MESLEHETDI OXUYUN....... Qoç - Siz gerçəkdən də harmoniya - TopicsExpress



          

MESLEHETDI OXUYUN....... Qoç - Siz gerçəkdən də harmoniya və razılaşma gözləmirdiniz. 2013-cü ilin Dekabr ayı müddətində bu doğru olmayacaq, lakin önümüzdəki bir neçə ay bu belə olacaq. Sizi yenə də səbir, qiyam, güclü hisslər, meydan oxuma və fəaliyyət kimi hisslərin tətikləməsi gözlənilir. Hətta ayrılıqlar, münaqişələr, gərginliklər və hər şeyin bitməsi ilə nəticələnən münaqişələr də sizi gözləyir. Əgər sizin evlilik bağlarınız çox yaxşıdırsa, o zaman siz hədəflərinizi birlikdə təyin etməlisiniz, çöldə sizin üçün bir sıra problemli vəziyyətlər ortaya çıxacaq və ya sevgiliniz bu problemləri iti zəkası sayəsində duya biləcək və həll edəcək! Onsuz da sizin əlaqələriniz, istər evlilik istərsə də eşq baxımından daha görünən bir hal alacaq, daha çox diqqətinizi çəkəcək və hər vaxtkından daha çox enerji lazım olacaq. Qoç bürcünün idarəçisi olan Marsın Qoç bürcünün evlilik evində geri getmə dövrəsini tamamlayacağı və orada 2013 Dekabr ayının 7sindən 2014 İyul ayının 28inə qədər qalacağı təxmin edilməkdədir. 2013 Dekabr ayının 21i problemlər qarmaqarışıq bir vəziyyətə düşəcək və Qoç bürcünün evlilik evinin idarəçisi olan Venera geri getmə dövrəsinə başlayacaq. Səbirli olmağa çalışın! 2013 Dekabr ayı sizə müvəffəqiyyət gətirəcək xüsusilə əgər siz incəsənətlə məşğul olursunuzsa və ya estetik, eşq və əyləncə ilə əlaqədar işlərlə məşğul olursunuzsa. Əks halda xarakterinizə uyğun olmayan tənbəllik, istəklərin azalması, ritm azlığı hiss etməniz mümkün ola bilər. Karieriniz və hissləriniz arasında görülə biləcək təsir etmə, və ya professional qərarlara sevgilinizin güclü təsiri mümkün olacaq. Ümumiyyətlə bunu da söyləməkdə fayda var ki, Qoç bürcünün əlaqələri vəziyyətə təsir edir, əgər cəmiyyətlə, təşkilatlarla və ya yoldaşlıqlarla əlaqədar vəziyyətlərdə diqqətsizcə davranırlarsa. Bununla belə sizin rəqiblərinizin hücumlarına, tələlərinə diqqət yetirməniz lazım olacaq və bu vəziyyətlər də gərginlik yaradacaq, lakin xoş sürprizləri də gözardı etməməniz lazım gələcək; üstəlik mənfi nəticələr həm prestij həm də maliyyə baxımından sizə təsir edəcək. Təhsillə, elmi və ya mədəni fəaliyyətlə əlaqədar uzun uzun düşünəcəksiniz, qısa və ya uzun müddətli iş səyahətlərindən məmnun qalacaqsınız. Sərmayə qoymayacağınızı söyləyə bilmərik. Çox gözəl bir bədən quruluşunuz var, lakin çox sıx-sıx stressə girirsiniz. 2013-cü ilin Dekabr ayında gücünüzü daha münasib olaraq necə istifadə etməniz lazım olduğunu öyrənəcəksiniz, çünki bu dövr müvəffəqiyyətli olmaq üçün sizə çox güc lazım olacaq! Hər şeydən əvvəl sakit və səbirli olmağa çalışın! Uzaqdakı dostlarınızı çağırın, onlara məktub yazın hətta onların sizi ziyarət etmələri üçün səyahət pullarını belə ödəyin! Buğa - Böyük ehtimalla 2013-cü ilin 5 Dekabıra qədər Merkuri Buğa bürcünün Əlaqələr evini tərk edəcək, Merkuri bu bürcdə qalmaqla son iki ayda bu bürcün karierinə gerçək mənada müdaxilə edirdi. Merkuri gedərkən gərginliyi də özüylə birlikdə aparacaq və böyük ehtimalla arxasında sizin üçün həyat dərsi buraxacaq, məsuliyyətlərinizi anlayacaq və düşünərək qərar verməyi öyrənəcəksiniz. Merkurinin keçiş zamanı geri getməsi birbaşa sizə təsir etməyəcək, lakin sevgilinizə təsir edəcək, və sizin sevgiliniz onun tarazlığından, sakinliyindən, və həssaslığından təsirlənəcək. Qarmaqarışıq bir dövrdən sonra hər şey sakitləşməyə doğru gedəcək. Buna baxmayaraq bu uzun sürməyəcək. Buğa bürcünün evlilik evinin idarəçisi olan Mars çox səmimiyyətsiz bir dövrə girir və orada uzun bir müddət qalacaq, böyük məsuliyyətlər, məhdudlaşdırmalar, böhranlar, hətta işlə əlaqədar mövzularda və iş yerində narahat edici hadisələr mümkündür. Digər tərəfdən Venera sizə uzaq məsafəli əlaqələr qurmaqda köməkçi olacaq və ya əgər əlaqə yaratdığınız biri vardırsa bu əlaqə ruhi müstəvidə və mədəni baxımdan genişləyəcək. Buğa bürcünün karier və əlaqə həyatı bir-birinə qarışaraq gedəcək - komanda işləri, iş və ya araşdırmaların reallaşması, professional mənada hisslərin təsirlənməsi, sizin şəxsi həyatınızda olan birinin sizin yanınızda olaraq sizə dəstək verməsi kimi. Siz başqa insanlara sarılıb bağlanacaqsınız ki, bu da bəzən sizin müstəqilliyinizi məhdudlaşdıracaq, sizi bezdirib usandıracaq, lakin bunlarsız siz dolana bilməzsiniz. 