Mirzə Sakit Bu millətə ürcah oldu bir qoca Bardaş qurub o - TopicsExpress



          

Mirzə Sakit Bu millətə ürcah oldu bir qoca Bardaş qurub o babətdən danışdı Azar verdi, bazar verdi bolluca Sonra durub təbabətdən danışdı Moskvada üç il gəzdi qoruqda Müflisləşib geri döndü, çarıqda Yeddicə il dözüb yatdı marığda, Şivən salıb qiyamətdən danışdı ENKEVEDE getdi... gəldi davamçı KEQEBE cəlladı əlində qamçı Ana xaç suyunda, ata tiyançı Kübar-kübar nəcabətdən danışdı Qoltuğunda dırmaşmaqçün nərdivan Dəstək verdi köhnə dostu "mərd" Ivan Bimürvətdə nə haqq qaldı, nə divan Kafirfason əlamətdən danışdı Güllələndi Azərbaycan şirləri Açılmadı vertalyotun sirləri Sovet vaxtı yasaqladı pirləri, Həccə gedib kəramətdən danışdı Söylədi kəndçiyə - Sizdən hərəkət Danqıldayan boş qazana bərəkət Torpaq getdi, viran qaldı məmləkət Bayquş kimi xərabətdən danışdı Bayrağında emblemi söyüddən Xalqa verdi, yavaş-yavaş "öyüddən" Ağ sifətə toppuş əllə nöyütdən, Qüsul çəkib cənabətdən danışdı Məmməd Əmin dəydi bunun "çestinə" Nə getmədi, nə gəlmədi üstünə Çiçək qoydu Şaumyanın büstünə, Qardaş kimi məhəbbətdən danışdı Boz Kardinal saqi kimi mey süzə Müftəxorlar gəlib vursun yüz-yüzə Mirzə Sakit bu dərdlərlə üz-üzə, Beşcə faiz müsibətdən danışdı Gonderdi: Tuba Büyüküstün
Posted on: Thu, 15 Aug 2013 09:05:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015