Mehdi Ağayev Ağcabədi gözəl diyardır.Sürətlə inkişaf - TopicsExpress



          

Mehdi Ağayev Ağcabədi gözəl diyardır.Sürətlə inkişaf edən kəndlərindən biridə QARAVƏLLİ kəndidirQ A R A V Ə L L İ M Ey mehriban doğma kəndim Torpağından bəhrələndim Babalarla qürrələndim Həm axırım,həm əzəlim Toy büsatlı Qaravəllim. Kanal yoiu,Yevlax yolu Düzənlikdir sağı,solu Su həyatdır-kanal dolu Torpaq çəkir bəhrələnim Xoş növraqlı Qaravəllim. Bir cənnətsən heç kəs doymaz Axar bulaqlar yorulmaz Yaşıllığa kim vurulmaz Ürəyimsən,can məlhəmim Yam yaşıllı Qaravəllim. Təmiz abu havası var Böyük xeyir duası var Öz gözəllik dünyası var Həm arzumdur,həm əməlim Təm tərəqli Qaravəllim. Kanalların hay harayı Bizə xoş keçirər yayı Bir tərəfin Xaçın çayı Əl uzatsam çatar əlim Xaçın çaylı Qaravəllim. Dünyamızı dərk etmisən Köçərilik tərk etmisən Neçə yerdə mülk etmisən Dəyirmanlı Qaravəllim Xoş Ümmanlı Qaravəllim. Oğulların bir səs salıb Kəndlər hamı heyran qalıb Biznes yolu ilə ucalıb Can atırlar ki,yüksəlim Cəngavərli Qaravəllim. Əsrlərdən xatirəsən Mənə canlı mənzərəsən Dünyamıza pəncərəsən Baxar-baxar çıxar əlim Ey nağıllı Qaravəllim. Qara saçlı gecələrin Toz torpaqlı kücələrin Salıb yola neçələrin Gələcəyim həm əzəlim Ulu yaşlı Qaravəllim. Babaların ev eşiyi Ey ruhlarımın keşiyi Nənələrin ilk beşiyi Açılıb səndə gözlərim Ehtibarlı Qaravəllim. Diləyim var bircə səndən Can çıxanda bədənimdən Torpağına üz qoyum mən Qoy rahat yatıb dincəlim Xoş baharlı Qaravəllim. Hər damcı tər ağac olub Meyvələri əlac olub Mehdi yurda möhtac olub Gecəm,gündüzüm ,səhərim Ey sevimli Qaravəllim. Tebriz
Posted on: Tue, 30 Jul 2013 16:12:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015