2013-cü ilin Dekabr ayında başqaları ilə əlaqələriniz böyük bir səhv başa düşülmədən sonra müsbət yöndə inkişaf edəcək. İş yükünüz artacaq, və bundan belə çətin, tənqidi vəziyyətlərə, münaqişələrə, qəzalara və iş problemlərinə səbəb olan, stresslə dolu aylar sizi gözləyəcək. Sizə strategiyanızı təyin etmək, lazım olduğu qədər planlı və intizamlı olmaq tövsiyə olunur. Bu qış siz çalışmalı, mütəxəssisləşməli, nəşr etməli və nizam tərtibat işləri ilə məşğul olmalısınız, hətta xarici ölkələrə iş səyahətləri belə edə bilərsiniz. Buğa bürcünün maliyyə vəziyyəti düzələcək və əlavə gəlirdən də söhbət açmaq mümkün ola bilər. İyul 2014-cü ilə qədər Buğa bürcünün sağlamlıq vəziyyəti idarə altında olmalıdır, sağlamlığınızı təhdid edəcək hər hansı bir ifrat şeydən uzaq dayanmalısınız. İdman və əyləncəli fəaliyyətlərlə məşğul olun, zamanında yatın və doğru bəslənin, belə etsəniz istirahət edəcəksiniz və hər şey nizama girəcək. Əgər illik sağlamlıq yoxlamasından keçməsəniz Dekabr ayı sizin üçün yaxşı keçəcək. Əkizlər - Əkizlər bürcü üçün 2013-cü ilin Dekabr ayı rəngli və həyəcan verici, maraqlı ay olacaq, eyni zamanda çalışacaqsınız ki, hər şeyi daha möhkəm təməllər üzərinə tikəsiniz, çünki təməl, hər hansı bir başlanğıc üçün çox əhəmiyyət daşımaqdadır. Keçən ayın sonuncu on günlüyündən etibarən Günəş Əkizlər bürcünün əlaqə evindədir və beləcə 2013-cü ilin 5 Dekabrına qədər Əkizlər bürcünün idarəçisi olan Merkuri planeti də Günəşə qatılacaq. Onlar güclü keçişlər edəcəklər və bu da sizin evlilik həyatınızda güclü, diqqətli olmağa, xüsusilə Yeni il ərəfəsində ictimai fəaliyyətdə olmağa təhrik edəcək. Xəbərlər, yeniliklər və bəzi dəyişikliklər ola bilər, lakin bunlar əlaqə həyatınızın qaçınılmaz ölçülərini tənzimləməniz və işıqlandırmanız mənasını verməkdədir. Başqa insanlarla uyğunlaşma içində olmanın ən yaxşı yolu danışaraq razılaşmaqdır. Digər tərəfdən Əkizlər bürcünün evlilik evinin idarəçisi olan Yupiter Saturnla üçbucaq yaradacaq ki bu da sizi sakit və sabit olmağa təhrik edəcək, xüsusilə paylaşmaq və ya məsuliyyət daşıma və maliyyə baxımdan qərarlar qəbul etmək baxımından. Müştərilərlə iş əlaqəsində olma 2013-cü ilin Dekabr ayında daha ön planda olacaq. Qış tətilindən etibarən bəzi professional müvəffəqiyyətlər, yeni kontraktlar, yoldaşlıq əlaqələrini gücləndirəcək və sizə pul gətirəcək. Əkizlər bürcünün əlaqə evində yerini alan Merkuri və Günəş sizin başqaları ilə olan kontraktlarınızdakı danışmaları, mübadilələri hərəkətə keçirəcək. Üstəlik siz Əkizlər bürcünün iş və pul evi arasındakı Yupiter - Saturn Üçbucağının təsiri altında olacaqsınız və bu da sizi köməksevər, cəsarətli və stabil olmağa yönəldəcək. Yupiterin Əkizlər bürcünün əlaqələr və kontraktlar evinin də idarəçisi olduğunu qeyd etsək, bunlardan avtomatik olaraq iş və pul ilə də əlaqə içində olduğunuzu anlayacağıq. 2013-cü ilin Dekabr ayı Əkizlər bürcü üçün gəlirli bir ay olacaq. Digər tərəfdən qazandığınız pulu xərcləmə mövzusunda diqqətli olmanız lazım olacaq (sərmayələr üçün Dekabr ayı yaxşı bir dövr deyil), hər hansı biri ilə ortaq olduğunuz vəqflər, borclar, bankla əlaqələr, sığorta şirkətləri ilə əlaqələr baxımından da diqqətli olmanız lazım olacaq. Merkuri planeti Əkizlər bürcünün sağlamlıq evini tərk edir, hər kəs asanlıqla formada ola biləcək və ümumi görünüşünü inkişaf etdirə biləcək. Bu həm də ruhi vəziyyətiniz və bəzi tibbi problemlər baxımından da etibarlıdır. Nə var ki bu problemlər iki ay müddətində sizin zehninizi məşğul edir və sizi yaxından maraqlandırır. Bundan belə gələcək aylar müddətincə rutin olaraq idman etməniz lazım gələcək, çünki Mars 2014-cü ilin İyul ayına qədər sizin idman fəaliyyətlər evinizdə yerini alacaq. Dostlarınızla, yoldaşlarınızla, sevgilinizlə gələcək ildəki böyük proyektlərə hazırlaşın! Xərçəng - Venera Xərçəng bürcünün əlaqələr evində uzun bir müddət qalacaq və sizin romantik baxımdan maraq sahəniz təbii ki çox adi olacaq. Özünüzü romantik baxımdan birinə təsir etməyə çox aç hiss edəcəksiniz, içinizdəki romantik olmağa meyl yenidən baş qaldıracaq, biriylə bir şey paylaşmaq və birlikdə olmaq istəyəcəksiniz. Əgər biz sizə həvəs və istək üçün lazım olan enerjini və macəraya istiqamətlənməyi Yengəc bürcündə yerini alan Yupiter tərəfindən verildiyini düşünsək, sevginin sizə 2013-cü ilin Dekabr ayında hər an qonaq gələ biləcəyini anlaya bilərik. Əgər yeni bir eşq ortada yoxdursa (buna baxmayaraq bu gerçək qaçınılmazdır), bəlkə də evliliyinizin ön planda ola biləcəyi, ictimai həyatınızın daha çox aktiv olacağı, başqalarının hər zamankindən daha əhəmiyyətli rol oynaya biləcəyi və onlardan asılı olan qısa, uzun müddətli planların ola biləcəyi bir dövrdən keçəcəksiniz. Bütün bunlara baxmayaraq, siz hər şeydən qəti əmin olacaqsınız, lakin əgər hər şeyin stabil olduğu düşüncəsində isəniz, ilin sonunda bunun belə olmadığını görəcəksiniz çünki, 2013-cü ilin 21 Dekabr tarixində Venera Yengəc bürcünün evlilik evində özünün geri getmə dövrəsinə başlayacaq. 2013-cü ilin son ayı vədlər bol məhsuldar və kafi olacaq. Yengəc bürcünün iş evindən Günəş (2013 21 Dekabra qədər) və Merkuri (2013 24 Dekabra qədər) keçməkdədir. Günəş fəaliyyətlərinizi hərəkətə keçirəcək, nüfuzunuzu sağlamlaştırmaq üçün fürsətlər təqdim edəcək, üstünlüklərinizi ön plana çəkəcəkdir, Merkuri isə yeni düşüncələr, intellektual maraqlar, məlumat baxımından və iqtisadi baxımdan sizi hərəkətə keçirəcək. Xüsusilə Oğlaq bürcünün iş evinin idarəçisi olan Yupiter o zamandan təkcə güclü mövqedə olmayacaq hətta özünə xüsusi yaradıcılığı, məna, təmsil etmə və yüksəlmək üçün sizi cəsarətləndirməklə vəzifələndirilmiş Saturnla məhsuldar bir əlaqə içində olacaq. Nəticədə professional baxımdan 2013-cü ilin Dekabr ayı sizin həyatınıza işıq tutacaq və bu ay sizin qalxmanızla və ya ən azı doğruluğunuzu təsdiq etmə və sənədləşdirmə ilə bitəcək. Hər halda sizin işiniz yüksək qiymətləndiriləcək və mükafatlandırılmanız gecikməyəcək. İş əlaqələrindəki yoldaşlıqlar iş həyatı üçün böyük əhəmiyyət daşımaqdadır, lakin siz bunun ancaq 2014-cü ilin payızında üzünü görəcəyinizi gözləyə bilərsiniz. 2013-cü ilin Dekabr ayı tibbi baxımdan yaxşı bir ay olacaq. Sağlamlığınızla maraqlana bilər və bu sahədə yeni işilərə başlaya bilərsiniz. Dekabr ayının 20- sinə qədər diyet, müayinə, fərqli müalicələr, gigiyena və fiziki problemlər baxımından uyğun bir dövr olacaq. 2014 ili üçün hədəflərinizi təyin edin və strategiyalarınız haqqında düşünün! Şir - Aslan bürcünün əlaqə həyatı əvvəlki aylarla müqayisədə daha yaxşı olacaq. Evlə əlaqəli problemlər həll ediləcək, bəzi problemlər qalsa da, onlar səbir və mülayimliklə zamanla həll olacaq və eviniz dinclik və rahata qovuşacaq. 2013-cü ilin Dekabr ayında müvəffəqiyyət gözlənilir, romantik baxımdan yaranan səbəb isə Aslan bürcünün evlilik evinin idarəçisi olan Saturn tərəfindən idarə olunur və bu planet böyük qazanc təmin edici olaraq bilinən Yupiter ilə köməksevər bir üçbucaq meydana gətirir. Saturn - Yupiter üçbucağı həm əlaqələr baxımından çox uğurlu olacaq həm də evlə əlaqədar problemlərdə də sizə fayda verəcək. Bu üçbucaq hətta sabit bir əlaqə içində olan cütlər və ya köhnə əlaqələr üçün inkişaf, böyümə və müvəffəqiyyətin işarəçisidir. Yeni bir eşq axtarışı içində olan və yeni başlayan əlaqələr üçün yaxşı xəbər var. Aslan bürcünün cinsilik evində yerini alan Günəş və Merkuri planetləri səbəbiylə qanınız qaynayacaq, romantik fürsətlər ön plana keçəcək, macəralar sizi axtarıb tapacaq və eşqbazlıq ehtirasa və çılğınlığa çevriləcək. 