Maldivdən bir bacı Sünnəyə möhkəm bağlanıb və fanatiklik - TopicsExpress



          

Maldivdən bir bacı Sünnəyə möhkəm bağlanıb və fanatiklik ilə ittiham olunur, nəsihət istəyir. Kateqoriya: Psixoloji və ictimai problemlər / İctimai problemlər | Müəllif: Muhəmməd Saleh əl-Münəccid | PDF | Çap et | E-mail Sual: Müsəlman kimi doğulmuşam. Lakin namazdan başqa bütün məsələlərdə cahil idim. Indi Allahın mənə lütfü sayəsində gözlərim açılıb və bacardığım qədər Quran və Sünnəyə əməl etməyə başlamışam. Buna rəğmən əvvəllər dostluq etdiyim bütün müsəlman rəfiqələrimi itirmişəm. Onlar o qədər də dindar deyillər. Dinə çox riayət etmirlər. Ölkəmizdə həyat yoldaşım və mən qərib, yad olmuşuq. Rəfiqələrim mənə, övladımla əlaqə saxlamaq, zəng etməkdən imtina ediblər. Atam və qaynanam, baldızım-hamısı bizi Vəhabi adlandırır. Əmim qızları da bizi Vəhabi çağırırlar. Anam deyir ki, onun çox vaxtı yoxdur və onun vecinə deyil, əsas odur ki, uşaqları salamatdır və ibadət edirlər. İnsanların əksəriyyəti mənim hicabıma lağ edirlər və çox tədirgin, çətin bir haldayam. Yəni demək istədiyim budur ki, mən Hindistan okeanında kiçik bir adada yaşayıram. Hər kəs müsəlmandır. Yaşadığım ölkə Maldivdir. Mən burada dəhşət tənhayam və hüznlüyəm. Xahiş edirəm mənə nəsihət edin, bu cür vəziyyətdə mən nə edim? Özümü elə tək hiss edirəm və bütün dostları itirmək çox çətindir. Bu cür vəziyyətdə necə hərəkət etməyə dair mənə gözəl bir nəsihət verə bilərsinizmi? Ailəmə sünnət haqqında danışmağa çox cəhd etmişəm. Lakin onlardan aldığım cavab: “Sən dindən dönmüsən və vəhabisən, bu vəhabilərin yoludur” olmuşdur. Cavab: Həmd Allaha məxsusdur. Birinci: Allahdan diləyimiz budur ki, sizi bu sıxıntıdan xilas etsin və işlərinizi asanlaşdırsın, Ona itaətdə və Ona gözəl ibadət etməkdə sizə yardım etsin. Bilin ki, sizin üzləşdiyiniz qəriblik sizin üçün xeyir əlamətidir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “İslam qərib başladı və qərib başladığı kimi qayıdacaq, elə isə müjdə olsun qəriblərə”.[1] “Tuuba”[2] kəlməsinin çox mənası var. Məsələn, xeyir və kəramət, cənnətdə böyük ağac, sevinc, fərəh və xoşbəxtlik və sair. Bu mənaların hamısı burada işlənə bilər. əl-Sindi,Allah ona rəhmət etsin, deyir: “Qərib” ardıcılların az olmasına görə bu cür adlanır. Qərib sözünün kökü vətənindən uzaq olandır. “Qərib başladığı kimi qayıdacaq” ifadəsinin mənası budur ki, müsəlmanlar çox olsa da çox az adam dinin ardınca gedəcək və bu cür etməkdə digər insanlara kömək edəcək. “Qəriblərə” kəlməsinin mənası, onun əmrinə tabe olanlara deməkdir. “Tuuba” tayyib[3] sözündən yaranıb, Cənnət və yaxud cənnətdə bitən böyük ağac kimi şərh olunub. Bu dəlalət edir ki, İslamı dəstəkləmək və əmrlərinə tabe olmaq ardıcıllarının öz vətənlərini tərk etməsini və vətəndən ayrı düşməyin çətinliyinə səbr etmələrini zəruri edir. Necə ki, ilk dəfə İslam başlayanda bu cür olmuşdur.[4] İkinci: Allah Rəsulunda sallallahu aleyhi və səlləm sizin üçün gözəl örnək var. O, sallallahu aleyhi və səlləm, öz camaatına nur gətirdi, bununla belə onlar küfr və cahilliyin zülmətində qalaraq inad etdilər. Onu sallallahu aleyhi və səlləm sehrbaz, kahin və yaxud məcnun olmaqda ittiham etdilər, lakin onları dəvət etməkdə səbr nümayiş etdirdi və öz dəvətini təkrar-təkrar etməkdən yorulmadı, fərdlər və dəstələri dəvət etmək üçün müxtəlif üsullardan istifadə etdi, onları gizli və açıq şəkildə dəvət etdi. Dəvətində böyük müvəffəqiyyət qazanana kimi bu işinə davam etdi. Eynilə, ondan sonra gələn dəvətçilər kafirləri İslam dininə, günahkarları itaətə, bidətçiləri sünnətə dəvət etdilər. Onlardan bir çoxu çətinliklərlə, sıxıntı və əzab-əziyyətlə üzləşdilər. Lakin bütün bunlar onları dəvətə davam etməkdən çəkindirə bilmədi. Onlar olmasaydı, İslam dini sizin ölkəniz Maldivə çatmazdı! Bu örnəklər üzərində təfəkkür edin və onların etdiklərini edin, onların səbr etdiyi kimi səbr edin ki, Allahın razılığına nail olasınız. İstehza, rişxənd və “Vəhabi” adlandırmaq ənənəsi onlardan əvvəl gələnlərin də adət-ənənəsi olmuşdur. Avamlar hələ də Sünnəni dirçəldənlərə bu cür sözləri deməyə davam etməkdədirlər. Lakin bütün bu söylənilənlər onlara zərər verməz və ya Allahın dinini insanlara çatdırmaqda, təbliğ etməkdə onları durdurmur. Üçüncü: İnsanları dəvət edərkən səbirli olmaqdan əlavə sizə nəsihətimiz budur ki, digər qadınlar və qohumlarınız arasından ağıllı, zəkalı olanlarını seçin və Allahın dinini onlara çatdırın, İslamın həqiqətlərini onların diqqətinə çatdırın. Çünki insanlar İslam dininə mənsub olmaları ilə sevinirlərsə, bu onların sünnəyə tabe olmasına imkan verir. Lakin haqq yolda getmələrinə əngəl təşkil edəcək digər maneələr ola bilər. Bu maneələrə misal olaraq azmış, zəlalət əhli alimlər və bidət tərəfdarları və yaxud doğruya bənzəyən əslində isə yalan olan mübahisələr və arzu, həvalar. Həmçinin ola bilsin ki, biz İslamın