Müdafiə naziri postundan uzaqlaşıdırlan general-polkovnik - TopicsExpress



          

Müdafiə naziri postundan uzaqlaşıdırlan general-polkovnik Səfər Əbiyevlə bağlı bu gün çoxsaylı jurnalist həmkarlarımdan və dostlardan saysız -hesabsız suallar, xahişlər almışam. Hər kəsə ayrı-ayrılıqda cavab yazmağa başlasam, onda gərək 2 gün komputer arxasından qalxmayım. Ona görə də, burada yazacağım statusla mən bu hadisəyə sırf öz subyektiv münasibətimi bildirmək istəyirəm. Onsuz da vəzifəyə təyin olunan bir şəxs, hər an hazır olmalıdır ki, o istənilən an təyin olduğu vəzifədən çıxarıla və ya dəyişdirilə bilər. Sadəcə, Azərbaycan reallığında bu sahədə o qədər durğunluq və qeyri-müəyyənlik mövcuddur ki, bizlər eşidəndə ki, kimisə vəzifəsindən çıxarıblar, o dəqiqə başlayır müxtəlif müzakirə və fikirlərin səsləndirilməsi. Elə bu gün ən çox müzakirə edilən mövzulardan biri də S.Əbiyevin vəzifədən çıxarılması səbəbləri ilə bağlı müxtəlif çap orqanlarında dərc edilən yazılardır. Əbiyevin vəzifəsindən çıxarılmasına ən çox sevinənlərə bəd xəbərim var. Məndə olan məlumata görə çox yaxın vaxtlarda onu indikindən az əhəmiyyətli olmayan bir vəzifəyə təyin edəcəklər. 1995-cü ildən bu günə kimi Azərbaycanın ən önəmli dövlət postlarından birini - müdafiə naziri postunu tutmuş adama özünüz də görəcəksiniz ki, indiki hakimiyyət mütləq mənada diqqətini əsirgəməyəcək. Müdafiə naziri postunda olduğu müddətdə onu kadr təyinatları, ordu quruculuğu məsələlərindəki boşluqlara və digər məsələlərə görə ən çox tənqid edən şəxslərdən biri mən idim. İndi onu vəzifədən çıxarıblar deyə, yeni bir şey demək istəmirəm. Amma, hesab edirəm ki, yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun Müdafiə Nazirliyində normal və sərbəst çalışması üçün mütləq mənada Baş Qərargah rəisi, ambisiyası bu gün də bütün sədləri aşan, Nəcməddin Sadıkov yaxın vaxtlardan postundan çıxarılmalıdır. MN-nin adının mənfi halda hallanmasında misilsiz xidmətləri olan, Azərbaycan ordusunun ən təsadüfü generallarından biri olan Çingiz Məmmədov də oradan uzaqlaşdırılmalıdır. Bir sözlə, yeni müdafiə naziri Zakir Həsənov üçün çox çətin və məsuliyyətli bir dönəm başlayır. O ki qaldı, əsgər ölümlərinə, vəziyyət dəyişməyəcək. O vaxta kimi ki, yerlərdə komandir və rəislər öz vəzifə borclarına məsuliyyətli yanaşmayınca. Səfər Əbiyevin guya Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstarın səsinin yazılmasına görə qurban verilməsi məsələsinə, bu məqam da ortalıqda var, amma o qədər də ciddi olmayan bir səbəbdir. Xatırladım ki, o fikirləri sabiq müdafiə naziri Prezident Adminstrasiyasından aldığı icazədən sonra səsləndirilmişdi. Yəni, bu müdafiə nazirinin özfəaliyyətinin nəticəsi olmamışdı. Həra halda, yaxın həftələrdə Səfər Əbiyevin yeni vəzifəyə təyinatı da ciddi müzakirə mövzusuna çevriləcəkdir.
Posted on: Tue, 22 Oct 2013 18:32:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015