2013-cü ilin Dekabr ayında başlayan eşq hekayələrinin davam etmə fürsəti, şansı olacaq. Asalan bürcünün idarəçisi olan Günəş Oxatan bürcünün həvəs, istək və səyini işarələyən, sürətli və çevik olan Merkurilə birlikdə olacaq və Aslan bürcünün evlərinin hər hansı birində sizin macəra, yaradıcılıq və özünü göstərə bilmə qabiliyyətinizi hərəkətə keçirəcək. Bu uğurlu ev sizə uyğun şərtlərdə pul qazana bilməniz və qabiliyyətlərinizdən faydalana bilməniz üçün fürsətlər təqdim edəcək. Mars Aslan bürcünün intellektual fəaliyyətini tətikləmək üçün, təşəbbüs və bəlağətli danışma qabiliyyəti verəcək eyni zamanda qısa səyahətlər etməniz üçün aktiv olacaq. Bütün bunlar Mars planetinin məhsuldar enerjisindən faydalanır. Bu planet aydın fikirlər və idarəniz xaricində olan diqqətsiz hərəkətlərə də səbəb ola bilir. Aslan bürcünün İş evində yerini alan Venera planeti iş əlaqələrində və komanda işində sizə müvəffəqiyyət təmin edəcək. Buna baxmayaraq 2013 ilinin Dekabr ayının ikinci yarısı problemlər ortaya çıxa bilər. Problemlərdən və pis vəziyyətlərdən uzaq dayanmaq istəyirsinizsə iş əlaqələrinizdə həqiqi olun və lazım olduğu qədər təmiz iş görməyə çalışın. Nəticədə işlər Dekabr ayı boyunca normal olaraq qalacaq və siz sərmayə qoya biləcəksiniz. Uzun zamandır həddindən artıqlıq və ifratdan qaçırsınız, bu səbəblə sizin möhkəm və balanslı bir həyat tərziniz var və hər hansı bir sağlamlıq probleminizin olmamasını ümid edirsiniz. Buna baxmayaraq 2013-cü ilin Dekabr ayının Aslan bürcü insanları üçün risksiz keçəcəyini söyləyə bilmərik. Beləcə əgər hər hansı bir problem çıxarsa mütləq bir həkimə görünün. Sizə təzə yeməklərlə bəslənməyi, çox az duz istifadə etməyi, şəkərdən və yağlı yeməklərdən uzaq dayanmağı və lazım olduğu qədər maye qəbul etməyi tövsiyə edirik. Sakit və səbirli olmağa çalışın! Qız - Xüsusi bir dövrdən keçəcəksiniz. Qız bürcünün evlilik evinin idarəçisi olan Yupiter 2014-cü ilin İyul ayına qədər imtiyazlı bir mövqedə olacaq ki, bu mövqe də Qız bürcü insanlarına əlaqələrini reallaşdırmaları üçün fürsət verəcək. Bu əlaqə romantizm, sevgi və qarşılıqlı hisslərlə dolub daşacaq. Digər tərəfdən əvvəlki ay sevgi və eşq planeti olan Venera Qız bürcünün eşq və romantiklik evinə girmişdir və orada hər zamankindən daha çox zaman keçirəcək: 2014-cü ilin 5 Martına qədər. Sevgi və eşq planeti olan Venera sizin eşq evinizdə olduğundan ötəri, şəhvani arzularınız ön plana keçəcək və görünüşünüz dəyişəcək, diqqət çəkəcək və asanlıqla istək oyandıracaqsınız. Duyğuları hər vaxtkından daha asan anlayacaqsınız, zaman və şərtlər sizdən yana olacaq. 2013-cü ilin Dekabr ayındakı planetlərin düzülüşü sizi sevgiyə, eşqə sürüyəcək və siz bu barədə müvəffəqiyyətə çatacaqsınız və ya həyatınızın keyfiyyətini yaxşılaşdıracaqsınız. Bununla belə 2013-cü ilin Dekabr ayının son 10 günü sizə gözlənilməz hadisələr təqdim edəcək, bəlkə də bu hadisələr istənməyən hadisələr olacaq çünki, Venera geri getmə dövrəsinə başlayacaq ki, bu da sizi pis davranmağa təhrik edəcək. 2013-cü ilin Dekabr ayındakı ən əhəmiyyətli hadisə Mars planetinin Qız bürcünün Pul evinə girməsi ilə başlayacaq. Bu keçiş hər iki ildən bir reallaşır, lakin indi fərqli bir şeylər olacaq: hər zamanki kimi Mars bu dövrəni 5-6 gələn həftə tamamladığı halda bu dəfə 8 aya tamamlayacaq (2013 7 Dekabr - 2014 26 İyul). Hərəkət, məşğuliyyət və iş planeti olan Marsın Qız bürcü insanların həyatında maliyyə hərəkətləri edəcəyi ehtimal olunur. Bu hərəkətliliyin ən yaxşı yolu yeni bir şeylərə başlama istəyi, gəlir təmin etmək üçün yeni fikir və düşüncələr irəli sürmək. Lakin Mars o qədər tələskən, hərəkətli və şişirdilmiş olacaq ki, Yupiter və Pluto ilə birlikdə maliyyə oxunda və uyğunsuz bir şəkildə dayanan Uran risk yaradacaq. İtirmə riskini gözə almanız lazım olacaq beləcə bir şeyi etməzdən əvvəl, xüsusilə mali baxımdan bu etibarlımı deyə, yaxşıca düşünüb daşınmanız lazımdır. Bu sahədə mütəxəssis olanlarla belə vəziyyətləri danışmaqdan çəkinməyin! 2013-cü ilin Dekabr ayı Qız bürcləri üçün əvvəlki aylardan daha məhsuldar və gəlirli bir ay olacaq. Qız bürcünün idarəçisi olan Yupiter iki ay bu bürcü təsiri altında buraxan Saturndan qaçıb xilas ola bilmişdir beləcə, indi ümumiyyətlə xarici görünüşünüz və ruhi vəziyyətiniz yaxşıya doğru getməkdədir. Optimist olmaq sizə yaxşı ruh halı və güc verəcək. Əgər sağlamlıq probleminiz olsa, 2013-cü ilin Dekabr ayı sizə həllər təqdim edəcək. Sevdiklərinizin arasında özünüzə enerji toplaya bilərsiniz! Tərəzi - Qoy şou başlasın! 