həqiqətini onlara çatdırmaqda aciz qalırıq, bacarmırıq, elmimiz azdır və yaxud dəvətdə hikmətli yollardan istifadə etmirik. Siz dəvətdə yumşaq, mülayim və səbirli olmalısınız, ən aqil insanları seçməlisiniz və onlara nəzakətlə müraciət etməlisiniz. Audio kassetlər, videyo məruzələr və kitablar kimi müxtəlif vasitələrdən yararlanın və müəyyən qədər gözəl nəticələr əldə edəcəyinizə şahid olacaqsınız. Dördüncü: Çalışın evinizi İslam dəvətinin əsas mərkəzinə çevirəsiniz. Ərinizdən və uşaqlarınızdan başlayın ki, bütün insanlar üçün sizin eviniz mübarək ev olsun. Yadda saxlayın ki, Xədicə bint Xüveylid bu ümmətin ilk müsəlman qadını olmuşdur və o İslam dəvətini çatdırmaq və öz qızlarını İslam dininə dəvət etməkdə Peyğəmbərə sallallhu aleyhi və səlləm dəstək verən ilk qadın olmuşdur. Onun evi ilk müsəlman evi idi və bu evdən xeyirə çağırış bütün yer üzünün guşələrinə yayılmışdır. Elə isə, siz də onun kimi olun və onun əməlini özünüzə nümunə götürün. Güc və Qüdrət Sahibi Allahdır. I was a born muslim but other than praying i was ignorant of all the things now by the blessings of allah my eyes have open and i have started acting according to quraan and sunnah to my best ability but now i have lost all my friends who ar muslims too i had before they ar not very religious they dont much abt religion andi and my husband have become two aliens in my whole country my friends have stopped calling me too my father and my mother in law and sister in laws call us wahabees and my cousins too and mymother told that she doesnt have much time she doesnt care as long as all her children ar good and prayingmost poeple make fun of my hijaab too and its very sad i mean i live in a small island in indian ocean and everyone is muslims my country is rep of maldives i am very alone and sad here can u tell me what i should do i feel so lonely and alone and its very painfull when u lose everyfriend u have can u please give me a good advice on how i should act in this situation i have tried alot to tell my family too about sunnah and all the answer i got was u have lost ur religon u ar a whabee so its wahabees way . Praise be to Allaah. Firstly: We ask Allaah to relieve your distress and make things easy for you, and to help you to obey Him and worship Him properly. Remember that the alienation that you are feeling is a good sign for you, The Prophet (peace and blessings of Allaah be upon him) said: “Islam began as something strange and will revert to being something strange, so glad tidings to the strangers.” Narrated by Muslim (145). The word tooba (translated here as “glad tidings”) has many meanings, such as goodness and honour, a great tree in Paradise, joy and happiness, and many other meanings, all of which may apply here. Al-Sindi (may Allaah have mercy on him) said: “Strange” means because its followers are small in numbers. The basic meaning of ghareeb (stranger) is one who is far from his home. “And will revert to being something strange” means that few will adhere to it and help others to do so, even if the Muslims are many. “to the strangers” means those who follow its commands. “Tooba” is derived from the word tayyib (good), and it is interpreted as referring to Paradise or to a great tree that grows there. This indicates that supporting Islam and obeying its commands may require the one who does that to leave his homeland and be patient in bearing the hardships of being away from his homeland, as was the case when it first began. Sharh Sunan Ibn Majaah (hadeeth no 3986. Secondly: You have the best example in the Messenger of Allaah (peace and blessings of Allaah be upon him). He brought light to his people, but they insisted on remaining in the darkness of kufr and ignorance. They accused him of being a sorcerer, soothsayer or madman, but he was patient in calling them, and he did not get fed up of repeating his call, using different methods of calling individuals and groups, calling in secret and in the open, until he attained great success. Similarly, daa’iyahs who came after him called the kuffaar to Islam, and called sinners to obedience, and called innovators to the Sunnah. Many of them experienced hardship, distress and difficulties, but that did not stop them from persisting in da’wah. Were it not for that, Islam would not have reached your country, the Maldives! Think about these examples, and do what they did, and be patient as they were patient, so that you may attain the pleasure of Allaah. What you hear of mockery and being called “Wahhabis” was said by those who came before them, and the fools still repeat it with regard to those who promote the Sunnah, but that does not harm them or make them stop conveying the religion of Allaah.
Posted on: Fri, 11 Oct 2013 15:28:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015