ulu Rəbb zülmə məruz qalmışlara, döyüşə izinlisiniz, hələ üstəlik, mənim də dəstəyim sizinlədir, deyir. Azərbaycan kişisinə ya belə bir İZİN, ya da nuna bənzər bir psixiloji dəstək vermək lazımdır. İzin məsləhət deyil deyirsiniz, olsun, bəs dəstək, heç olmasa onu vermək olar axı. Qadınlarımız nə qədər anlayış göstərir MƏĞLUB, üzükölgəli azərbaycan kişisinə?! Qadın hüquqları, Gender bərabərliyindən başqa danışdığımız bir şey yoxdur, bir də bu rakursdan yanaşaq problemə, bəs azərbaycan kişisinin dadına kim çatacaq?! Yaxşı qadın həyat yoldaşının kasıb və aciz vaxtlarında daha çox həssas və daha diqqətli olmalıdır ona qarşı, o indi kövrəkdi, hər şeyi pis başa düşə bilər. Ev xilas olmaq üçün evin kişisi xilas olmalıdır öncə, kişinin tapdanmış qüruru bərpa olunmalıdır. Ondan sonra bu aqresiya da azalacaq, mehribançılıq da olacaq, məhəbbət də. Kişinin evin içində qələbə ehtiyacı məhz o məğlubiyyət hissindən doğur, o bu yolla özünü təsdiq etmək istəyir, xanımı biraz müstəqil hərəkət edən kimi onu yanlış anlayır, axı məğlubdu,qadınım məni kişi hesab etmir, deyə düşünür və rekasiyası eyni ilə Kərbəlayinin Abasqulu bəyə dediyi kimi olur: Torpaq getdi, dinmədim...birazdan gəlib deyəcəklər namusunu da ver. Bəs mən buna necə dözüm?! Ona görə, zənnimcə elə qadını xilas etmək hədəfi ilə yaranmış təşkilatlar da, qadınlar da, kişilər də əl-ələ verib, öncə azərbaycan kişisini ayağa qaldırmalıdır, yoxsa əzilən kişi özü ilə birgə ətrafında olan hər kəsi əzəcək, bu onun hələ ki, yeganə çıxış yoludur çünki. AYƏnin Mesajları: 1. Zülmə uğramışlara qarşı hökmən xüsusi bir diqqət, özəl bir anlayış göstərilməlidir, onların bu anlayışa çox ehtiyacı var. 2. Məğlub durumda olanları hesaba çəkmək, xətalarını üzlərinə vurmaqla onları mazoxist etməkdənsə, dəstək göstərmək, əldən gələni əsirgəməmək lazımdır. 3. Haqqı əlindən alınmışlara haqqını geri almaq üçün şərayit yaratmaq böyüklərin borcudur, ya onların haqqını sülh yolu ilə geri qaytarmalı, ya bir yol tapıb qisasa zəmin yaratmalıdırlar! İlqar Kamil.
Posted on: Mon, 27 Jan 2014 07:48:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015