7 Dekabr 2013-cü ildə Mars Tərəzi bürcünə girəcək və normalda orada 5-6 həftə keçirirdisə, indi 8 ay keçirəcək. 2014-cü ilin İyul ayının sonuna qədər bu bürcdə qalacaq. Mars planeti eşq, ehtiras və cinsilik planetidir və eyni zamanda Tərəzi bürcünün əlaqələr evinin idarəçisidir. 2013-cü ilin 7 Dekabrından etibarən davranışlar daha cazibədar və istəkli, hisslər daha güclü, rəngli və təsirli olacaq. Əgər digər planetlər Mars planetini dəstəkləsələr və ona kömək etsələr, hər şey gözəl olacaq. Lakin Mars Tərəzi bürcünün evlilik evində yerləşən dağıdıcı, hər an partlamağa hazır və nə edəcəyi əvvəldən bilinə bilməyən Uranla ziddiyyət meydana gətirməkdədir və Yupiterlə meydana gətirdiyi kvadratın uzaq olmasından, Plutonla meydana gətirdiyi kvadratda isə bu planetin diqqətsizliyindən təsirlənə bilər. Buna görə diqqətli olun! Önümüzdəki aylarda gözəl bir eşq hekayəsi yaşaya bilmə fürsəti tuta biləcəkkən, problemli və istənməyən hadisələrlə dolub daşan bir əlaqə də yaşaya bilərsiniz. Sonra nə yaşanacaq deyə maraqlanırsınızsa, ilk işarələr 2013-cü ilin Dekabr ayının 3cü on günlüyündə başlayacaq. Diqqətli olun! Mars planetinin 2013-cü ilin 7 Dekabrında Tərəzi bürcünə girməsi ilə aktiv, dəyişikliklərlə və yeniliklərlə dolu bir dövrün də başlanacağını elan edir (aşağı-yuxarı 8 aylıq bir dövr). Bəzi dəyişikliklər qaçınılmaz ola bilər və ya münaqişə və mübarizə tələb edə bilər, lakin bütün bunlara baxmayaraq, bu dəyişikliklər müvəffəqiyyət və rahatlıq gətirəcək. Mars güc və iradə verir, böyük arzular oyandırır, hər vaxt göstərəcək və isbat edəcək bir şeylərə sahib olma qabiliyyəti təqdim edir. Bu planet yarışma, rəqabət və nə qədər təsir edə bilmə vəziyyətini ortaya çıxara bilmək üçün döyüşə maraq oyandırır. Nəticədə siz döyüşməyə hazır bir konsistensiyaya gəlirsiniz. Əgər siz özünüz döyüşə başlarsınızsa, bu ən yaxşısı olar çünki, başından bəri siz nə istədiyinizi bilir, hədəflərinizi təyin edirsiniz və hücum planını reallaşdıracaqsınız. Mars planetinin də köməyiylə siz böyük müvəffəqiyyət və zəfər qazanacaqsınız, təki öz enerjinizdən necə istifadə edəcəyinizi bilməli, tələskənlik etməməli və idarədən çıxmamağa cəhd göstərməlisiniz. Bu zaman ərzində yəni 2013 Dekabr ayında işinizdən məmnun qalacaq və əlavə pul belə qazana biləcəksiniz. Mars planetinin Tərəzi bürcünə girməsi ilə birlikdə, özünüzü daha güclü hiss edəcək və həyat dolu olacaqsınız. Eyni zamanda içinizdə bəzən narahatlığın və əndişənin də böyüdüyünü hiss edə bilərsiniz. 2013 Dekabr ayı hadisələr və qəzalar riski daha çox olacaq, beləcə potensial şiddət və münaqişə ehtiva edən vəziyyətlərdən uzaq dayansanız yaxşı olar. Əqrəb - Bu tango rəqsinə bənzəyir, bir addım önə, iki addım arxaya. Bu Əqrəb bürcünün əlaqə həyatının 2013-cü ilin Dekabr ayında iş mexanizminin necə olacağını izah edir. Ayın birinci yarısında çox problemlərlə qarşılaşmayacaqsınız. Xaricdən belə görünüş olacaq. Bununla belə kiçik, narahat edici detallar normaldan az olaraq toplanaraq və üst üstə yığılmağa başlamasa belə diqqətli olun. Bu detalları siz görməməzlikdən gəlirsiniz. Əgər bunlar bu zaman ərzində ortadan qaldırılmazsa və həll edilməzsə, şübhəli detallar ümumi sinir pozğunluğuna səbəb ola bilər və Dekabr ayının ikinci yarısında daha görünən bir hal ala bilər. Ünsiyyət və əlaqə sizin üçün açar ola bilər. Günahlandırma, ittiham kimi üstünlüklərin olmadığı qurucu, könüllü əlaqələrə açıq olun! 2013-cü ilin Dekabr ayı romantik baxımdan əhəmiyyətli əlaqələrin, görüşlərin reallaşa biləcəyi bir ay olacaq, lakin bura sizi kiminləsə tanış etmək və gələcək həyatınızı təşkil etmək kimi hadisələr daxil deyil. Bununla belə 2013-cü ilin Dekabr ayının son on günlüyünün plana uyğun gedəcəyi gözlənilmir; əksinə bir nöqtədə hadisələrin idarənizdən çıxacağı gözlənilir, çünki 2013-cü ilin 21 Dekabr tarixində Venera geri getmə dövrəsinə başlayacaq. Yupiter - Saturn üçbucağı sizin yolunuzu düzəldəcək və Dekabr ayı sizə çalışma ilə əlaqəli gözəl bir müvəffəqiyyət və ya universitetlə əlaqəli proseduralarda, mədəni nəşr və ya qanuni ətraf ilə əlaqədar işlərdə dəstək təmin edəcək. Hətta uzaqdakı iş yoldaşlarınızla iş əlaqələrində də müvəffəqiyyət var, qısa iş səyahətləri də edə bilərsiniz, bu işlərdə gəlir və müvəffəqiyyət sizi gözləyir. Yupiter həm də Əqrəb bürcünün pul evinin idarəçisidir və bu ay Günəş və Merkuri də Yupitere çarpaz olacaq. Bu düzülüş maliyyə müvəffəqiyyəti, üstün vəziyyətlər və çox gəlir təmin edəcək. Dekabr ayı həm təqdimat həm də maliyyə baxımdan comərd bir ay olacaq. Bunların yanında sizi çətin işlər gözləyir. Siz şikayətlənməyi sevmirsiniz, beləcə çox az insan bu işin sizin üçün nə qədər çətin olduğunu bilə bilər. Hər halda bundan belə siz əhəmiyyətli olan və möhkəm təşkilatlara qatılmağa fokuslanmalı olacaqsınız çünki, professional stress artır. Mars planeti irəlidəki bir neçə ay müddətində Əqrəb bürcünün iş evindəki Uranla qarşı-qarşıya dayanacaq və bu da sizə ola biləcək iş münaqişə və hadisələri ilə qarşılaşmaq vəd edir. Diqqətli olun sağlamlıq baxımından riskli dövr başlayır. Mars 7 Dekabr 2013 il tarixində Əqrəb bürcünün sağlamlıq evlərindən birinə girəcək və orada 2014-cü ilin İyul ayına qədər qalacaq. Uran isə burada uzun zamandır var. Mars - Uran qarşılaşması xüsusilə dəli aşiq olan Əqrəb insanları üçün çox zərərli ola bilər. Özünüzə diqqət yetirin, çünki indi ortaya çıxan xəstəliklər uzun sürə bilər və bu xəstəliklərlə mübarizə sizin üçün çətin ola bilər. Oxatan - Sonunda şansınız açılır! Merkuri, Oxatan bürcünün əlaqələrinin idarəçisi, 5 Dekabr 2013də Oxatan bürcünün orbitinə girir. Son iki aydır Oxatan bürclərinin boz bölgəsində Saturn və Şimal Düyünü nöqtəsinin arasında dolanmaq məcburiyyətində qalan Merkuri, artıq rahatlayır. Buna görə, son aylarda bir çox Oxatan xəyal qırıqlıqlarıyla, aldadılmaqla və ya arxalarından çevrilən işlərlə tez tez qarşılaşırdı. Bunları yaşamayanlarsa, əlaqə və ya ortaqlıqlarındakı başqa problemlərlə üzləşməklə məşğul idi. Əgər sizə bunlardan heç biri olmadısa belə bu son bir neçə aydır özünüzü bir az tək qalmış və/vəya əhvalı xarab kimi hissləriniz çox ola biləcək. Amma narahat olmayın, bütün bunlar bitir, gün doğulur və sevginin sizə qucaq açdığı bir dövrə girirsiniz. Cazibədarlığınızın yüksəldiyi bir dövrə girirsiniz, qarşı cinsdən bəziləri şübhəsiz sizin fərqinizə varacaq, və gözəl təkliflər almağa çox sürətli bir şəkildə başlayacaqsınız. Əgər axtardığınız eşqdirsə, tapa bilərsiniz, ya da bu anda bir əlaqəniz varsa, içində olduğunuz əlaqə daha isti və çox daha uyğun bir hala gələcək. Təəssüf ki, bu xoşbəxtlik yeni il həftəsinə qədər sürəcək. Tətil dövründəki həftələr sizi bir az narahat edə bilər. Özünüzü göstərməniz və müvəffəqiyyətlərinizdən zövq almanız üçün çox uyğun bir dövrə girirsiniz. Oxatan bürcünə gülümsəməkdə olan Günəşin də köməyiylə liderlik və təşkilati xüsusiyyətləriniz yaxşıca ortaya çıxacaq. Söz sizdə olacaq; ətrafınızdakılar sizi dinləyəcək və sizə hörmət göstərəcək. Mars sizə izdihamlı qrupların qarşısında danışma gücünü verərkən, bu xüsusiyyətiniz sayəsində, sizinlə eyni fikirləri daşıyan kəslərlə çox gözəl iş ortaqlıqları quracaqsınız. Oxatan bürcünün karier idarəçisi sizin orbitinizdə olduğu üçün bu aralar şansınız getdikcə açılacaq, bu orbit üzrə mövqe sayəsində işləriniz daha rahat və təbii şəkillərdə həll olunacaq. Maliyyə baxımından, Dekabr 2013də yeni ilə qədər hər şey yolunda gedəcək. Gözəl pul qazanıb, etdiyiniz işdən məmnuniyyət duyacaqsınız və qazanclarınız fərqli proyektlərin köməyiylə arta bilər. Bu dövrdə sizə aid olan bir şeyi geri satın ala bilər, və ya fərqli bir sərmayə qoymağı seçə bilərsiniz. Xərclərinizə bir az diqqət yetirin: 21 Dekabr 2013də Venera Oxatan bürcünün tərs orbitinə girir və buna görə gərəksiz xərclərə meyl edə bilərsiniz. Dekabr 2013də Oxatan bürcündə bir müddətdir boy göstərən sağlamlıq problemlərinin sona çatdığını görürük. Günəş, Oxatan bürcünə gülümsəyərkən, bu bürcdəkilərə əlavə güc və motivasiya da gətirəcək. Ayrıca, Yupiter, Oxatanın əsas planeti, Günəş ilə birlikdə Saturn da daxil olmaq üzrə Oxatan bürcünün orbitində üçlü bir rəqs edəcəklər. Bu gözəl görüşmə xəyallarınızı reallaşdırmanız üçün yaxşı bir fürsət ola bilər. Bu vaxt, Dekabr 2013 sağlamlığınıza sərmayə qoymanızı tələb edən bir dövr də ola bilər (illik həkim müayinələri, dişçi görüşləri, müalicə seansları, idman klubuna yazılmaq kimi). Oğlaq - Xüsusi bir dövrdən keçəcəksiniz. Venera, sevgi planeti, uzun bir müddət boyunca Oğlaq bürcündə qalmağa qərarlıdır. Veneranın başdan çıxarıcı gülümsəməsi altında 2013 Dekabr ayında Oğlağın romantik həyatı daha romantik, daha şən, daha zəngin bir hala gələcək. Havada məhəbbət ab - havası olacaq və işlər gözlənilməz bir şəkildə ortaya çıxacaq; şirin bir baxışla başlayaraq, bir cüt mənalı şərhdən, bir yuxu və ya bir fikirdən doğulacaq. Oğlağın cütlər evində Böyük Köməkçi Yupiter olacaq, sevgi ehtiyacını yüksəltmək üçün və müsbət duyğular meydana gətirmək üçün fürsətlər yaradacaq. Lakin arxa planda bir yerlərdə qeyri - sabit vəziyyətlər də olacaq, ona baxmayaraq; Yupiterin Saturn ilə meydana gətirəcəyi üçbucaq qalıcı bir əlaqənin başlanğıcı ola bilər vəya, köhnə bir əlaqə varsa bu artıq qərarlı və rəsmi ola bilər. Əgər siz köhnə bir əlaqə içindəysəniz və bu onsuz da rəsmidirsə, bu cütün əhəmiyyətli bir müvəffəqiyyəti sayıla bilər. Başqa bir sözlə Dekabr 2013də idarəli genişləmə mümkündür. Yaxşıca və yavaş - yavaş tam olaraq zövqünüzə uyğun planlar alınacaq. 7 Dekabr 2013də hərəkət planeti olan Mars Oğlağın karier evinə girəcək və İyul 2014ə qədər orada qalacaq. Bu fenomen əhəmiyyətlidir, çünki Mars ümumiyyətlə bir evdə 5-6 həftə qalır. Əhəmiyyətli olan faktorlar ehtiras, cəhd ruhu, rəqabət, dəyərini sübut etmə istəyi olacaq, öz yolunuzu almanız üçün döyüşmək lazım gələcək. Amma Mars əlinizdən gələni etməniz üçün qəti hədəfləri təyin etməli və intizamlı bir şəkildə hərəkət etməli olduğunuzu tövsiyə edir. Marsın enerjisi çoxdur və əgər idarədən çıxarsa, üstlərinizlə qarşıdurmalar, uzlaşmalardan tutun da skandal və müvəffəqiyyətsizliyə qədər bir çox problemlər gətirə bilər. Oğlaq olaraq, Oğlaq insanı olaraq, orta və çox yaxşı strateq olaraq şanslısınız, beləliklə müvəffəqiyyəti üzərinizə çəkməniz üçün şansınız olacaq. Xüsusilə əgər kiminlə əməkdaşlıq ediləcəyini və müttəfiqliyi bilirsinizsə. Maliyyə baxımından, 2013 Dekabr müvəffəqiyyət gətirə bilər. 2013 Dekabrda sağlamlıq problemləri olduqca çox görünür. Diqqət köhnə bir xəstəlik geri gələ bilər. Digər tərəfdən infeksiya və epidemiyalara məruz qalacaqsınız (xüsusilə ikinci on günlüyə diqqət). Uzun bir gözləmədən sonra axtardığınız tibbi həlli tapa bilərsiniz, ona baxmayaraq mükəmməl əhvalınız olacaq. DİQQƏT! Aralıq 2013 son on günlükdə qəza riski olacaq. Dolça - Veneranın məhdudlaşdırıcı 12ci evdə olmasiyla, Dekabr 2013də Dolça insanlarının romantik istəkləri ortalama səviyyələrdə olacaq, lakin bəzən romantiklikdən tamamilə məhrum ola bilərlər. Venera bu mövqedə romantik həyatın kədərli istiqamətlərini: xəyal qırıqlıqlarını, xəyanəti, təkliyi, qeyri-mümkün eşqi vurğulayacaq. Bəzi Dolça bürcləri üçün Venera 12ci evdə böyük ehtimalla qeyri-qanuni və ya qadağan olan gizli eşq hekayələrini ortaya çıxara bilər. 2013 Dekabr ayının ilk iki on günlüyündə (Dolçanın cütlər evinin idarəçisi olan) Günəşin optimist Oxatan bürcündəki tranziti səbəbiylə mənfi mesajlar hədəfdən yayına və ya gizlənə bilər. Bu Dekabr boyunca əlaqənizi sıxlaşdırmaq və mümkün olduğu qədər gücləndirmək üçün üstünlüklərdən faydalanın! 2013-cü ilin 21 Dekabr tarixində Venera geri getmə dövrəsinə başlayacaq və Günəş Dolça bürcünün kölgəli 12ci evinə girəcək, beləcə xoşbəxtliyə doğru gedən fürsətlər azalacaq. Planetlərin belə düzülüşü sizə yaxından təsir edəcək və sevgilinizlə problemlər yaşamanıza səbəb olacaq. Dekabr ayı iş və karier üçün mükəmməl bir ay olacaq. Dolça bürcünün iş evində yerləşən Yupiter və bu bürcün karier və prestij evində yerləşən Saturn arasında üçbucaq meydana gələcək ki, bu da sizə müvəffəqiyyət və inkişaf vəd edir. Sizin qazandığınız müvəffəqiyyətlər indi daha əhəmiyyətli və tutarlıdır, beləcə siz bu dövrü təməl atma, quruluş meydana gətirmə kimi işlərə xərcləyə bilərsiniz. Yupiter - Saturn üçbucağı sizin yaradıcı ruhunuzu qızışdıracaq və tutumunuzu artaracaq. Siz indi əsl məqsədinizin nə olduğunu anlayacaq, zamanınızı və enerjinizi xərcləyən əhəmiyyətsiz hobbilərdən xilas olacaqsınız. 2013-cü ilin Dekabr ayı siz bəzi rəsmi insanlar və təşkilatlar vasitəsiylə müvəffəqiyyətdən zövq alacaqsınız, bu administrativ quruluşlardan faydalana biləcəksiniz. Sizin qazandığınız müvəffəqiyyət tanınacaq, nüfuzunuz artacaq. Sizin yaxşı qabiliyyətiniz var, sizə pul və yaxşı gəlirli iş verə biləcək fürsətləri tez anlaya bilirsiniz. Sadəcə birlikdə iş görmə qabiliyyətiniz azalacaq. Dolça bürcünün sağlığında Yupiter və 2014-cü ilin Mart ayına qədər aktiv olan Venera - Pluton arasında problemlər yaşana bilər, xüsusilə zəifliyə, ifrata səbəb ola bilən problemlərdən bəhs etmək olar. Uzun sürən münaqişələr sizə psixoloji narahatlıq verə bilər və sizin sağlamlığınıza zərər verə bilər. 2013 Dekabr ayının ilk 20 günü fiziki müqavimətiniz daha yaxşı olacaq, lakin son 10 gündə Günəş və Merkuri Dolça bürcünün orbitində olacaq və müqavimətiniz düşəcək və problemlər ortaya çıxacaq. Balıqlar - Balıq bürcünün eşq həyatı 5 Dekabr 2013-cü ildən sonra bu bürcün evlilik evinin idarəçisi olan Merkurinin Oxatan bürcünə girdiyi zaman durğunluq yaşayacaq. Merkuri planeti Əqrəb bürcündəki iki aylıq gərginlikdən sonra rahatlayacaq, aşağı-yuxarı Saturn ətrafında sabit dayanacaq və hətta bir müddət geri getsə belə rahatlıq gətirəcək. Merkurinin Əqrəb bürcündən keçib getməsi kifayət qədər gərginlik gətirəcək və bəzi Balıq bürcü insanlarının əlaqələrində qarışıqlıq yaradacaq. İndi hər şey yaxşıya doğru gedəcək və siz bu rahatlıqdan faydalanaraq daha optimist və müvəffəqiyyətli olacaqsınız. Üstəlik sizə xoşbəxtlik gətirəcək digər bir hadisə də göy üzündə reallaşacaq; Yupiter Balıq bürcünün eşq evində yerləşəcək və Saturnla üçbucaq meydana gətirəcək. Bu vəziyyətin əhəmiyyəti budur ki, siz sabit və etibarlı olacaq, bəzi romantik və ağıllı qərarlar qəbul edəcəksiniz, bu qərarların təsiri isə uzun müddət yaddaşlardan silinməyəcək. Digər tərəfdən əgər hər hansı bir yeni işə başlasanız, bu işi davam etdirmə şansınız olacaq. Balıq bürcünün 2013 ili Dekabr ayı müddətində romantik baxımdan inkişafı səyahətlərlə, intellektual, mədəni və ruhi zehniyyətlə bağlı ola bilər. 2013-cü ilin Dekabr ayı gözəl professional perspektivləri olan bir aydır çünki, Günəş və Merkuri Balıq bürcünün iş evindən keçməkdədir. Günəş sizin mərkəz nöqtəsində olmanızı təmin edəcək, sizə nüfuz və prestij təqdim edəcək, tərif, mükafat və alqış gətirəcək. Merkuri fövqəladə düşüncələrlə sizə yaxınlaşacaq və siz danışığınızın, yazınızın və digər intellektual proseduraların necə dəyişdiyini görəcəksiniz. Günəş - Merkuri kombinasiyası sizdə sabit və özündən əmin bir insan imici yaradacaq. Dekabr ayında sizin bürcün idarəçisi olan və həm də bu bürcün iş evini də idarə edən Yupiter Saturnla üçbucaq meydana gətirəcək. Bu vəziyyət uzun müddətli planlar qurmaq və strategiyalar təyin etmək üçün mükəmməl bir zaman olduğunu göstərir, bu sizə bəzi əhəmiyyətli qərarlar verməkdə və uzaqdakı biri ilə professional mənada iş əlaqəsi içində olmağa kömək edəcək. Elmlə, araşdırmayla, yaradıcılıqla, kitab nəşriyyatı ilə əlaqəli işlərdə məşğul olan Balıq bürcü insanları üçün Yupiter - Saturn üçbucağı yaxşıya işarədir, sizi mükəmməl olmağa və müvəffəqiyyət qazanmağa təhrik edir. Maliyyə baxımdan siz riskli bir dövrə girirsiniz. Dekabr ayının ilk 20 günündə heç bir tibbi problemlə qarşılaşmayacaqsınız. Enerjiniz çoxalacaq və ruhi vəziyyətiniz çox yaxşı olacaq. Əgər çox idman etsəniz sizi incitməyəcək çünki, idman həm bədənin sağlamlığı həm də artıq kilolardan xilas olmaq üçün ən yaxşı həlldir. Dekabr ayının son 10 günü sizə sağlamlıq baxımından bəzi problemlər yarada bilər, xüsusilə qəzaya uğraya bilərsiniz.
Posted on: Sun, 01 Dec 2013 11:12:59 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015